Fərrux Bayram oğlu Bayramov (24 yanvar 1990, Məmmədabad, Saatlı rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərrux Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1990 |
Doğum yeri | Məmmədabad, Saatlı, AzSSR |
Vəfat tarixi | 4 noyabr 2020 (30 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Fərrux Bayramov 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təsillidir. 2-ci vətən müharbəsinde könüllü olaraq cəhbəyə yollanır 44 günlük müharibənin 40 gününde iştirak edib 4 noyabır Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub[1]
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lələ təpə,Kənd Horadiz, Suqovuşan, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşada savaşıb. Fərrux Bayramov 4 noyabrda Şuşa istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]