Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Hünərli
Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Köçərli
Köçərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Köçərli Tərtər rayonunun Azad Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağda yaşamış 52 ailədən ibarət köçərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Köçərli tayfası isə mənşəcə qədim türk tayfalarından olan kocarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına VIII-IX əsrlərə aid Kucar adlı uyğur Şəhərinin adında da rast gəlmək mumkundur. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaşayış məntəqəsi qeydə alınmışdır..
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.
Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy — 2004, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır. Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.
Kömərli (Arxangel)
Kömərle (başq. Көмәрле, rus. Кумурлы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 27 km, kənd sovetliyindən (Blaqoveşenka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 38 km. Kənd ərazisindən İnzer çayı axır.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim aşağı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.
Köçərli məscidi
Köçərli məscidi — XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə aid Köçərli məscidi. == Haqqında == Köçərli məscidi 8 may 1992-ci ildə Şuşanın işğalından bəri erməni qüvvələrinin nəzarəti altında olan paytaxt Bakıdan təqribən 350 km məsafədə, Azərbaycanın Qarabağ bölgəsi Şuşada yerləşən bir azərbaycanlı məscidi olmuşdur. Məscid Şuşanın Köçərli məhəlləsinin 20 Yanvar küçəsində yerləşirdi. Köçərli məhəlləsi Şuşanın 9 aşağı məhəlləsindən biridir. Ümumilikdə 17 məhəllə var. Köçərli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biridir. Mardinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun Ümumdünya İrs Saytında yerləşir. XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhərinin 1992-ci ilin may ayının 08-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Məscid yandırılmışdır.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. == Həyatı == Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. === Ailəsi === Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı və təhsili == Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Xəlil Köçərli
Çinarə Köçərli
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. == Həyatı == Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Şahvələd Köçərli
Şahvələd Süleyman oğlu Köçərli (31 dekabr 1935) — neftçi-geoloq, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (1965), "Azneftgeofizika" tresti İB-də baş geoloq və baş direktor (1981-1992). == Həyatı == Şahvələd Köçərli 31 dekabr 1935-ci ildə Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universiteti (İndiki Bakı Dövlət Universiteti)nə qəbul olunmuş və 1959-cu ildə universitetin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir, 1959-1962-ci illərdə “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. 1962-1965-ci illərdə “AMEA Geologiya İnstitutu”nda aspiranturada oxumuş, 1965-ci ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1966-1974-cü illərdə “Geologiya İnstitutu”nda kiçik və baş elmi işçi, 1974-1981-ci illərdə “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, 1981-1992-ci illərdə “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmişdir. 1993-1998-ci illərdə o “TPAO” (Türkiye Petrolleri Anonim Ortaklığı)- Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir. Şahvələd Köçərli 1998-2011-ci illərdə Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Onun biləvasitə rəhbərliyi və iştirakı ilə respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmışdır. O hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Gefizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. == Elmi fəaliyyəti == Şahvələd Köçərlinin elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu, neft-qazlılığı ilə əlaqədardır. O, 150-dən çox elmi və publisistik əsərin müəllifidir.
Badisəba Köçərli
Badisəba xanım Köçərli (doğum adı: Badisəba xanım Mustafa ağa qızı Vəkilova — 2 mart 1881 Salahlı, Qazax qəzası — 1954 Bakı) — Azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi. Məşhur Azərbaycan ədəbiyyatşünası və Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərlinin həyat yoldaşıdır. İnsanlara göstərdiyi köməkliklərinə görə Badisəba xanımı "El Anası" deyə çağırırmışlar. == Həyatı == Badisəba xanım Vəkilova 2 mart 1881-ci ildə Qazax qəzasının Salahlı kəndində doğulmuşdur. Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov, anası Fatma xanım Vəkilova, qardaşları Məmməd ağa Vəkilov və İsmayıl ağa Vəlikov idi. O, 1897-ci ildə, 17 yaşında Firudin bəy Köçərli ilə ailə qurmuş və onun soyadını qəbul etmişdir. Şəkidə 2 saylı uşaq evinin direktoru işləyərkən həmin uşaq evində yaşayan Roza Hədibullah qızı Həşimova adlı uşağı övladlığa götürmüşdür. == Təhsili == Firudin bəy Köçərli Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında müəllim işləyərkən onun təhsili ilə fərdi şəkildə məşğul olmuşdur. Bakı Qadın Müəllimləri Seminariyasında (bu təhsil müəssisəsinin adı 1919–1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası olmuşdur, sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərmiş və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir.) işləyərkən Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. == Fəaliyyəti == Badisəba xanım 1918-ci ildə Qazaxda öz vəsaiti hesabına Firudin bəy Köçərli ilə birlikdə "Yetim və qaçqın uşaqlar evi" açmışdır.
Kənan Ömərli
Kənan Ömərli (tam adı: Kənan Elxan oğlu Ömərli; 8 mart, 1999; Göyçay, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Ömərli oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kənan Ömərli ölümündən sonra 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni,"Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edildi.
Dondarlı
Dondarlı (Tikantəpə) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Dondarlı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Dondarlı (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – may 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firudin bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – may 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Guma (çox dəyərli)
Guma müraciət edə bilər:
Hünərli (film, 2014)
Hünərli (Rom: Heropanti) — Sabbir Xanın rejissorluğu və Sajid Nadiadvalanın prodüserliyi ilə 2014-cü ildə hind dilində çəkilmiş romantik döyüş filmidir. Filmdə Tiger Şroff və Kriti Sanon Hind filmlərindəki debütlərində Prakash Raj ilə birlikdə ikinci planda rol alırlar. Bu filmin teluqu dilindəki remeyki olan Parugu, 23 may 2014-cü ildə buraxılmışdır. Heropanti 2 adlı davam filmi isə 2022-ci ildə buraxılmışdır.
Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Ən Dəyərli Oyunçu
Ən Dəyərli Oyunçu (ing. Most Valuable Player) — idman liqalarında, çempionatlarında digərlərindən fəqləndirilən idmançıya verilən mükafatdır. Qısaltması ƏDO (ing. MVP) olan bu mükafat basketbol, həndbol, beyzbol, voleybol və.s kimi idman növlərində idmançılar arasında rəqabətin daha da artırılması üçün istifadə edilir. Mükafat adətən kiçik kubok və ya suvenir şəklində olur.
Anagallis monelli
Anagallis monelli (lat. Anagallis monelli) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin anaqallis cinsinə aid bitki növü.
Dondarlı (Qubadlı)
Dondarlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır.
Dondarlı (Tikantəpə)
Dondarlı (fars. ‎تندرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (11 ailə).
Dondarlı (Tovuz)
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır. Dondarlı kəndinin tarixi cox qədimdir.
Dondarlı məscidi
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.