Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həbib Sahir
Həbib Sahir (az-əbcəd. هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. == Həyatı == Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb.
Sahir Məmmədxanov
Sahir Polad oğlu Məmmədxanov (d.1959, İsmayıllı rayonu) — Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı == 1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirmişdir 1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışmışdır. 1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləmişdir. 1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır. 2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) - Aprel döyüşləri şəhidi.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidi Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev (dəqiqləşdirmə) Sahib Alıyev (siyasətçi) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sahib Əhmədov Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (şəhid) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziri Samir Əliyev Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid. Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir Məmmədov Samir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş) Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Tahir
Tahir — ad.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən. Zahir Bağırov — Birinci Qarabağ müharibəsi şəhidi. Zahir Əmənov — azərbaycanlı jurnalist Zahir Əbdürəhmanov — Azərbaycan SSR əməkdar mühəndisi (1980) Zahir Nuriyev — Qanlı Yanvar şəhidi. Zahir Rzayev — Qarabağ müharibəsi şəhidi.
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Aralıq sahib
Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mahir Abbaszadə
Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir. Ehtiyatda olan zabitidir. Mahir Abbaszadə 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İngilis, rus, türk dillərini bilir. == Ailəsi == Ailəlidir 3 övladı var. Əməkdar müəllim Tapdıq Abbasovun oğlu, Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır. == Elmi fəaliyyəti == Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib.
Mahir Abdullayev
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU) daxil olmuş, 1980-cı ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M.Cabbarov 1980-82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993-1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001-2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən “Sahil inşaat Qrup” MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M.Ə.Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə “05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)” ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək “Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması” mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M.Ə.Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M.Ə.Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mahir Cavadov
Mahir Cavadov — 1992—1994-cü illər arasında Xətai rayonunun prokuroru. == Həyatı == Mahir Cavadov 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1970—1991-ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir. 1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir. 2000-ci ildə BMT Assambleyasında "OMON"-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir. == Həmçinin bax == 1995 Azərbaycanda dövlət çevrilişinə cəhd Bəxtiyar Cavadovun oğludur. Rövşən Cavadovun qardaşıdır.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Mahir Dadaşzadə
Mahir Qərib oğlu Dadaşzadə (1 sentyabr 1993, Beyləqan rayonu Allahyarlı kəndində anadan olub,26 oktyabr 2020-ci ildə Füzulidə qəhrəmancasına şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə İkinci Qarabağ müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. Mahir Dadaşzadə Oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "3-cü dərəcəli "Rəşadət" ordeni" medallarıyla təltif edilmişdir.
Mahir Emreli
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Xorvatiyanın "Dinamo Zaqreb" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mahir Hacıyev
Hacıyev Mahir Həmzə oğlu (1969, Kirovabad) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib. 1993-cü ildə AKTA-nın zoomühəndislik fakültəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb. 2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır. 2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. == Fəaliyyəti == 1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı 1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik 2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi 2002-ci ildən AKTA-nın müəllimi (assistent) 2005-ci ildən AKTA-nın baş müəllimi 2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dekan müavini 2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dosenti 2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri 2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru === Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı === 1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı 1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans 2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu 2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium 2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ. 2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare 2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans 2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1)) 2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti 2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti 2013-ci il 21-25 oktyabr.
Mahir Hüseynov
Mahir Hüseynov (əsgər)
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Sabir Əhmədov (şair)
Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu – 28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur. == Həyatı == Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır. Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sabir Əliyev (şair)
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, Dağlıq Qarabağ – 27 iyul 1977, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan şairi. == Həyatı == Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.