Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akva alta
Akva alta ( – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. == Səbəblər == Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma — ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80–109 santimetr daha artıqdır; daha intensiv qabarma — ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110–139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar — ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur. Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti — ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil.
Akva İbom ştatı
Akva İbom ştatı (ing. Akwa Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat.
Akvadaq
Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir. == Tarixi == Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Аквадаг // Большая Энциклопедия Нефти Газа Аквадаг // Большой энциклопедический политехнический словарь. — 2004. // Большой энциклопедический политехнический словарь. 2004.
Akvafina
Nora Lum (2 iyun 1988, Nyu-York, Nyu-York ştatı) — əsasən Awkwafina ləqəbi ilə tanınan ABŞ aktrisası, repçisi və komediyaçısı.
Akvafobiya
Akvafobiya və ya Hidrofobiya ifrat və əsassız su qorxusu ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Tipik olaraq, bu fobiya, bu yerlərdə mövcud olan çox miqdarda su səbəbindən, çimərliklərdən və ya hovuzlardan qorxmaqla əlaqədardır. Bununla birlikdə hidrofobiya yalnız suya girmək, üzmək və ya çimmək qorxusu ilə məhdudlaşmır. Bu ifrat qorxudan əziyyət çəkən insan, su ilə təmasda olduğu hər hansı bir vəziyyətdən qorxa bilər. Bu hallara krandan axan su və sairə daxildir.
Akvakultura
Akvakultura (latın akua – su, + kultus – yetişdirmək, becərmək) – su mühitində faydalı orqanizmlərin – yosunların, xərçənglərin, molyuskaların, balıqların və s. yetişdirilməsi.
Akvalanq
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Akvamarin
Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər. Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir və həmçinin Fe2+ ehtiva edir. Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir. Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də, mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər. Akvamarin qiymətli daşdır. == Etimologiyası == Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır. "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir. == Dəyər == Akvamarinin dəyəri onun çəkisi, rəngi, kəsimi və parlaqlığı ilə müəyyən edilir. Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır.
Akvamen
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir. Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir. Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir.
Akvamen (film)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Akvamen (film, 2018)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Akvametriya
Akvametriya (lat. aqua – su + metriya) — müxtəlif maddələrin tərkibindəki suyun miqdari analizi üsulları. Bu, qaz, maye və bərk maddələrdə suyun miqdari təyini üsullarının məcmusudur. Akvametriyada suyun kimyəvi, fiziki-kimyəvi və ya fiziki xassələrinə əsaslanan üsullardan (qravimetriya, qaz xromatoqrafiyası, infra qırmızı spektroskopiya və s.), analiz edilən nümunənin rütubətlə funksional əlaqəsi olan hər hansı bir xassəsinin qeydiyyatına əsaslanan üsullardan və hibrid üsullardan istifadə edilir. Suyahəssas reaktivlərin (kalsium hidridi və karbidi, natrium amidi, litium alümohidridi, turşuların anhidridləri və halogen anhidridləri və s.) tətbiqinə əsaslanan kimyəvi üsullar daha geniş yayılmışdır. Titrimetrik üsullardan, o cümlə dən analiz olunan nümunədə suyu kütlə üzrə 0,5⋅10-5-dən 100%-dək təyin etməyə imkan verən Fişer reaktivinin iştirakı ilə kulonometrik üsuldan da çox istifadə edilir. Təyin etmənin əsasını ekvimolyar miqdarda su sərf etməklə SO2-nin yodla yüksək seçici oksidləşmə reaksiyası təşkil edir. Ekvi va lent nöqtəsinə qədər sərf olunmuş yoda görə nümunədə suyun miqdarı hesablanır. Suyun təyinində kulono metrik etalonsuz üsuldan istifadə olunur. Bu üsulun əsasını nazik P2O5 təbəqəsi ilə örtülmüş spiral platin elektrodlarda suyun elektro kim yəvi parçalanması təşkil edir.
Akvaplan
Akvaplan — su idmanında işlədilən kiçik taxta sal. Motorlu qayığın yedəkdə çəkdiyi akvaplan suyun üzəri ilə şütüyür. Ən əlverişli sürəti saatda 30–40 kilometrdir. İdmançı akvaplanda, dizləri azca bükülmüş halda, ayaq üstə dayanaraq qayığa bağlanmış 10–15 metrlik kəndirdən tutur. Akvaplan gedərkən idmançı müxtəli gimnastika hərəkətləri edir. Akvaplanlar ilk dəfə 1914-cü ildə Birləşmiş Krallıqda peyda olmuşdur və indi nisbətən nadirdir. Akvaplaninqin müasir analoqu, idmançının əlində çəpərli qayığın arxasına çəkilən diskoplandır.
Akvarel
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Akvarimlər
Akvarimlər (özlərini çvi adlandırırlar) - Qananın cənubunda akan qrupundan xalq. == Haqqında == Akvarimlərin sayı 470 min nəfərdir (2000). Akan dilinin dialekti olan çvi kasa dilində danışırlar. Bu dil Qananın rəsmi dillərindən biridir. Dindarların əksəriyyəti xristian, digər hissəsi müsəlmandır.XVII əsrin əvvəllərində Akvarimlərin əsdadları Akvarim omanlığını yaratmışdılar. 1640-1730-cu illərdə Akvama tabe olan bu omanlıq, 1742-1826-cı illərdə Aşanti konfederasiyasının tərkibinə daxil idi. Əsas məşğuliyyətləri toxa əkinçiliyi, maldarlıq və quşçuluq olmuşdur. Hazırda Avvarimlərin əksəriyyəti kakao və qəhvə plantasiyalarında çalışırlar. Ənənəvi məişətləri, maddi mədəniyyətləri və sosial institutlarına görə aşantilərə çox yaxındırlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası.
Akvarium
Akvarium — balıqların və müxtəlif dəniz və şirin su hövzələrində yaşayan canlılar və bitkiləri saxlamaq üçün nəzərdə tutulmuş qablar və ya hovuzlar. == Tarixi == Çinlilərin balıqlara münasibəti də maraqlıdır. Şüşə qablarda çay və dəniz balıqlarını saxlamışlar. Birinci dəfə 1500-cü ildə Yaponiyaya akvarium çinlilər tərəfindən gətirilmişdir. Buradan da akvariumun dünya səyahəti başlamışdır. Amerika və başqa ölkələrə birinci dəfə buradan yol almışdır. Əldə olunan məlumata görə, bir amerikalı admiral Yaponiya imperatorunun ona bağışladığı iki cüt şələquyruq qızıl balığı Amerikaya gətirmək üçün hərbi gəmidən istifadə etmişdir. Amerikalı varlılar bu balıqları admiraldan almaq üçün çoxlu pul təklif etsələr də, admiral onları satmamışdı. Balıqların oğurlanmasından ehtiyat edən admiral xüsusi mühafizə dəstəsi düzəltmişdi. O, yalnız bir neçə ildən sonra, nəsil verib artıb çoxaldıqdan sonra balıqların hər birini çox baha qiymətə satmışdı.
Akvarium (film, 1983)
Akvarium filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır. Uşaq rolunda Əmir Tağıyev çəkilib. 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir. == Məzmun == "Akvarium" poetik applikasiya filmidir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.
Akvarium balıqları
Akvarium balıqları (ing. Aquarium fishery) — Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-dək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Akvatoriya
Akvatoriya (lat. aqua — su, territorium — ərazi) — dəniz, buxta, körfəz, yaxud portda müəyyən sərhəd daxilindəki su sahəsi. Məsələn, Bakı körfəzi akvatoriyası və s.
Con Stiven Akvari
Con Stiven Akvari (1938 və ya 1942) - tanzaliyalı yüngül atlet, 1968 Yay Olimpiya Oyunlarının iştirakçısı. == 1968-ci ilin marafonu == 1968-ci ilin olimpiadasının marafonunda 75 atlet iştirak edirdi. Qaçışın başlamasından biraz sonra dizini və budunu zədələyir. Amma distansiyanı tərk etmədi, qaçışa davam etdi. Marafon qalibi Mamo Volde oldu, distansiyanı 2 saat 20 dəqiqə 26 saniyəyə. Con Stiven Akvari məsafəni 3 saat 25 dəqiqə 27 saniyəyə qət etdi. Məsafəni qət edənədək artıq qaliblərin təltif olunma mərasimi, günəş batması və azərkeşlərin çoxunun dağılışması baş verdi. Akvari axrıncı, finişə çatan 57-ci atlet oldu. İntervyuda ondan sorüşdular ki, niyə yıxılandan sonra qaçışı davam etdi, Akvarinin cavabı: Mənim ölkəm 5000 mil məsafəyə məni finişə çatmağım üçün göndərib, yarışa başlamaq üçün yox. == Gələcək karyerası == 1968-ci ilin Olimpiadasından sonra on ildə yarışlarda iştirak edib.
İstanbul Akvarium
İstanbul akvarium — dünyanın ən böyük tematik akvariumudur. İstanbul şəhərində yerləşir. Akvariumun içində 16 ayrı bölüm 64 ədəd hovuz var.
Kamo Akvariumu
Kamo Akvariumu (加茂水族館, Kamo Suizokukan) – Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən akvarium. Dünyada ən böyük meduzariumudur. Dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == 1930-cu ildə Yamaqata Prefektura Akvariumu kimi açılmışdır. Populyar yerlərdən birinə çevrilən akvarium ildə 200 mindən çox ziyarətçi cəlb edirdi. 1960-cı illərin ikinci yarısında akvarium yeni binaya köçürülmüş və Kamo Akvariumu adı ilə yenidən açılmışdır. Lakin 1990-cı illərin ikinci yarısında ziyarətçi sayı 100 minə düşmüşdür. Asiya dırnaqsız samuru və digər populyar dəniz canlılarının sərgilənməsi əvvəlki populyarlığı qaytara bilmirdi. 2000-ci illərdə akvarium meduzaların sərgilənməsinə əhəmiyyət verməyə başladıqdan sonra yenidən tanınmağa başlanmışdır. 2003-cü ildə meduzaların çoxaldılması üçün Tsuruoka Meduza Laboratoriyası yaradılmışdır.
Meduza akvariumu
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. == Meduzariumlar == Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur. ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.
Akvamasiya
Akvamasiya (həmçinin resomasiya, alovsuz kremasiya, su ilə kremasiya, biokremasiya və ya qələvi hidroliz) insan və heyvan qalıqlarının dəfnə və ya kremasiyaya altenativ olaraq su və qələvi qarışığında həll edilərək utilizasiyası prosesi. == Proses == Proses qələvi hidrolizə əsaslanır: bədən su və kalium hidroksid qarışığı ilə doldurulmuş təzyiqli çəlləyə yerləşdirilir və təxminən 160 °C temperatura qədər qızdırılır, yüksək təzyiq qaynamağın qarşısını alır. Bədən 4–6 saat sonra ilkin kimyəvi komponentlərinə qədər parçalanır. Proses daha aşağı temperatur (98 °C) və təzyiqlə də aparıla bilər, lakin daha uzun müddət (14–16 saat) çəkir. Prosesin əvvəlində qarışıq qələvi, pH səviyyəsi təxminən 14 olur; Sonda pH 11-ə düşür, lakin son pH səviyyəsi ümumi proses müddətindən və bədəndəki yağ miqdarından asılıdır. == Dini baxışlar == Xristian ölkələrində və mədəniyyətlərində kremasiyaya tarixən mənfi yanaşılıb. Allahın surətini ləkələmək və müqəddəs kitabda əks olunan ölülərin dirilməsinə müdaxilə kimi baxılıb. İndiki dövrdə bəzi məzhəblər üçün məqbuldur. Keyptaunun keçmiş Anqlikan arxiyepiskopu Desmond Tutu öz istəyinə uyğun olaraq akvamasiya olunub. Şərqi pravoslav kilsəsi kremasiyaya icazə vermir.
Akvapim
Akvapim (hərfi mənada "min qul") — Qanada yaşayan xalq. Sayları 650 min nəfərdir (1992-ci ilə qədər). Akvim, aşanti və açem dillərində (çvi dilinin dialektləri) danışırlar. Akvapim dili Qananın rəsmi dillərindən biridir. == Yaşayış zonası == Onlar Qananın cənubunda, Akkranın şimalındakı Akvapim təpələrində, Volta və Denvu çayları arasında üstünlük təşkil edirlər. == Dini == Qananın Akvapim təpələri regionunda bölgəsindəki XIX əsrdə fəaliyyət göstərmiş Avropa missionerləri sayəsində hakim din xristianlıqdır (presviterian və metodist). == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Попов В. А. Аквапим // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1998.
Akaa
Akaa — Finlandiyada şəhər.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
Alva Myurdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Cotula alva
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Aka Morçiladze
Aka Morçiladze (gürc. აკა მორჩილაძე; 10 noyabr 1966, Tbilisi) — gürcü yazıçı. == Həyatı == Aka Morçiladze 1966-cı ildə anadan olub, əsərləri bir çox Avropa dillərinə tərcümə olunub. Hl-hazırda Londonda yaşayır. "Madatov adasına gediş və dönüş" postmodern üslubda yazılmış müəllifin ən məşhur romanlarından biridir. Əsərdə azərbaycanlılar və Bakıyla bağlı maraqlı süjetlər var. Ümumən, Aka Morçiladzenin şəxsində çağdaş gürcü ədəbiyyatı ilə tanış olmaq bizim oxucular üçün maraqlı olacaq. İki qonşu ölkənin bu gün ədəbiyyatını dəyərləndirmək baxımından bu roman xarakterikdir. == Əsərləri == Gürcüstan Noutbuklar, Bakur Sulakauri Nəşriyyat, 2013 Obolé, Bakur Sulakauri Nəşriyyat, 2011 Mameluk, Bakur Sulakauri Nəşriyyat, 2009 Bir Gürcüstanda, Saga nəşriyyatı, 2008 Köhnə Hearts və qılınc, Bakur Sulakauri Nəşriyyat, 2007 2007-ci il Tiflis Bakur Sulakauri, Nəşriyyat, Maid Kağız Bullet, Bakur Sulakauri Nəşriyyat, 2006, 2011 Venera yuxu, Bakur Sulakauri Nəşriyyat, 2005 Mr. Deaxley nin Silent Box, Bakur Sulakauri Nəşriyyat, 2005 Santa Esperanza, Bakur Sulakauri Nəşriyyat, 2004, 2008-ci il Kitab, Bakur Sulakauri Nəşriyyat, 2003, 2011 Digər, Bakur Sulakauri Nəşriyyat, 2002, 2011 Madatov adasına gediş və dönüş, Bakur Sulakauri Nəşriyyat, 1998, ISBN 978-9952-5672-3-6 Qarabağa gəzinti, 1992 Film - 2005.
Aka adası
Aka (yap. 阿嘉島) — Kerama adaları qrupuna daxil olan, Sakit okeanda yerləşən ada. İnzibati baxımından Yarponiyanın Okinava prefekturasına daxildir. Ada Okinava adasınadn 35 km qərbdə yerləşir. İqlimi subtropikdir == Mərcanlar, flora və fauna == Ada yaxınlığından Krusio cərəyanı keçir. Ada ətrafında olan mərcanlar fauna baxımından olduqca zəngindir. Bu səbəbdən ərziyə dayvinq və sporkelinq həvəskarları axışır. 1998-ci ildə Akada Yaponiya elimi-texniki agentliyinin (ing. Japanese Science and Technology Agency) Aka Okeanoloji laboratoriyası ing. Akajima Marine Science Laboratory (AMSL) fəaliyyətə başlamışdır.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Xubilay Aka
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur. Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.
Kubilay Aka
Kubilay Aka (12 aprel 1995, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Kubilay Aka, 12 aprel 1995-ci ildə İstanbulda anadan olmuşdur. Anadolu Universiteti’ten məzun olduktan sonra aktyorluq təhsili aldı. İlk olaraq "Vatanım Sensin" adlı serialda Ali Kemal’i canlandırmışdır.
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.