Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pol Pot
Pol Pot (khm. ប៉ុល ពត) və ya əsl adı ilə Salot Sar (khm. សាឡុត ស; 19 may 1925[…] və ya 19 may 1928[…], Prek-Sbauv[d], Fransa Hind-Çini – 15 aprel 1998[…], Anlonqvenq dairəsi) — Kamboca siyasi və dövlət xadimi. Kampuçiya Kommunist Partiyasının baş katibi (1963–1979), Demokratik Kampuçiyanın baş naziri (1976–1979), "qırmızı kxmerlər"in lideri və diktator. Pol Potun hakimiyyəti dövrü kütləvi represiyalar və aclıqla müşahidə olunmuşdur. O ölkədə aqrar sosializmin radikal formasının əsasını qoymuş və totalitar diktatura sistemini yaratmaq istəyirdi. Onun hökuməti (kxmerlər) şəhərlərin ləğv edilməsi və şəhər sakinlərinin kəndlərdə, sahələrdə məcburi işləməyə cəlb edilməsini özünün məqsədi hesab edirdi. Bu dövrdə kapitalizm dəyərləri kimi göstərilən iqtisadiyyat və maliyyə sistemləri süquta uğradı. Həmçinin, dövlət əmlakı dağıdıldı, banklarda olan valyutalar küçələrə səpilərək yandırıldı. Bunun nəticəsində 1–3 mln arası (təxminən əhalinin 25%-i) insan həlak olmuş və öldürülmüşdür.
Ageratina potosina
Ageratina potosina (lat. Ageratina potosina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ajania potaninii
Ajania potaninii (lat. Ajania potaninii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum potaninii (Krasch.) Hand.-Mazz. Tanacetum potaninii Krasch. === Heterotipik sinonimləri === Ajania dentata X.D.Cui Ajania nana (Krasch.) Muldashev Chrysanthemum rockii (Mattf.) Y.Ling Tanacetum potaninii var. nanum Krasch. Tanacetum rockii Mattf.
Aleksandrovka (Potsdam)
Rus koloniyası Aleksandrovka (alm. Russische Kolonie Alexandrowka‎) — Almaniyanın Potsdam şəhərinin şimalında yerləşən və 1826-1827-ci illər arasında Prusiya kralı III Fridrix Vilhelmin tapşırığı ilə sonuncu rus əsqər xorunun on iki musiqiçisi üçün inşa olunmuş kiçik qəsəbə. Potsdamdakı bu koloniyanın adı Hohentsollern və Romanov sülalələri arasında qohumluq və dostluq əlaməti olaraq 1 dekabr 1825-ci ildə vəfat etmiş Rusiya imperatoru I Aleksandrın şərəfinə adlandırılmışdır. 1999-cu ildə Aleksandrovka Potsdamın qəsr və saray-bağ kompleksləri ilə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == 1806-cı ildə Prusiya-Sakson qoşunları Yena və Auerştadt döyüşündə Napoleon ordusu tərəfindən məğlub edilmişdir. Napoleon 1812-ci ildə məğlub olmuş almanlara Rusiyaya qarşı Fransa ilə ittifaq qurmağı məcbur etmişdir. Fransızlar tərəfindən əsir düşən mindən çox rus əsgərlərindən 62-si 1812-ci ilin oktyabr ayında Potsdam şəhərində köçürlər. Rus əsqərləri xorçu qismində formal olaraq birinci Prusiya Keşikçi Korpusunun sıralarına daxil olmuşdular. 30 dekabr 1812-ci ildə Tauroggendə (indiki Tauragedə) qarşılıqlı bitərəflik haqqında saziş bağlanandan sonra, Prussiya və Rusiya 1813-cü ilin yazında Fransaya qarşı mübarizədə birləşmiş və Prusiya kralının tapşırığı ilə əsir rus əsgərlərindən ayrıca alay yaradılmışdır. Prusiya fərariləri və Rusiya məhbusları birgə əmr altında Napoleona qarşı mübarizə qalxdılar.
Aleksey Potexin
Aleksey Antipoviç Potexin(rus. Алексей Антипович Потехин, 13.7.1829-29.10.1908) — Rusiya yazıçısı. == Həyatı == == Əsərləri == "Mişura" "Boş yer" == İstinadlar == == Xarici keçidlər == Потехин Алексей Антипович Клевенский М. Потехин Алексей Анисимович // Литературная энциклопедия Потехин Алексей Антипович. ЯрГУ им.
Algirdas Potsyus
Algirdas Potsyus (lit. Algirdas Pocius; 28 avqust 1930 – 14 avqust 2021, Vilnüs) — Müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir. == Həyatı == A. Potsyus 1930-cu ilin avqustun 28-də Litvanın Majeykyay rayonunun Ketunay kəndində dünyaya gəlib. Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950–1952-ci illərdə Klaypeda müəllimlər institunun Litva dili və ədəbiyyatı şöbəsində təhsil alıb. 1952–1954-cü illərdə Klaypeda və Şyaulyay şəhər radiostansiyalarında redaktor və radio müxbiri olaraq fəaliyyət göstərib. 1955-ci ildə Vilnüsə başqa vəzifəyə keçirilmiş və Litva SSR Radioinformasiya İdarəsində ədəbi verilişlər bölməsinin redaktoru təyin olunmuşdur. 1956-cı ildən etibarən "Şvituris" ("Mayak") gənclər jurnalının bədii ədəbiyyat şöbəsində işləyib. 1958-ci ildən Litva Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıbdır: — 1958–1963-cü illərdə nəsr üzrə məsləhətçi, 1963–1981-ci illərdə İdarə Heyətinin katibi, 1981–1986-cı illərdə isə Litva Yazıçılar İttifaqı Sədrinin müavini olmuşdur. A. Potsyus bir müddət həmçinin ictimai-siyasi xadim kimi də fəaliyyət göstərib. 1960–1989-cu illərdə Sov.
Andrey Potapenko
Andrey Aleksandroviç Potapenko (9 fevral 2000, Minsk) — Belarus Premyer Liqası təmsilçilərindən olan BATE Borisov klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belaruslu futbolçudur. == Klub karyerası == === BATE Borisov === Potapenko BATE Borisov akademiyası vasitəsilə inkişaf etmişdir. Potapenko öz peşəkar karyerasında debütünü 11 iyul 2018-ci ildə Energetik–BDU klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Vladislav Muxamedovu əvəz etmişdir. Belarus Kuboku görüşündə BATE rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 7 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belarus Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Andrey Potapenko at WorldFootball.net Andrey Potapenko — transfermarkt.com saytında.
Artemisia potentillifolia
Artemisia potentillifolia (lat. Artemisia potentillifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis potosiensis
Baccharis potosiensis (lat. Baccharis potosiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Beatris Potter
Beatris Potter (28 iyul 1866[…], Vest Brompton[d], Böyük London – 22 dekabr 1943[…]) — ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. Heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri "Dovşan Peterin nağılı"-dır. == Həyatı == 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olan Potter, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. Babası Edmund Potter millət vəkili olmuşdur. Potterin atası Rupert Uilyam Potter (1832–1914) Mançesterda doğulmuş və Londonda hüquq təhsili almışdır. Atası 8 avqust 1863-cü ildə Qii Krossdakı pambıq alverçisi və gəmi istehsalçısının qızı Helen Liiç (1839–1932) ilə evləndi. 14 mart 1872-ci ildə doğulmuş Ualter Bertram adlı qardaşı olmuşdur. Onun çox sayda ev heyvanı vardı. Şotlandiyada və Leyk bölgəsində tətillər keçirir, yaxından izlədiyi və rəsmini çəkdiyi mənzərələr, flora və faunaya olan sevgisini inkişaf etdirirdi.
Bulbophyllum potamophilum
Bulbophyllum potamophilum (lat. Bulbophyllum potamophilum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Chrysanthemum poteriifolium
Tanacetum poteriifolium (lat. Tanacetum poteriifolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum poteriifolium (Ledeb. ex Nordm.) Bornm. Pyrethrum poteriifolium Ledeb. ex Nordm. === Heterotipik sinonimləri === Chrysanthemum anserinifolium (Hausskn. & Bornm.) J.W.Ingram & Dress Chrysanthemum cassium Nábělek Pyrethrum anserinifolium Hausskn. & Bornm. Pyrethrum cassium Boiss.
Daniela Potapova
Daniela Potapova (d. 17 yanvar 1996; Berlin, Almaniya) — Almaniyanı təmsil edən bədii gimnast. Daniela Potapova, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Potapova 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Erigeron potosinus
Erigeron potosinus (lat. Erigeron potosinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eupatorium poterioides
Sphaereupatorium (lat. Sphaereupatorium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Sphaereupatorium scandens (Gardner) R.M.King & H.Rob. Sinonim Conoclinium scandens Gardner Eupatorium hoffmannii Kuntze Eupatorium poterioides Sch.Bip. [Illegitimate] Eupatorium sphaerocephalum Sch.Bip. ex Baker Eupatorium sphaerocephalum Sch.Bip. [Illegitimate] Sphaereupatorium hoffmannii (Kuntze) B.L.Rob. Sphaereupatorium sphaerocephalum (Sch.Bip. ex Baker) R.M.King & H.Rob.
Euphorbia potosina var. lamasis
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Geum potaninii
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Harri Potter və Azkaban Məhbusu (film, 2004)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
Harri Potter və Azkaban Məhbusu (film musiqisi)
“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir. Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. == Kompozisiyaların siyahısı == Bütün musiqilər Con Vilyamsa məxsusdur. tərəfindən bəstələnmişdir. == Kompozisiya detalları == === Double Trouble === Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü.
Harri Potter və Azkaban Məhbusu (roman)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır. Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən, Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır. 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır. Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.
Harri Potter və Fəlsəfə Daşı (film, 2001)
"Harri Potter və Fəlsəfə Daşı" (ing. Harry Potter and the Philosopher's Stone ABŞ, Hindistan, Pakistan və Şri-Lankada isə Harry Potter and the Sorcerer's Stone) — Kris Kolumbusun rejissorluğu və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2001-ci ildə istehsal olunmuş ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasının ilk filminin ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda ilk ili, məşhur sehrbaz olmasını öyrənməsi və sehrbazlıq təhsilinə başlaması təsvir edilib. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint Ron Uizli və Emma Uotson Hermiona Qreyncer obrazlarını canlandırmışdır. Filmdəki hadisələr “Harri Potter və Sirlər Otağı” filmindən başlayan yeddi sikvel filmlə davam etdirilmişdir. Warner Bros. kitabın müəllif hüquqlarını 1999-cü ildə £1 milyona almışdı.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
PTT
PTT (tr:Posta, Telgraf , Telefon).Türkiyə Respublikası məktub vahidi. İlk Məktub Təşkilatı Tənzimat Fərmanı ilə yaşanan inkişafların nəticəsi olaraq Osmanlı Dövlətinin bütün xalqının və xaricilərin məktub ehtiyaclarına cavab vermək məqsədiylə Nəzarət olaraq 23 oktyabr 1840 tarixində qurulmuşdur. İlk Poçt isə İstanbulda Yeni Məscidi həyətində Poçtu Komandirə adı ilə açılmış İlk məmurlar Süleyman Ağa, kolleksioner Sofyalı Ağyazar Türkcə xaricində yazılmış göndərilərin ünvanlarını tərcümə etmək üzrə tərcüməçi olaraq təyin edilmişlər. 1843-cü ildə teleqrafın icadını ardınca 11 il sonra Türkiyədə də teleqraf xidməti başlamış, bu xidməti intizama etmək üzrə 1855-ci ildə ayrı bir Teleqraf Müdirliyi qurulmuşdur. 1871-ci ildə isə Məktub Nazirliyi ilə Teleqraf Müdirliyi birləşdirilərək Məktub və Teleqraf Nəzarətinə çevrilmişdir. 1876-cı ildə beynəlxalq məktub nəqli şəbəkəsi qurulmuş, 1901-ci ildə isə qolu və həvalə əməliyyatının qəbuluna başlanmışdır. 23 may 1909 tarixində ilk manual telefon stansiyasının İstanbulda xidmətə verilməsindən sonra Məktub və Teleqraf Nəzarəti, 1909-cu ildə Məktub, Teleqraf və Telefon Nəzarəti halına çevrilmiş, 1913-cü ildə də Məktub, Teleqraf və Telefon Ümumi Müdirliyi adını almışdır. Türkiyə cümhuriyyətinin ilk illərində Daxili işlər Nazirliyinə bağlı olaraq vəzifə yerinə yetirən PTT Ümumi Müdirliyi 1933-cü ildə qatma büdcəli bir idarə olaraq Mütərəqqilik Nazirliyinə, 1939da isə Çatdırma Nazirliyinə bağlanaraq xidmət etməyə davam etmişdir. 1954-cü ildə Cəmiyyət İqtisadi Təşəbbüsü (KİT) olan PTT Ümumi Müdirliyi, 1984-cü ildə Cəmiyyət İqtisadi Dövlət Təşəbbüslərinin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq çıxarılan 233 saylı KHK ilə Cəmiyyət İqtisadi Quruluşu (KİK) statusuna keçirilmişdir. 18 iyun 1994 tarix və 4000 saylı Qanun ilə PTT İşlətməsi Ümumi Müdirliyinin, T. C. Məktub İşlətməsi Ümumi Müdirliyi və Türk Telekommunikasiya Anonim Şirkəti şəklində yenidən quruluşlanması nəzərdə tutulmuş olub, 24 aprel 1995 tarixindən etibarən T. C. Məktub İşlətməsi Ümumi Müdirliyi müstakilen işə başlamışdır.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Por
Por (Ermənistan)
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. == Tarixi == Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. == Din == Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Poçt
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. == "Japan Post" == Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. == Kökləri == Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Yot
Yot (kor. 엿) - koreyalıların ənənəvi şirniyyatı. Yot bir az bərk, bəzən isə yumşaq olur. Yotu adətən suda bişmiş düyü, adi düyü, qarğıdalı, buğda məhsullarından bişirilir. Yota daxil olan məhsullar qaynadılır və "sot" (솥) adlanır . Yot uzun müddət qaynadılarsa, bu "cocxon" (조청) adlanır və sulu yot olur. Cocxondan fərqi ona xüsusi sousun əlavə edilməsidir. Əgər lap çox qaynadılarsa, o zaman bu "keyot" (갱엿) adlanır. Keyot qaynadılaraq qəhvəyi rəng alır. Ancaq bir azda qaynadılarsa, rəngi açılır.
Şot
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Poa
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
POTS
Plain old telephone service (azərb. Adi köhnə telefon xidməti‎) və ya qısaca POTS — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalı Bir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Aaron Pol
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Areca ipot
Areca ipot (lat. Areca ipot) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Ağdonlu (Şot)
Ağdonlu (fars. اغدونلو‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Baça poş
Baça poş — Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var — belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.