Dondarlı (Qubadlı)

DondarlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.[1] 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.[2].

Dondarlı
39°18′20″ şm. e. 46°36′32″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dondarlı xəritədə
Dondarlı
Dondarlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zəngəzur qəzası 1 yanvar 1903-ci illər xəritəsi. Dundarlı

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etnonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X-XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır.[3]

Dondarlı məscidi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dondarlı məscidi

Dondarlı kəndindəki Dondarlı məscidi dövrümüzə rayon işğal olunana qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. (Erməni işğalından sonra, məscid ibadət etmək üçün yararsız vəziyyətə salınmış, içərisində ev heyvanları saxlanılmışdır.)

Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi, kənddə fəaliyyət göstərən klubun yaxınlığında yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfuqi səmtdə aparılmış relyefli qurşaq, onu uzaqdan ikimərtəbəli kimi göstərsə də, bina bir mərtəbəli binadır. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan birbaşa ibadət zalına qapı açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişa var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub üzərinə kitabələr yazılmışdır Dondarlı məscidinin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədilə yan divarlar üzərində playstrlar quraşdırılmışdır. Onlar zalın üstünü örtən gümbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Ancaq məscidin interyerindən baxanda bu mənzərənin şahidi oluruq. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərinin məscidlərində olduğu kimi yamaclı formada həll edilmişdir. XVIII-XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.[4]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Bəhlul Behcət — ilahiyyatçı, tarixçi və folklorşünas alim.
  • Hacı Mirmehdizadə — SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018).
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. İlham Əliyev. "İlham Əliyevin Tviti" (az.). İlham Əliyev. 2020. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. "Qarabağın qədim məscidləri". 2010-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]