Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gültəkin
Gültəkin — qadın adı. Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Hacıbəyli — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı Gültəkin Cabbarlı — Gültəkin Qafarova — tibb bacısı Gültəkin Uysal — Türkiyə siyasətçisi. Əmin Abid Gültəkin — ədəbiyyatşünas, şair.
Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı – 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990). == Həyatı == Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub. 1990-cı ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Gültəkin Hacıbəyli
Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü. == Həyatı == Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb.
Gültəkin Hacıyeva
Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü. == Həyatı == Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb.
Gültəkin Qafarova
Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.15 avqust 1961, Bakı — ö.12 yanvar 2009, Bakı— tibb bacısı == Həyatı və fəaliyyəti == Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.
Gültəkin Əsgərova
Gültəkin Əsgərova (tam adı: Gültəkin Məlik qızı Əsgərova; 20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. === Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi. 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.
Güntəkin Nəcəfli
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir. Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir.
Fatih Gültəkin
Fatih Gültəkin (1966, Konya) — Türk alim, professor, həkim, Loğman Həkim Universitetinin rektoru. == Həyatı və fəaliyyəti == Fatih Gültəkin 1966-cı ildə Konyada anadan olub. 1990-cı ildə Səlcuq Universitetinin Tibb fakültəsini bitirdikdən sonra Konya xəstəxanasının təcili yardım şöbəsində çalışıb. Bu müddət ərzində o, həmin universitetdə təhsilini davam etdirərək 1996-cı ildə alkoqol qəbul edənlərdə plazma, eritrosit və leykosit lipid peroksidləşməsinin və antioksidant fermentlərin fəaliyyətinin tədqiqi üzrə dissertasiyasını müdafiə edərək biokimya üzrə doktorluq dərəcəsini bitirib. 1997-ci ildə İsparta Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsinin Biokimya kafedrasında assistent, 2002-ci ildə isə dosenti olub. 2007-ci ildə professor elmi adını alıb. 2015-ci ildə Alanya Ələddin Keykubat Universitetinin Tibb fakültəsinin təsisçi dekanı vəzifəsinə təyin edilib. Dekan olduğu müddətdə o, eyni zamanda prorektor vəzifəsində də çalışıb. Tibb fakültəsinin yaradılması prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra 2017-ci ildə Səhiyyə Elmləri Universitetinə keçib. 2022-ci ildə Loğman Həkim Universitetinin rektoru təyin olunub.
Aytəkin Alxaslı
Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri == Həyatı == Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub. 2020-ci ildə Tərqqi medalı ilə təltif olunub. == İstinadlar == == Xarici keçidlər == "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb?
Aytəkin Məmmədov
Aytəkin Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy rayonu – aprel 1991, Xanlar rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. == Döyüşlərdə iştirakı == 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Aytəkin Mərdanova
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Rasim Öztəkin
Rasim Öztəkin (14 yanvar 1959, İstanbul – 8 mart 2021, İstanbul) — türk teatr, kinoteatr və serial aktyoru. Aktyor Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray ali məktəbinin ardından İstanbul Universiteti mətbuat şərhi yüksək məktəbindən məzun olan sənətçi, səhnə həyatında ilk təcrübələrini İstanbul akademik sənətçilər icması və Kadıköy xalq təhsil mərkəzi və növbətçi teatrda həvəskar çalışmalarla edindi. Fərhan Şənsoyun ortaaktyorlar icmasında profesional teatr sənətinə başladı. 2016 ilində Kəl Həsən Əfəndinin qovağı Fərhan Şənsoy tərəfindən özünə təhvil verildi. 1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi.
Rəşad Nuri Güntəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. == Həyatı == 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Əmin Abid Gültəkin
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Əhməd Nuri Öztəkin
Əhməd Nuri Öztəkin (türk. Ahmet Nuri Öztekin) (d. 1876, Bandırma – ö. 1951) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1886-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 25 avqust 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 12 apreldə 1928-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci ildə vəfat etdi.