Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. == Həyatı == Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşid Atamalıbəyov
Rəşid Səlim oğlu Atamalıbəyov (13 iyul 1932 – 30 avqust 2012) — Azərbaycan kinorejissoru.[mənbə göstərin] == Həyatı == 1956-cı ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirdikdən sonra, həmin ildən kinoda çalışmağa başlamışdır.
Rəşid Mehdiyev
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). == Həyatı == Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib. 1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb.
Rəşid Məcidov
Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı – 2 iyul 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır. == Həyatı == 1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi. Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi. 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib. Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.
Rəşid Mədinov
Rəşid Mədinov (azərb. Rəşid Nəzər oğlu Mədinov‎; d. 24 aprel 1996, Yeni Həyat, Xaçmaz rayonu — . 13 oktyabr 2020, Pirəhmədli, Füzuli) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi. == Təhsili == 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib.
Rəşid Məmmədbəyov
Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir. SSRİ Əməkdar İdman Ustası(1952). SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı. 1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, Olimpiya medalı qazanmış ilk azərbaycanlı. == Həyatı == Azərbaycanın və SSR-nin güləşçisi, 57 kq çəkidə SSR-ni təmsil edən, SSRİ əməkdar idman ustası, 1952-ci ilin olimpia oyunlarının gümüş medalçısı, Azərbaycan idmançılarının arasında ilk olimpia mükafatı qazanmış, SSRİ-nin 5 qat gümüş medalçısı, İskra idman cəmiyyətinin üzvü Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, keçmiş Kirov adını daşıyan Azərbaycan Dövlət İdman İnstitutunu bitirib. Onun məşqçisi Azərbaycanda ilk güləş üzrə SSRi məşqçisi adını qazanmış Rza Baxşəliyev idi. Onun ən sevimli şagirdi Rəşid Məmmədbəyov sayılırdı. 1947-ci ildə Məmmədbəyov Taplində keçirilən SSRİ çempionluğunda iştirak etmişdi. Qalib gələrək ikinci yerə layiq görüldü.
Rəşid Məmmədov
Rəşid Nurqaliyev
Rəşid Qumaroviç Nurqaliyev (rus. Рашид Гумарович Нургалиев; 8 oktyabr 1956, Jitikara, Kostanay vilayəti) — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. == Həyatı == 1956-cı il oktyabrın 8-də hərbçi ailəsində anadan olmuşdur. Tatar əsilli müsəlmandır. Nurqaliyev 1979-cu ildə Petrozavodsk (Kareliya) şəhərində iqtisadiyyat fakültəsini bitirib. 1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı-nın kəşfiyyat təşkilatı KQB-yə (DTK) daxil olub və Kareliya Muxtar Respublikasının terrorla mübarizə şöbəsinin başçılığına qədər yüksəlib. 1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın Federal Kəşfiyyat Təşkilatı (FSK) və bu təşkilatın davamı olan Federal Təhlükəsizlik Xidməti FSB-də müxtəlif vəzifələrdə xidmət etmişdir. 2002-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışıb. 2 yanvar 2004-cü il tarixində Rəşid Nurqaliyev Rusiya Federasiyasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib. R. Nurqaliyev ailəlidir və iki uşağı var.
Rəşid Nəsiboğlu
Rəşid Nəsib oğlu Əfəndiyev – (22 may 1941 – 30 dekabr 1993) – Azərbaycan və sovet bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanda ilk yaradılan "İRS" qədim Azərbaycan musiqi teatrının banisi və bədii rəhbəri. == Həyatı == Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında (Azərbaycanın xalq artisti, professor Cövdət Hacıyevin sinfində) bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır. Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanır. Daha sonra Neapolda (İtaliya) San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur.
Rəşid Nəsrullayev
Rəşid Qəzənfər oğlu Nəsrullayev (11 iyul 1993; Nic, Qəbələ rayonu, Azərbaycan — 2 noyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşid Nəsrullayev 11 iyul 1993-cü ildə Qəbələ rayonunun Nic qəsəbəsində Qəzənfər Nəsrullayevin ailəsində anadan olmuşdur. 1999-2010-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rəşid Nəsrullayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamışdır. 2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Rəşid Nəsrullayev də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Nəsrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rəşid Qayıbov
Qayıbov Rəşid Abdulla oğlu (1898, Qazax qəzası – 3 iyul 1938, Bakı) – Repressiya qurbanı. Rəşid Qayıbov Azərbaycan SSRİ DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi idarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. DİXK tərəfindən 1937-ci ilin noyabrında yenidən həbs edilib.
Rəşid Qazıbəyov
Rəşid Səməd oğlu Qazıbəyov (1926, Şahtaxtı, Naxçıvan MSSR – 24 dekabr 1989, Naxçıvan) == Haqqında == Krosnadar Hərbi Məktəbinə daxil olmuş, təhsilini başa vurmadan könüllü olaraq cəbhəyə getmişdir. Müharibədə göstərdiyi əsgəri şücaətlərə görə “Böyük Vətən müharibəsi” ordeninin bütün 3 dərəcəsinə, “Qızıl Ulduz” ordeninə, habelə saysız hesabsız medallara layiq görülmüşdür. R. Qazıbəyov Sovet İ.K.P MK-nın Moskva Ali Partiya Məktəbini bitirib Naxçıvana qayıdandan, sonra (1964), daha məsul vəzifələrə irəli çəkilmişdir, “Şərq qapısı “qəzetinin baş redaktoru (1965-70), Naxçıvan Vilayət Partiya Komitəsinin katibi (1970-71), Naxçıvan MR Nazirlər Soveti sədrinin müavini (1971), Naxçıvan MR Mədəniyyət naziri (1977), Naxçıvan MR Həmkarlar İttifaqının sədri (1978-89) vəzifələrində çalışmışdır.
Rəşid Rzayev
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Rəşid Rəhimov
Rəşid Məmmədkuliyeviç Rəhimov - Tacikistanlı futbol məşqçisi və keçmiş futbolçu. == Klub karyerası == Düşənbə şəhərinin "Əmək ehtiyatları" komandasının şagirdi olmuşdur. 1982-ci ildə Pamirin əsas komandasına daxil oldu və SSRİ çempionatında oynadı. Tərəfdarları onu "Saddy Iskandariy" (Sadd bir maneədir, Makedoniyalı İskəndərin şərqdəki ləqəbidir, yəni "Makedoniyalı İskəndər maneəsi" adını daşıyır) adlandırılan keçilməz müdafiəçi tərəfindən xatırlanır. 1991-ci ilin ortalarına qədər Pamirdə oynadı və bu mövsümlər ərzində 277 matçda Düşənbə komandasında oynadı və 24 qol vurdu. 1991-ci ildə Spartak Moskvaya getdi və 1992-ci ilin ortalarına qədər qırmızı ağlarda Rusiya çempionatında oynadı. Bu müddətdə Rəhimov Spartakda 11 matç oynadı. 1992-ci ilin yazında Sequnda təmsilçisi "Real Valyadolid" klubuna transfer oldu və 1993-cü ilin ortalarına qədər bir illik müqavilə imzaladı. Yeni klubda, 29 matçda oynadı və 2 qol vurdu. Mövsüm ərzində komanda da üç məşqçi dəyişdi, hər biri yeni mövqedə gördü Rəhimovu : futbolçunu mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəsiçisi qoydular, cinah hücumçusu kimi də oynadılar.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Rəşid Tahirov
Rəşid Loğman oğlu Tahirov (31 oktyabr 1989; Qaradağlı, Beyləqan rayonu, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Tahirov 31 oktyabr 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəşid Tahirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşid Tahirov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin artilleriya atəşi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Rəşid Tahirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Rəşid Talışinski
Rəşid Rüstəm oğlu Talışinski (13 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 14 aprel 1988) — tibb elmləri doktoru, professor, məşhur Azərbaycan alimi. == Həyatı == R. R. Talışinski 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olmuşdur. 1953-cü ildə o, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda iş fəaliyyətinə başlamışdır. 1953–1956-cı illərdə o, Orconikidzeabad rayon xəstəxanasında cərrah işləmişdir. 1956–1958-ci illərdə isə Semaşko adına Bakı klinik xəstəxanasında (hazırda Klinik Tibbi Mərkəzi) təcili cərrahiyyə şöbəsinin ordinatoru və travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yüksək səviyyəli ortoped-travmatoloq, alim kimi Ukraynanın Xarkov şəhərində yetişmişdir. O, 1958-ci ildə Ukrayna Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmaaologiya və ortopediya kafedrasının assistenti seçilmişdir. 1962-ci ildə Moskva Mərkəzi Travmotologiya və Ortopediya İnstitutunda "Döş fəqərələrinə transplevral müdaxilənin anatomik-cərrahi əsaslanması" mövzusunda tibb elmləri namizədi dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə dosent elmi adını almışdır. 1968-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda "Geniş sümük və oynaq qüsurlarının homoplastikası" mövzusunda dissertasiya müdafıə etmiş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Rəşid Temrezov
Rəşid Temrezov — Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının prezidenti 1976-cı il təvəllüdlü Temrezov Qaraçay-Çərkəz Respublikasının prezidenti olana qədər parlamentin deputatı olub və “Rosavtodor”un Qaraçay-Çərkəz idarəsinə başçılıq edib.
Rəşid Vəliyev
Rəşid Məmməd oğlu Vəliyev 1947-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1969-cü ildə ADU-nun filologiya fakültəsini bitirib. "Çanaqqala" adlı şeirlər kitabının müəllifidir. "Şəmkir inciləri" ədəbi məclisinin üzvü olub.
Rəşid Yasəmi
Qulamrza Rəşid Yasəmi (fars. غلامرضا رشید یاسمی‎; 19 noyabr 1896, Gəhvarə, Kirmanşah ostanı – 9 may 1951, Tehran) — kürd mənşəli İran şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi. == Həyatı == Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir. O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur. Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəb və pəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.
Rəşid Yusifov
Rəşid Əliməmməd oğlu Yusifov (rusca: Рашид Алимамед-оглы Юсупов, gürcücə: რაშიდ ალიმამედ–ოღლი იუსიპოვი, 1 sentyabr 1900, Məscidli Görarxı, Borçalı qəzası – 25 fevral 1982, Bakı) — pəhləvan, atlet, klassik güləş və sirk ustası, Azərbaycan SSR xalq artisti (1980). == Həyatı == Rəşid Yusifov 1900-cü ildə Borçalı mahalının Gorarxı kəndində (indiki Gürcüstanın Marneuli rayonun Gorarxı (Algeti) kəndi) dünyaya göz açıb. Uşaqlığı əsasən Borçalıda, Baş keçiddə və Tiflisdə keçib. 1910–1912-ci illərdə Gorarxı kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil alıb. Gəncliyindən Rəşid Yusifov heyrətamiz fiziki gücü ilə seçilib. 15 yaşında ikən dəfələrlə Rəşid Yusifovun yalın əllə canavar boğduğu indi də Gorarxıda, eləcə də Borçalıda danışılır. Gəncliyi daha sonra Tiflisdə keçmişdir. Atası Əliməmməd sonradan Tiflisin Şeytanbazar məhəlləsində məskunlaşmışdır. 1914–1915-ci illərdə təhsilini Tiflisdə yenə dini məktəbdə davam etdirmişdir. 1915-ci ildən etibarən Rəşid Yusifov Tiflisdə müxtəlif sirklərdə pənləvan kimi çıxış etməyə başlamışdır.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu. Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. == Həyatı == === Erkən illəri === 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. === I Dünya müharibəsi === I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s). Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.