Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərsəx
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Fərrəx Dəulətşa
Fərrəx Dəulətşa (başq. Фәррәх Дәүләтша улы Дәүләтшин 31 dekabr 1887, Ufa quberniyası – 10 yanvar 1956, Birsk rayonu, Başqırd MSSR) — şair, folklorşünas, başqırd ədəbiyyatının klassiki. Başqırd Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1944), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar Birliyinin üzvü (1939). == Bioqrafiyası == Fərrəx Dəulətşa 31 dekabr 1887-ci ildə Ufa əyalətinin Birsk qəzasında, Starourtaevo kəndində anadan olmuşdur. 8 yaşında valideynlərini itirir. 1913-1916-cı illərdə Belı Klyuç kağız fabrikində (Akçişminski kağız fabriki) işləyərkən, buxar qazanının partlamasından gözlərini itirir. Ağır xəsarət aldıqdan sonra işsiz qalır. Kəndinə qayıdan Fərrəx Dəulətşa yemi mahnılar bəstələməyə və ifa etməyə başlayır. Kənddə başlayan inqilabi quruluş onun əsərlərinin mövzusunu müəyyənləşdirir ("Dağlarda gəzən bir adam", "Baba Yagir", "Boyarların bəlası", "Bayt Nuri"). Beytlərində hər cür folklordan - tapmacalardan, atalar sözləri və məsəllərdən, kubayırlardan, nağıllardan və adət-ənənələrdən istifadə edir.
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Fərrux
Fərrux — kişi adı.
Fərsfəc
Fərəsfəc — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Qolqol bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,608 nəfər və 443 ailədən ibarət idi.
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Ərsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Fərqət Tuxtamışev
Fərqət Şərəfullayeviç Tuxtamışev — 20 yanvar şəhidi. == Həyatı == 1958-ci il oktyabrın 29-da Bakıda anadan olub. Milliyyətcə tatardır. Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər işləmişdir. Subay idi. 19-dan 20-sinə keçən gecə iş yoldaşları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər silahsız piketçilərə divan tutan vaxt başından yaralanıb. Əsgərlərin insaflıları bir neçə yaralı ilə birlikdə Fərqəti də Salyan qazarmasının içərisindəki həkim məntəqəsinə aparmışlar (Bunu mərhumun iş yoldaşları görmüşdülər). Yanvarın 20-dən başlayaraq Fərqətin valideynləri onu axtarmağa başlamış, lakin şəhərin heç bir xəstəxanasından tapa bilməmişlər. Salyan qazarmasının həkim məntəqəsində Fərqət qeydiyyatdan keçirilməmişdi.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux Abbasov
Fərrux Azər oğlu Abbasov (18 oktyabr 1994, Zəlimxan, Ağstafa rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Fərrux Abbasov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Fərrux Abbasov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fərrux Bayramov
Fərrux Bayram oğlu Bayramov (24 yanvar 1990, Məmmədabad, Saatlı rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Bayramov 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təsillidir. 2-ci vətən müharbəsinde könüllü olaraq cəhbəyə yollanır 44 günlük müharibənin 40 gününde iştirak edib 4 noyabır Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lələ təpə,Kənd Horadiz, Suqovuşan, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşada savaşıb. Fərrux Bayramov 4 noyabrda Şuşa istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Hacıyev
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Fərrux Hüseynov
Fərrux Hüseynov (siyasətçi) — Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini
Fərrux Həsənli
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Rüstəmov
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Fərrux Zakirov
Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim og'li; 16 aprel 1946 və ya 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti. == Həyatı == Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir. Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar.
Fərrux Zeynalov
Fərrux Məmmədnəbi oğlu Zeynalov (4 may 1942, Bilgəh – 13 yanvar 2022) — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının material ehtiyatları naziri (1992–1997), iqtisad elmləri namizədi. == Həyatı == Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975–83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987–1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999–2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Evlidir, 3 övladı var.
Fərrux bəy
Fərrux bəy (təq. 1547) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir. == Həyatı == Fərrux bəy 1547-ci ildə Təbriz şəhərində anadan olmuşdur.
Fərrux dağı
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Persea persea
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Femtex
Femtex ("qadın texnologiyası"nın qısaltması) – qadın sağlamlığına yönəlmiş həllər və startapları birləşdirən informasiya texnologiyası terminidir. Bu sahəyə qadınların reproduktiv sağlamlığı, cinsi həyata nəzarət, menstruasiya, təbii artım, hamiləlik və ana südü ilə bağlı cihazlar və tətbiqlər daxildir. == Terminin mənşəyi == "Femtex" termini 2016-cı ildə menstruasiya (aybaşı) dövrü və təbii artımın monitorinqi üçün Clue mobil proqramını inkişaf etdirən danimarkalı sahibkar İda Tin tərəfindən yaradılmışdır. Femtex sənayesi gigiyena məhsulları, müxtəlif portativ qadcetlər, mobil proqramlar, internet bağlantısı və smartfonlar vasitəsilə idarə olunan tibbi cihazları əhatə edir. == Rusiyada və MDB-də Femtech == Rusiyada və MDB-də femtex-in inkişaf etməsi üçün əsas amillər- rəqəmsal səhiyyənin inkişafı və rəqəmsal tibb xidmətlərinə artan tələbat, sağlam həyat tərzinin artan populyarlığı, minillərdir mövcud olan nəslin aktiv valideynlik dövrünə daxil olması, eləcə də İT sahəsində çalışan qadınların sayının artmasıdır. 2017-ci ildə Yuri Gurskinin Flo.Health şirkəti Flint Capital və model Natalia Vodyanovadan 5 milyon dollar, 2019-cu ildə isə beynəlxalq fondlardan 7,5 milyon ABŞ dolları məbləğində sərmayə toplayıb. 2020-ci ildə rus xidməti Amma pregnancy tracker İqor Rıbakovdan təxminən 24,5 milyon dollar dəyərində 200.000 dollar investisiya cəlb etdi. 2021-ci ildə isə SOSV fondundan 250.000 dollar və bir qrup rus investorundan 2 milyon dollar investisiya cəlb etdi. 2021-ci ildə Forbes amma pregnance trackeri gələcək "təkbuynuzlular" siyahısına daxil etdi. == Femtex bazarının perspektivləri == 2021-ci ilin məlumatlarına görə, beynəlxalq tədqiqatlar yaxın illərdə femtex bazarının böyüməsinə işarə edir: 2021-ci ildə femtex-ə investisiyalar 1 milyard dolları keçdi FemTech Industry 2021 araşdırması bazarın həcmini 21,7 milyard dollar olaraq qiymətləndirir .
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. == Tarixi == İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. == Demoqrafiyası == === 2010 === 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. === 2000 === 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Persea
Avokado (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu. == Doğulması == Aqos çarı – Akrisiy peyğəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Yersei
Yersei (nen sözü) (rus. ерсеи , ing. erseu) — torf təpəlikləri arasında bataqlaşmış əyri-üyrü kanal.
FedEx
== FedEx == FedEx Corporation, köhnədən Federal Express, adlı quruluş dünya səviyyəsində hava-quru transfer və məntiqi xidməti təqdim edən bir Amerika şirkətidir. Dünyanın ən nüfuzlu şirkət qrupları arasında iştirak etməkdədir. == Tarixi == 1971-ci ildə Federal Express adı altında Frederick W. Smith tərəfindən Little Rockda (Arkansas) qurulub, 1973-cü ildə Memfisə (Tennessee) köçürülmüşdür. FedEx havayolu nəqliyyatı 1989-cu ildə Federal Express Flying Tiger Line, 1998-ci ildə Caliber System, Inc, Roberts Express, Viking Freight və Caliber Logistics şirkətlərini satın almışdır. Qısa zaman sonra American Freightways satın alaraq bütün bu firmalar artıq FDX Corp adı altında həyata keçirilir. 2000-ci ildə şirkətin ümumi adı təkrar FedEx Corporation olaraq dəyişdirilmişdir. Memphis (Tennessee) superhub yanında aşağıdakı hublarlada beynəlxalq xidmət edir: ABŞ Anchorage (Alyaska) Fort-Uort (Texas) Indianapolis (Indiana) Newark (New Jersey) Oakland (Kaliforniya) Kanada Toronto (Ontario) Cənubi Amerika və Karib hövzəsi Miami (Florida) Avropa / Afrika / Orta Şərq Paris-Charles də Gaulle (Fransa) Frankfurt (Almaniya) London-Stansted (Birləşmiş Krallıq) Turkey (Türkiyə) Asiya və Sakit Okean Subic Kişi (Filippin) Guangzhou (Çin) (tikintisi davam edir.) FedExin ən böyük rəqibləri DHL, UPS, USPS, TNT və YankItdır.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Fəşəm
Fəşəm (Farsca: فشم‎, Fasham) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Rudbar-i Qəsran bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 6.895 nəfər və 2.019 evdir.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. == Etimologiya == (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Aleksandr Yersen
Aleksandr Yersen (fr. Alexandre Émile Jean Yersin; 22 sentyabr 1863[…] – 1 mart 1943 və ya 28 fevral 1943, Nyaçanq) — Fransa-İsveçrə həkimi və bakterioloqu. Bubon taununu törədən və sonradan alimin şərəfinə adlandırılan Yersinia pestis basilinin aşkar edilməsində rolu olan tədqiqatçılardan biri kimi tanınır. Başqa bir bakterioloq olan yapon həkimi Kitasato Shibasaburō adətən, xüsusi olaraq bir neçə gün əvvəl bakteriyaların müstəqil identifikasiyasını müəyyən etdiyini, lakin patogenə səbəb olan vəba deyil, başqa bir bakteriya olduğunu qeyd etdi. Həmçinin, Yersen ilk dəfə olaraq, eyni basilin (çöpün) həm gəmiricilərdə, həm də insan da olduğunu göstərərək mümkün ötürmə yollarını vurğulamışdı. == Həyatı və təhsili == Yersen 1863-cü ildə İsveçrənin Vaud kantonunda atasının — Jan-Aleksandr-Mark Yersenin ölümündən sonra dünyaya göz açıb. Onun anası Fanni-İzalin-Emili Moşel idi. 1883–1884-cü ilə qədər Lozannada, ardınca Marburqda və Parisdə (1884–1886) tibb təhsili almışdı. == Karyerası == 1886-cı ildə Yersen Emil Rouxun dəvəti ilə École Normale Supérieure-də Louis Pasteurun tədqiqat laboratoriyasına daxil olmuş və quduzluğa qarşı zərdabın hazırlanmasında iştirak etmişdir. 1888-ci ildə o, Eksperimental vərəmin inkişafı üzrə tədqiqat adlı dissertasiya ilə doktorluq dərəcəsini almış və iki ay Almaniyada Robert Koç ilə birlikdə vaxt keçirmişdir.
Amblyseius forfex
Amblyseius forfex (lat. Amblyseius forfex) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius forfex Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Emma Ferrer
Emma Ketlin Hepbern Ferrer (ing. Emma Kathleen Hepburn Ferrer; 1994, Morj[d], Vo kantonu) — Britaniya və İsveçrə modeli, rəssam və filantrop. 2014-cü ilin avqustunda "Harper's Bazaar" jurnalının üz qabığında şəkli çap olunmuş Florensiya İncəsənət Akademiyasının tələbəsi. == Həyatı == Emma Ferrer 1994-cü ilin mayında İsveçrənin Morj şəhərində anadan olmuşdur. Həyatının 10 ilini Los-Ancelesdə, 10 ilini isə Florensiyada yaşamışdır. 2012-ci ildə Beynəlxalq Bakalavriat proqramı üzrə əsas qiymətləndirmədən uğurla keçərək, Florensiya Beynəlxalq Məktəbinin məzunu olmuşdur. 2016-cı ildə rəssamlıq üzrə Florensiya İncəsənət Akademiyasını bitirmişdir. Rəssamlıqda fəaliyyət istiqaməti insan bədəni və onun formasına əsaslanır. 2014-cü ildə Emma dəb sahəsində model kimi fəaliyyətə başlamışdır. 2014-cü ilin avqustunda üz qabığında Emma Ferrerin fotosu əks olunmuş "Harper's Bazaar" jurnalı işıq üzü gördü.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.