Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963). Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).
E-nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Elektron nəsil
Mehriban Nəsib
Mehriban Nəsibova — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. “Məhəbbət olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Net Nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Nəsib Göyüşov
Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru == Həyatı == 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır. == Yaradıcılığı == 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir. 2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir. 1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir. === 2.1. ===
Nəsib Hacıyev
Nəsib Mirzəyev
Nəsib Tahir oğlu Mirzəyev (Ləkin, Cəlilabad, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı. Zəfər ordeni laureatı. == Təltifləri == (09.12.2020) — "Zəfər" ordeni. (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı.
Nəsib Muxtarov
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Nəsib Məhəməliyev
Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2000–2006), Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı (2006–2015). == Həyatı == Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. == Siyasi fəaliyyəti == 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. === Partiya fəaliyyəti === Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. == Həyat və fəaliyyəti == 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. == Yaradıcılığı == M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru. == Həyatı == Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. Evlidir, iki övladı var.
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. == Həyatı == Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Nəsir Məmmədov
Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim == Həyatı == 10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur. === Təhsili === 1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. === Pedaqoji və elmi fəaliyyəti === 1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Nəsir Paygozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Payqozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Sadıqzadə
Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, Dağlıq Qarabağ – 1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi. == Həyatı == Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub. == Filmoqrafiya == Mən ki gözəl deyildim (film, 1968) Şeytan göz qabağında (film, 1987) Qətl günü (film, 1990) Zirzəmi (film, 1990) Bəxt üzüyü (film, 1991) Qəzəlxan (film, 1991) Qara "Volqa" (film, 1994) Həm ziyarət, həm ticarət...
Nəsir Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. == Həyatı == Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. == Siyasi fəaliyyəti == Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir yelqovanı
Nəsir yelqovanı - İranda istehsal edilən ilk elektrik avtomobili İranda istehsal edilən ilk elektrik avtomobili olan "Nəsir yelqovanı"nın təqdimat mərasimini 2009-cu ilin sentyabr ayının 3-də İran Nəqliyyat və Yanacaq Rəhbərliyi Qərargahı keçirib. “Nəsir yelqovanı” adlandırılan və cəmi iki sərnişini daşıya bilən avtomobili Tehranın Xacə Nəsir Universitetinin 14 nəfərlik tələbə qrupu istehsal edib. Avtomobilin çəkisi 700 kiloqramdır. Bir dəfəyə azı 50 kilometr məsafəni qət edə bilər. Sürəti saatda 80 kilometrdir və bütün yoxlamalardan müvəffəqiyyətlə çıxmış yığcam bir avtomobildir. Avtomobil əvvəlcə elektrik avtomobillər arasında keçirilən yarışma məqsədi ilə nəzərdə tutulsa da, sonradan onun kütləvi istehsalına və vətəndaşların istifadəsinə verilməsinə qərar verilib.
Nəsir İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). == Həyatı == Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. == Həyatı == Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Qızıl nəsil
Qızıl nəsil (ing. golden generation) və ya qızıl komanda (ing. golden team) — əldə etdiyi nailiyyətlər və ya komandalarının daha əvvəl əldə etdiyi nəticələrdən daha yüksək bir səviyyəyə çatması gözlənilən bənzər yaşda çox istedadlı bir qrup oyunçu. == Futbol == === Avropa === ==== İngiltərə (2001-2010) ==== Sven-Qoran Eriksonun idarə etdiyi dövrdə, İngiltərə Futbol Federasiyasının icraçı direktoru Adam Krozier və Britaniya mətbuatının bəzi üzvləri, Devid Bekhem, Maykl Ouen və Stiven Cerrard kimi potensiallı oyunçuları qızıl Nəsil komandasının nüvəsi kimi adlandırırdılar.
Nəsib Quliyev
Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu) — Tibb elmləri doktoru, professor. K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti. == Həyatı == Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.