Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • RÜSTƏMBƏY

    Rüstəm bəy; igid, qəhrəman bəy; sağlam, cüssəli bəy

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • CƏNGAVƏRLİK

    ...döyüşlərdə fövqəladə məharət, rəşadət; döyüşlərdə, vuruşlarda bişmiş adamın halı. Rüstəmbəy Qafqaz barəsində xanıma bir çox şeylər nağıl elədi, şücaə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XASSƏ

    ...və ya şeydə olub, başqalarında olmayan keyfiyyət; xasiyyət. [Rüstəmbəy Vəlibəyə:] Hər şeyi tərsinə başa düşmək [Cəfərdə] bir xassədir. Çəmənzəminli.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CAVABDEH

    ...düşən, məsuliyyətli, məsul. Hər kəs öz işinə, öz sözünə cavabdehdir. – [Rüstəmbəy:] Nağı bəy ölər, cavabdeh biz olarıq. S.S.Axundov. [Şiraslan:] İndi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CİDDƏN

    ...icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir. [Rüstəmbəy:] Tərs kimi mənim kütübxanamda da belə dolaşıq kitablar var ki, ciddən qo

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HODAQ

    is. məh. Kotana qoşulan öküz. Qəhrəman … hodaq sürməkdə … Rüstəmə kömək edirdi. S.Rəhimov. Poladı qaytarıb kotan hodağı sürməyə göndərdilər. Ə.Vəliyev

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İCTİNAB ƏRƏB

    ...(“Sam şahzadə”) * Səceyi-Rüstəməm, etməm ictinab, Sahibi-nizəyəm, mən Əfrasiyab. (

    Tam oxu »
    Azərbaycan dastanlarının leksikası
  • HƏRƏKƏTSİZ

    ...dönürdü. M.Rzaquluzadə. // Zərf mənasında. Xəstə hərəkətsiz uzanmışdı. – Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, … otağın ortasında hərəkətsiz

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KOBUDLAŞMAQ

    ...rütubəti zərif çay yarpaqlarını kobudlaşmaqdan qoruyur. B.Talıblı. Rüstəmə elə gəldi ki, arvadının əli bərkimiş və kobudlaşmışdır. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QUZULAMAQ

    ...bir təpədə iri qol-qanadlı qurumuş bir ağac vardı (Çəmənzəminli); Rüstəmə elə gəldi ki, arvadının əli bərkimiş və kobudlaşmışdır (M.İbrahimov).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SOYUQDƏYMƏ

    is. Özünü soyuğa vermə; soyuqlama. [Şərəfoğlu Rüstəmə:] Hərarətini ölçmək lazımdır, başağrısı soyuqdəymədən də ola bilər. M.İbrahimov. [Nəcəfalı:] Bir

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇƏPLƏŞMƏK

    ...gəlmək. Qardaşlar çəpləşdilər, dava-şava gücləndi. S.Rəhimov. [Rüstəmdə] yorğun olanda və ya birisi ilə çəpləşəndə trubkanı sümürüb, stəkanda buğlana

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CƏLB

    ...neçəsini cəlb elə! Ə.Vəliyev; 3) məc. Maraq oyatmaq, diqqətini çəkmək. [Rüstəmbəy] …bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XƏSPUŞ

    ...– Varis bəy, hər kəsdən çox mən qazandım. A.Şaiq. [Qulamrza Rüstəmbəyə:] Bu xəspuşların qəribə xasiyyəti var: duz-çörəyə xəyanət etməzlər. Çəmənzəmin

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XUDBİNLİK

    ...vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:] Qardaş, hər kəsin əlinə nə düşdü, gərək xudbinliyi kənara qoyub, y

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CƏNG-CİDAL

    is. [fars.] köhn. Dava-dalaş, dava-mərəkə, qalmaqal. [Səkinə Rüstəmə:] A kişi, – dedi, – eşitmişəm orada da cəng-cidal açmısınız. M.İbrahimov. // Müha

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • FİKİRSİZ

    ...Fikirləşmədən, düşünmədən, mülahizə etmədən. Fikirsiz hərəkət etmək. – [Şərəfoğlu Rüstəmə:] Ən yaramaz cəhət isə budur ki, işin çox hissəsini fikirsi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SALAMATLIQ

    ...Qaç! İnsandan uzaq olmaq salamatlıqdır. Çəmənzəminli. [Şərəfoğlu Rüstəmə:] Otur görək, deməli, evdə salamatlıqdır. M.İbrahimov. // Əmin-amanlıq, saki

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HACILEYLƏK

    ...R.Rza. 2. zar. Uzundraz, boyu həddindən artıq uzun adam haqqında. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən sənin bu uçulmuş dayaqlarındır, bu hacıl

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TOXTAQLIQ

    ...Toxtaqlıq vermək – bax toxtatmaq. Haya gələn ağsaqqal, qarasaqqal Rüstəmə toxtaqlıq verməyə başladı. S.Rəhimov. Sərvinaz qarı kişinin fikrini başa dü

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HÖVSƏLƏSİZLİK

    ...hamıdan da çox hövsələsizlik göstərən Məmməd bəy idi. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SEVGİLİ

    ...[Gülçöhrə:] Mən öz sevgilimi istəyirəm. Ü.Hacıbəyov. [Səriyyə Rüstəmə:] Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? C.Cabbarlı.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XAR

    sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı… Çəmənzəminli.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TOPDAĞITMAZ

    ...avadanlıqla, qiymətli şeylərlə dolu. [Rüstəm bəy:] Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum. N.Vəzirov. Dörd otaqdan ibarə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CAHİL

    ...cahil Tamaşanın öhdəsində qaldı. Ə.Əbülhəsən. 2. bax cahıl. [Pərviz Rüstəmbəyə:] Deyəsən, sən də ayılırsan, – dedi. – Bəs necə, cahil, cavan deyilmi?

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TAXIL

    ...başlamışdı. Ə.Sadıq. // Həmin bitkilərin dəni. 2 ton taxıl. – [Şərəfoğlu Rüstəmə:] Keçən il hər hektardan neçə sentner pambıq, neçə sentner taxıl göt

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HƏMRƏY

    ...buyursun, gözüm üstə yeri var. S.S.Axundov. Görünür ki, [Şirin Rüstəmbəylə] bəzi nöqtələrdə həmrəy deyildi. Çəmənzəminli. □ Həmrəy olmaq – bir rəydə,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GOREŞƏN

    ...məc. Altdan-altdan iş görən; ziyankar (adətən söyüş məqamında). [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən goreşən, saman altdan su yeridən Yastı Sal

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MƏMNUNİYYƏT

    ...etməyə hazırdır. C.Cabbarlı. Gülzar məmnuniyyətlə dolu gözlərini Rüstəmə tərəf qaldırıb gülümsədi. T.Ş.Simurq.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İZİNSİZ

    ...qarşısındakı kürsüdə əyləşdim (M.Hüseyn); BİİZN, Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • STOL

    ...məc. dan. Süfrə. Stol açmaq. Yaxşı stol düzəltmək. – [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İb

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CƏHL

    ...Ə.Vəliyev. Cəhlə salmaq – düz şeyi dolaşığa, çətinə salmaq. [Şirzad Rüstəmə:] Bəli, siz gərgin işləməkdən qorxursunuz! Belə olmasaydı, aydın mətləbi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MƏNA

    ...müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov. 2. Bir şeyin ağılla dərk edilən daxili məntiqi məzmun

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MÜQAYİSƏ

    ...müəyyənləşdirmək üçün qarşılaşdırma, tutuşdurma. [Şərəfoğlu Rüstəmə:] Sən … özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. M.İbrahimov. Ustanın mü

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TÜPÜRMƏK

    ...qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq. [Telli Rüstəmə:] Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki tüpürdüyünü

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏMİN

    ...– [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. C.Cabbarlı. İzzət qarı əmin idi ki, … o gülün kökünü qazıb çı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAMÁN

    ...küçə vəkili idi, saman altından su yeridən idi… E.Sultanov. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən … saman altdan su yeridən Yastı Salmandır, bu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PAPAQ

    ...yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək. [Səkinə Rüstəmə:] Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÖLÇÜ

    ...mənada. Şerin ölçüsü. 6. məc. dan. Əhatə dairəsi, görüş dairəsi. [Şirzad Rüstəmə:] Sən dar düşünürsən, ölçün balacadır. M.İbrahimov. ◊ Ölçü götürmək

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • VURULMAQ₁

    ...Çalınmaq, eşidilmək. Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Çəmənzəminli. Üçüncü zəng vurulurdu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KƏSDİRMƏK

    ...bəy:] Kəsdirəcəyəm qoyunu, bişirdəcəyəm kababı. B.Talıblı. [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇALMAQ₁

    ...Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Piran Rüstəmə:] Sizinkilər çalar qaramal, qoyun; Bizimkilər ərzaq üçün saldıra

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇATMAQ₁

    ...Başa düşmək, dərk etmək. Sözlərdəki məna, səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov. 12. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜST

    ...mübaliğə etmək, eşitdiyinin üstünə əlavə edərək başqasına danışmaq. [Səkinə Rüstəmə:] Yeyib gedəcəklər, on beşini də üstünə qoyub danışacaqlar. M.İbr

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜZ

    ...Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.” [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜRƏK

    ...bax can yandırmaq (“can”da). İşə ürək yandırmaq. – [Kələntər Rüstəmə:] Hərəsi bir dərədən gəlib. Muğana nə ürək yandıracaqlar… M.İbrahimov. Ürək yanğ

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GÖZ

    ...halqaların arasından gözünə bir çox qadın simaları göründü. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Ay kişi, gözümə bir təhər dəyirsən. M.İbrahimov; 2) mövcu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Rüstəmbəy kərtənkələsi
Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekowi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır. Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur.
Ceyhun Rüstəmbəyli
Rüstəmbəyli Ceyhun Həsən oğlu (d. 7 aprel, 1963) — rəssam. == Həyatı == Ceyhun Rüstəmbəyli 7 aprel 1963-cü ildə Salyan şəhərində dünyaya gəlib. 1980-ci ildə 84 saylı Bakı şəhər texniki məktəbinə daxil olub, 1982-ci ildə "Reklam" tərtibat işləri üzrə icraçı rəssam peşəsi üzrə məktəbin tam kursunu bitirib. 1984–1998-ci illərdə Salyan şəhər "Babək" kinoteatrında rəssam vəzifəsində çalışıb. 1998-ci ildən Salyan Dövlət Kukla Teatrında baş rəssam vəzifəsində işləyir.
Kamil Rüstəmbəyov
Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi. == Həyatı == 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Pərviz Rüstəmbəyov
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen. == Həyatı == Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib. İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur. 1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.
Ağa bəy Rüstəmbəyov
Ağa bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov (1812, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, poruçik. == Həyatı == Ağa bəy Gülməmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultanı vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçik, poruçik rütbələri daşımışdı. == Ailəsi == Atası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov — 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910-1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir. 1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur.
Cəfər bəy Rüstəmbəyli
Cəfər bəy Rüstəmbəyli (1890, Aydınqışlaq, Nuxa qəzası – 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət, sənaye və ərzaq nazirinin müavini, Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Don hökumətlərindəki diplomatik nümayəndəsi. == Həyatı == Cəfər bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1890-cı ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulmuşdu. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1905–1910-cu illərdə Sosialist İnqilabçılar Partiyası üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyli I Dünya müharibəsinin başlanması ilə əlaqədar xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. 1917-ci ildən 18 fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır. === Həbsi === 1931-ci il, 5 sentyabr tarixdə Azərbaycan Milli Mərkəzinin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülmüşdür. Cəfər bəy Rüstəmbəyli 1938-ci ildə güllələnmişdir. == Diplomatik fəaliyyəti == Cəfər bəy Rüstəmbəyli "Əksinqilab, spekulyasiya, sabotaj və vəzifə cinayətləri ilə mübarizə" üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, almanlar 1919-cu ilin yanvarında Krımı tərk etdikdən sonra Denikinin qoşunları dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Cəfər bəy Rüstəmbəyli də daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna və onun elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar.
Fətulla bəy Rüstəmbəyov
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov (1867-1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı. == Həyatı == Fətulla Əsəd bəy oğlu 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu. Sonra Salyan şəhərinə köçmüşdülər. Burda ibtidai məktəbdə, Bakıda gimnaziyada təhsil almışdı. 1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdi. Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi. 1898-1920-ci illərdə isə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. O, Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmiĢdir. "İsmailiyyə" kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı. Məsələ belə olmuşdu: "İsmailiyyə"nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi.
Rüstəm bəy Rüstəmbəyov
Rüstəm bəy Gülməmməd bəy oğlu Rüstəmov (1807, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, ştabs-kapitan. == Həyatı == Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir. 1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.
Süleyman bəy Rüstəmbəyov
Səlim bəy Rüstəmbəyov
Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyov (1847, Şuşa – 1914, Şuşa) — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki. == Həyatı == Səlim bəy Ağa bəy oğlu 1847-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu. 1874-cü ildən 1882-ci ilədək Şuşa qəzasında polis pristavı, 1883-cü ildən 1888-ci ilədək Cəbrayıl qəzasında polis pristavı, 1890-cı ildən 1894-cü ilədək Cəbrayıl qəzasında rəsin böyük köməkçisi, 1896-cı ildən Zəngəzur qəzası polis idarəsinin rəisi, 1903-cü ildə Zəngəzur qəzası həbsxana komitəsində qəyyum, 1904-cü ildə Cəbrayıl qəzasında barışdırıcı münsif, 1910-cu ildə Zəngəzur qəzası polis idarəsinin rəisi və sərhəd komissarının müavini vəzifələrində çalışmışdı. Səlim bəy Rüstəmbəyov Cəbrayıl, Böyük Bəhmənli kənd məktəblərinin hamisi idi. == Ailəsi == Babası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov - 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
İsgəndər bəy Rüstəmbəyov
İskəndər bəy Rüstəmbəyov (d. Şuşa, Kaspi vilayəti, Rusiya imperiyası; 1845 - ö. Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — azərbaycanlı şair. == Həyatı == İsgəndər bəy Əsəd bəy oğlu Rüstəmbəyov Qarabağın məşhur bəy ailələrindən biri olan Rüstəmbəyovlar ailəsindəndir. 1845-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini mədrəsədə almışdır. İlk dövrlərdən etibarən fars və rus dillərini bilmişdir. Daha sonra təhsilini rusca almış və rus imperiyasının dövlət orqanlarında çalışmağa başlamışdır. Öz dövrünün ən təsili ziyalılarından biri olan İsgəndər bəy, Şuşa, Ağdam və ətrafdakı digər bölgələrin insanları qarşısında dəfələrlə çıxışlar etmiş, onları dünyəvi təhsil almağa, elmlənməyə dəvət etmişdir. İsgəndər bəy, əvvəldən ədəbiyyata böyük maraq göstərmişdir. 1907-ci ildə o, həmyerlisi Məhəmməd ağa Müctəhidzadəyə Qarabağ şairləri barədə antologiya hazırlamaq üçün yardım etmişdir.
İskəndər bəy Rüstəmbəyov
İskəndər bəy Rüstəmbəyov (d. Şuşa, Kaspi vilayəti, Rusiya imperiyası; 1845 - ö. Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — azərbaycanlı şair. == Həyatı == İsgəndər bəy Əsəd bəy oğlu Rüstəmbəyov Qarabağın məşhur bəy ailələrindən biri olan Rüstəmbəyovlar ailəsindəndir. 1845-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini mədrəsədə almışdır. İlk dövrlərdən etibarən fars və rus dillərini bilmişdir. Daha sonra təhsilini rusca almış və rus imperiyasının dövlət orqanlarında çalışmağa başlamışdır. Öz dövrünün ən təsili ziyalılarından biri olan İsgəndər bəy, Şuşa, Ağdam və ətrafdakı digər bölgələrin insanları qarşısında dəfələrlə çıxışlar etmiş, onları dünyəvi təhsil almağa, elmlənməyə dəvət etmişdir. İsgəndər bəy, əvvəldən ədəbiyyata böyük maraq göstərmişdir. 1907-ci ildə o, həmyerlisi Məhəmməd ağa Müctəhidzadəyə Qarabağ şairləri barədə antologiya hazırlamaq üçün yardım etmişdir.
Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. == Həyatı == Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. === Mühacirət === 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Rüstəmbəyov
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. == Həyatı == Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. === Mühacirət === 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Əsəd bəy Rüstəmbəyov
Rüstəmbəyov Əsəd bəy Fətulla bəy oğlu (2 sentyabr 1911, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası - Bakı, Azərbaycan SSR, SSRİ, 17 oktyabr 1982) — mühəndis, Azərbaycan alimi, neft və qaz quyu qazıması sahəsində mütəxəssis. Texnika elmləri namizədi (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1960). SSRİ-nin fəxri neftçisi (1971). == Həyatı == Əsəd bəy Fətulla bəy oğlu 2 sentyabr 1911-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir (İNDİKİ Azərbaycan Neft Akademiyası). Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir. Rüstəmbəyov Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, həmçinin Azərbaycanın müxtəlif rayonlarındakı mütəxəsislərinin təkmilləşdirilməsi prosesində, yeni texnika və texnologiyanın tətbiqi işində iştirak etmişdir. Bir sıra elmi əsər və ixtiranın müəlifidir. 8 orden və medallarla təltif olunmuşdur.
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Erkən həyatı == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. === Ailəsi === Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir. Qardaşı Əsəd bəy Rüstəmbəyov alim, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olmuş, 1960-cı ildə Azərbaycan SSR əməkdar mühəndisi, 1971-ci ildə SSRİ-nin fəxri neftçisi, 1972-ci ildə texnika elmləri namizədi olmuşdur. Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi. === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. == Əsərləri == Yasamal rayonu, C. Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Rüstəmbəyovlar
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. == Soyun məşhur nümayəndələri == Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
Rüstəmbəyovlar (II)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Rüstəmbəyovlar (Qarabağ)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. == Soyun məşhur nümayəndələri == Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.