Kənan Ömərli (tam adı: Kənan Elxan oğlu Ömərli; 8 mart, 1999; Göyçay, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kənan Ömərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Ömərli oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kənan Ömərli ölümündən sonra 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni,"Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edildi.[2]