Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şedevr
Şedevr (fr. chef-d’œuvre - əsas əsər, şah əsər) — qiymətləndirici estetik kateqoriya, nəzərdən keçirilən obyektin müəyyən ən yüksək kamillik dərəcəsinə aid olduğunu bildirir: unikal, təkrarolunmaz, misilsiz sənət və bacarıq nailiyyəti. Şedevrlərə ən çox təsviri sənət və memarlıq əsərləri, daha az isə elm və texnologiya deyilir.
Xeder
Xeder (idiş חדר‎ xeder — ibtidai yəhudi məktəbi; ivr. ‏חֶדֶר‏‎ — otaq) — yəhudi dini ibtidai məktəbi. == Tarixi == Xeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır. == Təlim sistemi == Talmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı). Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı.
Şexer
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Maks Şeler
Maks Şeler (22 avqust 1874[…], Münxen – 19 may 1928[…], Frankfurt-Mayn, Prussiya[d]) — alman filosofu, fəlsəfi antropologiyanın banilərindən biri. Maks Şeler insanın mahiyyətini izah edən təlimləri beş növə ayırmışdır: 1) Avropa-xristian doktrinası; 2) antik yunan; 3) naturalist; 4) dekadans nəzəriyyəsi; 5) fövqəlinsan konsepsiyası. == Həyatı == Maks (Ferdinand) Şeler Almaniyada Münhen şəhərində ortodoks yəhudi (atası Protestantlığı qəbul etmiş yəhudi) ailəsində anadan olmuşdur . 1894 ci ildə Münhendə Universitet dərsləri başladı lakin 1895-ci ildə təhsilini Berlində davam etdirdi . hərçənd ki , O Tibb təhsili almaq üçün Berlin Universitetinə müraciət etmişdir və İlk növbədə fəlsəfə və sosialogiyanı öyrənir , ən çox V. Diltey , G. Zimmelin mühazirələrini dinləmişdir. O, Yena Universitetində 1897 ci ildə doktorluq dərəcəsi aldı və 1899 –cı ildə isə professor oldu. Şeler 1901 –ci ildə Husserl ilə bir yığıncaqda görüşür və 1 ildən sonra Husserl in “Məntiqi Tədqiqatlar ” əsərini oxuyur . Bu əsərin təsiri ilə Şeler ömrünün qalan hissəsini Fenomenologiyanın inkişafına həsr etmişdir. Şeler 2 cilddə “Etikada Formalizm və Maddi Dəyər Etikası” ( 1913-16) əsərini yazmışdır. Həmin əsərdə Şeler qeyd edirdi ki , dəyərlərin ( bu anlayışı fəlsəfəyə Lotze gətirmişdir ) Öz mövcüdluğu vardır.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Şener Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. == Həyatı == 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Sədəqə
Sədəqə (din)
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Georq Engelhard Şreder
Georq Engelhard Şreder ( İsveç; d. 30/31 may 1684, İsveç, Stokholm - ö. 16/17 may 1750, İsveç, Stokholm) — isveçli rəssam. == Həyatı == Şreder Nürnberqdən köç edən Fayt Engelhard Şreder və Lusiya Lindemeyerin övladı olaraq 1670-ci ildə Stokholmda dünyaya gəlib. O, sənət həyatının ilk illərində Devid von Kraftın tələbəsi olaraq bir sıra stüdyo çalışmalarına qatılıb. Daniel von Krafft 1724-cü ildə vəfat etdikdən sonra həmin ilin dekabr ayında İsveç kralı tərəfindən yenidən ölkəsinə gətirilib. İyirimi bir il ərzində Avropanın müxtəlif ölkələrinə səyahət edən Şreder bir müddət Şimali Almaniyada yaşadıqdan sonra İtaliyaya gedib. Venesiyada beş il ərzində Rozalba Karriyera kimi dövrün tanınmış rəssamları ilə birgə işləyib. Romada yaşadığı müddət ərzində Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani ve bir çox rəssamlardan ilhamlanıb. O, çəkdiyi rəsimlərlə böyük şöhrət qazanaraq Parisə köçüb.
Hədər
Hədər (Salmas)
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Sadi Evren Şeker
Sadi Evren Şeker türk kompüter alimi və data alimidir . O, ilkin olaraq Project RAND üzərində işlənmiş Delphi metodunun təkmilləşdirilməsi olan "Kompüterləşdirilmiş Arqument Delphi Texnikası" anlayışını ədəbiyyata təqdim edən ilk şəxsdir. == Karyera və tədqiqat == 2010-cu ildə Yıldız Texniki Universitetində kompüter mühəndisliyi üzrə Ph.D. dərəcəsini aldıqdan sonra, Şəkər 2011-ci ildə İstanbul Universitetinin müəllim heyətinə köməkçi professor kimi qoşuldu. Həmçinin, 2012-ci ildən 2014-cü ilə qədər Texas Universiteti-Dallasda Data Mining Laboratoriyasında qonaq alim kimi xidmət etmişdir. Bundan əlavə, 2016-cı ildən 2017-ci ilə qədər Massaçusetsdəki Smith Kollecinin Kompüter Elmləri Şöbəsində qonaq professor kimi fəaliyyət göstərmişdir . Onun nailiyyətlərinin tanınması nəticəsində, 2020-ci ildə Kompüter Mühəndisliyi Şöbəsinin professoru rütbəsinə təyin edilmişdir. O, bir neçə məlumat elmi metodunun ixtiraçısıdır və aşağıdakılar üçün patentlərə malikdir: Performansın qiymətləndirilməsi və artımının qruplaşdırılması üçün metod və sistem Proqnozlaşdırılan məlumat modelləşdirməsində xüsusiyyətlərin seçilməsi üçün kompüter tərəfindən həyata keçirilən üsullar Maşın öyrənməsinə əsaslanan proqnozlaşdırma sistemi və metodu Hal-hazırda İstanbul Universitetində Kompüter və İnformasiya Texnologiyaları fakültəsinin dekanı vəzifəsində çalışır. Onun tədqiqatları bank işi, geologiya, təbii dil emalı və böyük verilənlərin analitikası daxil olmaqla, müxtəlif sənaye sahələrində məlumat elmi alqoritmlərinin tətbiqini əhatə edir [7] 200-dən çox elmi nəşr etmişdir jurnallar və kitablar və Türkiyənin ən yaxşı 5k alimi arasındadır. Onun işi bir neçə dəfə yerli xəbər agentlikləri tərəfindən işıqlandırılıb. Şekerin tədqiqatı Məsul AI, Avtomatlaşdırılmış maşın öyrənməsi və izah edilə bilən süni intellektə yönəlib.
Aşina Şeer
Aşina Şeer (taxt adı Tubu xaqan 都布可汗; 609 – 655, Çanqan) — Göytürk şahzadəsi, Qərbi Göytürk xaqanlığı taxtına iddiaçı. == Həyatı == 609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi. Bir müddət sonra 634-cü ildə Seyanto xanlığının hökmdarı İncu Bilgə xaqana qarşı yürüşə başlayan Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı. Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi. 640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu.
Eder Militao
Eder Qabriel Militao (18 yanvar 1998) — İspaniyanın Real Madrid klubunda və Braziliya millisində çıxış edən braziliyalı peşəkar futbolçudur. Əsasən mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi bəzi hallarda isə müdafiəyə meyilli yarımmüdafiəçi kimi də oynaya bilir. Militao karyerasına San-Pauluda başladı, Portuya transferindən əvvəl iki il ərzində 41 matç oynadı və 4 qol vurdu. 2019-cu ildə Portuqaliyadakı uğurlu bir mövsümdən sonra 50 milyon avroluq transfer qiyməti ilə dünya nəhəngi Real Madridə transfer oldu.
Keti Eder
Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru. 2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir. == Bioqrafiya == Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub. Ailədə beş uşağın ən kiçiyidir. == Fəaliyyəti == === Uşaq nağılları === Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sepehr Heydari
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Sepəhr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Səfəvi imperiyası
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səfəvi incəsənəti
Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühim rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. == Tarixi kontekst == Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi.
Səfəvi mətbəxi
Səfəvi mətbəxi - Səfəvilər dövlətinin yaranmasından süqutuna qədər (1501-1736) mövcud olan mətbəx mədəniyyəti. == Səfəvi mətbəxi mənbə və tədqiqatlarda == Səfəvi dövrünə aid olan və hicri qəməri 1389, miladi tarixi ilə 2010-cu ildə “Süruş” nəşriyyatında işıq üzü görmüş iki kulinariya risaləsinin çap edilib. Farsca yazılmış hər iki risalə əslən əfşar türklərindən olan görkəmli İran alimi İrəc Əfşar tərəfindən nəşrə hazırlanmış və “Aşpəziyi-doureyi-Səfəvi” (“Səfəvi dövrünün aşpazlığı”) adlı kitabda yayınlanmışdır. İ.Əfşar kitaba “İşarə” adlanan ön söz yazmışdır. İranlı alim əvvəlcə aşpazlıq sənəti haqqında ərəbcə və farsca qaynaqlara dair müxtəsər məlumat vermiş, daha sonra isə nəşr etdirdiyi iki risalə barədə düşüncələrini oxucularla bölüşmüşdür. Ön sözün ardı olaraq yazdığı “İşarəyə əlavə” adlı bölümdə araşdırmaçı Şərq mətbəxinə dair qaynaqlar haqqında məlumatına bəzi dəqiqləşdirmələr və əlavələr etmişdir. Bunun ardınca İ.Əfşar özünün hazırladığı “Əski aşpazlıq biblioqrafiyası” adlı bölümü nəşr etdirmiş, burada fars və ərəb dillərində yazılmış aşpazlıq risalələrinin, kulinariya üzrə klassik mənbələrin və onlara dair müasir araşdırmaların siyahısına yer vermişdir. Daha sonra isə tədqiqatçı Səfəvi dövrünə aid hər iki aşpazlıq risaləsinin mətnini dərc etmişdir. Kitab şərhlər və göstəricilərlə təchiz olunmuşdur. “Karnamə dər babi-təbbaxi və sənəti-an” (“Aşpazlıq və onun sənəti haqqında iş kitabı”) və ya qısaca olaraq “Karnamə” adlandırılan ilk risalənin müəllifi I Şah İsmayıl dövrünün (1501-1524) aşpazı Hacı Məhəmməd Əli Bavərçi Bağdadidir.
Səfəvi sülaləsi
Səfəvilər (az-əbcəd. صفوی‌لر‎, fars. صفویان‎ səfəviyan) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər. İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi. Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu. Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Səfəvi təriqəti
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Səfəvi xanədanı
Səfəvilər (az-əbcəd. صفوی‌لر‎, fars. صفویان‎ səfəviyan) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər. İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi. Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu. Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Şarl Anri Oqüst Şefer
Şarl Anri Oqüst Şefer (fr. Charles Henri Auguste Schefer; 16 noyabr 1820, Paris – 3 mart 1898[…])—fransız şərqşünası, tarixçisi və diplomatı. == Həyatı == Şarl Anri Oqüst Şefer 1820-ci ildə Paris şəhərində doğulmuşdu. Ali təhsilini École Nationale des Langues Orientales Vivantesdə tamamlamışdı. Fransanın Osmanlı ölkəsindəki Qüds, İzmir və İskəndəriyədə olan təmsilçiliklərində uzun müddət mütərcim kimi çalışdıqdan sonra 1849-cu ildə İstanbul səfirliyinin başmütərcimliyinə təyin edilmişdi. 1856-cı ildə Parisə döndü; ertəsi il École des Langues Orientales Vivantesin Fars dili müəllimi, 1867-ci ildə isə müdiri olaraq təyin edildi. 1860-cı ildə Suriya, 1862-ci ildə Qırmızı dənizlə ilgili olaraq dövləti təmsilən o bölgələrə göndərilmişdi. Ölümünə qədər işlədiyi məktəb müdiri kimi məktəbin kitabxanasını zənginləşdirən Şefer rəsmi vəzifələri ilə bağlı verilən bir çox dövlət nişanının sahibi idi. Şefer, İslam tarixi və coğrafiyasıyla ilgili önəmli çalışmalar işləyib hazırlamışdı. Bəzi Farsca İslam tarixi qaynaqlarının tənqidi nəşri və Fransızca tərcümələri ilə yanaşı İslam dünyasına dair Şərqdə və Qərbdə yazılmış bir çox səyahətnamə və xatiratı çap etmiş və Fransızcaya çevirmişdir.