Mahir Qərib oğlu Dadaşzadə (1 sentyabr 1993, Beyləqan rayonu Allahyarlı kəndində anadan olub,26 oktyabr 2020-ci ildə Füzulidə qəhrəmancasına şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mahir Dadaşzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1993(1993-09-01) |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020(2020-10-26) (27 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Murov döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub.[2] Ailəli idi.[1]
Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.[1] Mahir Dadaşzadə İkinci Qarabağ müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.[1] Mahir Dadaşzadə Oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "3-cü dərəcəli "Rəşadət" ordeni" medallarıyla təltif edilmişdir.