Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Hünərli | |
---|---|
39°34′06″ şm. e. 46°59′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 800 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi.[4] 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır.[5] 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır. 20 noyabr 2020-ci il tarixindən kənd Hünərli adlanır.
Hünərli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
230 | Alban məbədi[6] | 1131-ci il | Hünərli kəndi | Memarlıq | Ölkə |
4325 | Məbəd[7] | XVII əsr | Hünərli kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | XXXX | XXXX | XXXX |
2009[9] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.