Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.ax
.ax — Aland adalarının internet kodu.
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. == Toponim == Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
10-cu əsrin axmaqları(film, 2003)
X əsrin axmaqları — Amitabh Baççan tərəfindən 2003-cü ildə çəkilmiş Hindistan fantastik komediya filmidir. Baş rolda Fəridə Cəlal, Pariş Raval və Gülşən Qrover oynayıb.Bəstəkar Pritam və Salim-Süleymanın bu filmə bəstələdiyi mahnılar özü bir albom olmuşdular. == Məzmun == Mumbay özünü Çindi Çor ( Gülşən Qrover ) adlandıran bədnam oğru qorxusundan yaşayır və təhlükəsizlik və polis qorunmasına heç bir əhəmiyyət vermədən istədiyi zaman və istədiyi şeyi oğurlayır. Ghoshal ( Ashish Vidyarthi ) İmperator Babuşanın ( Gülşən Qroverin də oynadığı ) tacının sərgisini və sonrakı auksionunu elan edərkən , Chindi bu qiymətsiz tacı oğurlamaq niyyətində olduğunu iddia edir və Ghosal bu çətinliyi qəbul edir və xüsusi təhlükəsizlik işçilərini işə götürür. .Çindi oğurluğu həyata keçirir və təhlükəsizlik işçilərindən ikisi Vikram ( Məhəmməd İqbal Xan ) və Ajay ( Anuj Sawhney ) və ortağı John D'Souza ( Paresh Rawal)), şübhəli olmaq və qaçışda olmaq. Bu cinayətdən yaxa qurtarmaq üçün Çindini tutmalı və tacı bərpa etməlidirlər. Təhlükəsizlik işçiləri tərəfindən təqib edilərkən üçlük bir divara çırpılır və 10-cu əsrdə yenidən imperator Babuşanın sarayına aparılır. Üçlülər bir Bollivud filminin çəkilişlərində olduqlarını düşünür və həbs olunana qədər heç bir şeyə ciddi yanaşmırlar. Bədbəxt üçlük bu cinayətdən yaxa qurtarmaq üçün təkcə qaçmaqla yanaşı, tacı da 21-ci əsrdə geri götürməli olduqlarını başa düşür. Yalnız bir möcüzənin 21-ci əsrə qayıda biləcəyini başa düşürlər.
150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir. Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır. Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır. == Mükafat == 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
30 St Mary Axe
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. == Tarixi == Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
31 mart soyqırımı AXC mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
3 axmaq (film, 2009)
"3 axmaq" (ing. 3 idiots) — Hindistan filmi. 2009-cu il Bollivud istehsalıdır. Film Hindistanda ən böyük muhəndis universitetində 3 tələbənin yaşadığı hadisələrdən bəhs edir. Rejissorluğunu Rajkumar Hiraninin etdiyi filmdə həmçinin Əmir Xan,Karina Kapur kimi məşhur aktyorlar da səhnə alıb. Film həmçinin Hindistanda ve dünyada ən cox satılan hind filmidir. == Filmin mövzusu == Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan şagirdlərin həyatını qısa olaraq izah edir. Sistemin daim yarış üzərinə qurulduğu, hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə sistemi dəyişdirməyə çalışan bir şagird və onun ən yaxın 2 yoldaşı. Başlarından keçənlər, həyatdan əslində nə istədikləri. Ranco xarakterinin baş rol oynadığı film dram və komediya növünü ən yaxşı şəkildə bizə çatdırır.
52 çərşənbə axşamı (film, 2013)
52 çərşənbə axşamı (ing. 52 Tuesdays) - 2013-cü il Avstraliya istehsalı olan drama-gərilim janrında film. Filmdə ana olan Ceyn 16 yaşındakı qızı Biliyə həyatının geri qalanına trans kişi olaraq davam etmək istədiyini və adını Ceyms olaraq dəyişdirəcəyini açıqlayır. Bunun üçün də lazımi əməliyyat və müalicələr olunacağını və bu prosesdə tək qalmaq istədiyi açıqlayır. İkili hər çərşənbə axşamı (ildə 52 dəfə) görüşüb vaxt keçirəcəklərinə söz verirlər. Filmin adı da buradan götürülmüşdür.
AXA MBASK
AXA MBASK — Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri. 1992-ci ildən MBASK adı ilə, 2010-cu ildən isə AXA MBASK adı ilə fəaliyyət göstərir. == Tarixi == 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir. 2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK Sığorta Şirkətinin səhmlərinin 30 %-ni alaraq yerli sığorta şirkətinin səhmdarı oldu. 2006-2007-ci illərdə müstəqil bazar təhqiqatları MBASK şirkətini əhali arasında ən populyar və etibarlı sığorta şirkəti kimi tanımışdır. 2004-cü ildə MBASK Sığorta Şirkəti müvəffəqiyyətlə keyfiyyətin idarə olunması sisteminin sertifikatlaşdırılmasını keçmişdir. Şirkətin auditorları qismində Moody İnternational şirkətinin mütəxəssisləri iştirak etmişdirlər. Yoxlamanın nəticələrinə görə MBASK Sığorta Şirkətinə müvafiq sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir ki, bu da həmin sertifikatın ilbə-il təsdiq olunmasında öz əksini tapmışdır.
AXA MBASK ASC
AXA MBASK — Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri. 1992-ci ildən MBASK adı ilə, 2010-cu ildən isə AXA MBASK adı ilə fəaliyyət göstərir. == Tarixi == 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir. 2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK Sığorta Şirkətinin səhmlərinin 30 %-ni alaraq yerli sığorta şirkətinin səhmdarı oldu. 2006-2007-ci illərdə müstəqil bazar təhqiqatları MBASK şirkətini əhali arasında ən populyar və etibarlı sığorta şirkəti kimi tanımışdır. 2004-cü ildə MBASK Sığorta Şirkəti müvəffəqiyyətlə keyfiyyətin idarə olunması sisteminin sertifikatlaşdırılmasını keçmişdir. Şirkətin auditorları qismində Moody İnternational şirkətinin mütəxəssisləri iştirak etmişdirlər. Yoxlamanın nəticələrinə görə MBASK Sığorta Şirkətinə müvafiq sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir ki, bu da həmin sertifikatın ilbə-il təsdiq olunmasında öz əksini tapmışdır.
AXC
Azərbaycan Xalq Cümhuriyyəti (az-əbcəd. آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az-əbcəd. آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.
AXC-Gürcüstan əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
AXC-nin Lənkəran əməliyyatı
Lənkəran əməliyyatı (1919) — Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərb əməliyyat. AXC elan edildiyi zaman öz suverenliyini bütün ölkə ərazisinə yaya bilməmiş, bu proses tədricən inkişaf etmişdir. Bu proses əsnasında AXC-in cənub torpaqlarında, Cavad və Lənkəran qəzaları ərazisində həm ağqvardiyaçı, həm bolşevik, həm də azərbaycanlı partizanlar arasında mübarizə getmişdir. Bu mübarizənin nəticəsində Azərbaycan qüvvələri qələbə qazanmış, Lənkəran əməliyyatı ilə bütün bölgə AXC-in tam hakimiyyətinə girmişdir. == Zəmin == 1918-ci ilin payızına qədər Azərbaycan ordusu və Qafqaz İslam Ordusu Bakı və Qarabağı yad qüvvələrdən təmizlədi və beləliklə, Lənkəran istisna olmaqla Azərbaycanın bütün ərazisində yeni hökumət hakim oldu. Növbəti yürüş istiqamətinni bura olmasına baxmayaraq, Osmanlı imperiyasının məğlub dövlət kimi Mudros müqaviləsini imzalaması, Bakıya ingilis qüvvələrinin gəlməsi vəziyyəti dəyişdi və Lənkərana planlanan yürüş ertələndi. Lənkəran tutduğu mühüm strateji mövqeyə bir çox qüvvənin diqqətini özünə çəkmişdi və buna görə də, 1918-ci ilin əvvəllərində müsavatçılar burada hakim olsalar da, həmin ilin aprelində bölgəyə "Aleksandr Jander" gəmisində gəlmiş olan bolşeviklər hakimiyyəti ələ keçirdilər. === Ağ Qvardiyaçıların hakimiyyəti ələ alması və yerli əhalinin reaksiyası === Lakin Bakının azad edilməsi ilə bolşeviklərin buradakı mövqeyi zəiflədi. Bu dəfə də, bölgədə vaxtilə buraya köçürülmüş rus əhalisi tərəfindən dəstəklənən rus millətçi zabitləri gücləndilər. Ağ Qvardiyaçı olan və Denikin ilə yaxın əlaqələrə sahib olan polkovnik İlyaşeviç bu qüvvələrə rəhbərlik edirdi.
AXCE
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri. Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF).
AXCP
Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. == Tarixi == === Hərəkat dövrü (1988–1995) === Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub. 1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.
AXC (dəqiqləşdirmə)
AXC bu mənalara gələ bilər:
AXC Parlamenti
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi.
AXC mühacirlərinin fəaliyyətləri
AXDG
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb.
Abbas Əhməd Axundi
Abbas Əhməd Axundi (6 iyun 1957, Nəcəf) — İranlı siyasətçi, akademik və Həsən Ruhani kabinetində nəqliyyat naziri. 1993-cü ildə Axundi, Mənzil və şəhərsalma naziri olmuşdu ki onu İranın müasir tarixində ən gənc nazir etdi. Axundi, Əbdülhüseyn Əmininin qız nəvəsidir.
Abdulla Axundov
Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960). == Həyatı == Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Aleksandr Axmeteli
Alexander (Sandro) Vasilyeviç Axmeteli (gürc. ალექსანდრე (სანდრო) ვასილის ძე ახმეტელი;13 aprel 1886 – 27 iyun 1937) — Sovet Gürcüstan teatr rejissoru, Gürcüstan SSR-nin xalq artisti (1933). 1937-ci il represiyalarının qurbanı. == Həyatı == Aleksandr Axmeteli Gürcüstanın Anaqa kəndində keşiş ailəsində anadan olub. 1909-cu ildə teatr tənqidçisi kimi çıxış etməyə başlayır. 1916-cı ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstana məzuniyyətə gələrək Telavi və Maxçaanidə özfəaliyyət tamaşaları səhnələşdirib. Aleksandr Gürcüstanın Müstəqillik Bəyannaməsini imzalayanlardan biridir. 1920-ci ildə Tiflisdə Şanşiaşvilinin "Berdo Zmaniya" pyesini səhnələşdirərək, teatr rejissoru kimi debüt edir və Kote Marcanişvilidən dərs alır. 1922-ci ildə rejissor, 1924-1935-ci illərdə isə Şota Rustaveli Milli Teatrının baş rejissoru olub.
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Anna Axmatova
Anna Andreyevna Axmatova (doğ. Qorenko, ilk həyat yoldaşından Qorenko-Qumilyova ;, ayrıldıqdan sonra Axmatova soyadını götürmüşdür, ikinci həyat yoldaşından Axmatova-Şileyko, ayrıldıqdan sonra Axmatova 11 (23) iyun 1889[…], Odessa, Xerson quberniyası, Rusiya imperiyası[…] – 5 mart 1966[…], Domodedovo, RSFSR, SSRİ[…]) — SSRİ şairəsi, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, XX əsrin ən məşhur SSRİ şairələrindən biri, rus poeziyasının gümüş əsrin şairəsi. == Həyatı == Anna Andryevna Qorenko (Axmatova) 1889-cu ilin 11 (23) iyununda Odessa şəhəri yaxınlığında Böyük Fontanda dəniz mühəndis-mexanikinin ailəsində anadan olmuşdur. Özü haqqında yazmış olduğu ömür-gün tarixçəsində də məhz bu sözləri deyirdi: === Əsli === Nəsil şərəcəsinə gəlincə, Anna Yeqorovna Motovilova (ərlik soyadı Stoqova, 1817-1863). Anna Axmatovanın ana tərəfdən nənəsi sayılır. Motovilovanın anası Proskovya Fedoseyevna isə Simbirsk şəhərinin zadəganlarından idi. Axmatovlar ailəsində gəzən söz-söhbətlərə görə, guya onlar 1481-ci ildə vəfat etmiş tatar xanı Axmatın nəslindəndir (bunu tarixi mənbələr təsdiq etmir). Axmatovlar knyaz titulunu heç vaxt daşımayıblar. Bir il sonra onların ailəsi həyatının ən gözəl anları yaşadığı Sarskoye Seloya köçür və Axmatova on altı yaşına kimi burada yaşayır. Hər il yayı Streles buxtasının sahilində Sevastopolda keçirən Anna dənizlə dostlaşır.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
Ay bəri bax (mahnı)
Ay bəri bax və yaxud "Bura bax" — Azərbaycan xalq mahnısı. Mahnı demək olar ki, bütün xalq ifaçılarının — xanəndə və vokalçıların repertuarına daxildir. Bu baxımdan mahnının ifa variantları çoxdur. Bu sevgi məzmunlu lirik mahnıdır, təbiətcə nikbindir. == Mahnının tarixi == Mahnının yaranma tarixi XVIII–XIX əsrlərə aiddir. Xanəndənin ifa etdiyi mahnının yazısı XX əsrin əvvəllərində qrammofon vallarında qorunub saxlanılmışdır. Mahnının ilk nota yazısı 1920–1930-cu illərə təsadüf edir. Müxtəlif illərdə müşayiətlə səs və xor üçün notlar və aranjimanlar yaranmışdır. Birinci variantda poetik mətn bayram təbriki ilə bağlıdır, mətn həm də sevgi etirafını əks etdirir (1938-ci ildə Cabbar Qaryağdıoğlunun ifası ilə Səid Rüstəmov tərəfindən lentə alınıb). Mahnının Cabbar Qaryağdıoğlunun ifasında Rüstəmovun nota yazılan ikinci variantı — "Ay al çan, çaxır" "Azərbaycan xalq mahnıları" toplusunda (2-ci cild, Bakı, 1956) çap olunub.
Ay bəri bax (rəqs)
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Ay bəri bax rəqsi
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
.ac
.ac — Askension adasının ölkə internet kodu
.ad
.ad — Andorranın internet kodu
.ae
.ae — Birləşmiş Ərəb Əmirliklərinin internet kodu
.af
.af — Əfqanıstanın internet kodu
.ag
.ag — Argentinanın internet kodu.
.ai
.ai — Anqilyanın internet kodu.
.al
.al — Albaniyanın internet kodu.
.am
.am — Ermənistanın internet kodu.
.an
.an — Niderland Atil adalarının internet kodu.
.ao
.ao — Anqolanın internet kodu.
.aq
.aq — Antarktikanın internet kodu. Domen iki il müddətinə pulsuz verilir. Domeni almaq üçün isə hökmən Antarktidada azı bir dəfə olmaq tələb edilir. İki ildən sonra istifadə müddətini yenidən artırıla bilə.
.ar
.ar — Argentinanın internet kodu.
.as
.as — Amerikan Samoasının internet kodu.
.at
.at — Avstriyanın internet kodu.
.au
.au — Avstraliyanın internet kodu. == Tarixi == Domen adı əvvəlcə Con Postel tərəfindən təsis edilmişdir. O, 1986-cı ildə Melburn Universitetinin IANA operatoru Kevin Robert Elz üçün açıldı. Təxminən beş illik bir müddətdən sonra, 1990-cı ildə, .au Domain Administrasiyası internet sektorunda özünü tənzimləyən bir qurum olaraq açıldı. 2001-ci ildə ICANN-dan təsdiq alır və 1 iyul 2002-ci ildə domen qeydiyyatı üçün yeni rəqabət rejimi başlayır.
.aw
.aw — Arubanın internet kodu.
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.