Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sema Peyman
Sema Peyman (3 fevral 1960, İstanbul) — Türkiyə qadın rəssamı. == Həyat və karyera == Sənətçi 3 fevral 1960-cı ildə İstanbulda çox köhnə Qara dəniz ailəsinin qızı olaraq anadan olub. Peyman toxuculuq sənayesində çalışaraq, uşaqlıqdan rəssamlıqla maraq və istedadını üstələyərək, bəzi rəssamlardan aldığı xüsusi hazırlıqdan sonra, 1993-cü ildən impressionist üslubunda işləməklə peşəkar mənada rəssamlıq sənətinə keçmişdi. Sonrakı illərdə o, öz bədii karyerasını davam etdirərək, yeni əsərlər hazırlamaqda davam edən, realist üsluba keçərək Kuşadasına, İzmirə, Kappadokiyaya və İstanbula gedən rəssamların sərgilərini təşkil etdi. At, pişik, it temalı ev heyvanlarının fotoşəkilləri, sənətkarın əsərlərində tərtib etdiyi, bəzən insanların şəkillərinə diqqət çəkir. O, iş adamı və turist Rasi Peymanla evlidir və uşaqları yoxdur.
Junulara E-Semajno
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Nikolay Semaşko
Nikolay Semaşko (lat. Никола́й Алекса́ндрович Сема́шко; 8 (20) sentyabr 1874, Livenskaya[d], Orlov quberniyası[d] – 18 may 1949, Moskva, RSFSR, SSRİ) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir. == Həyatı == Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir. Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.
Semaeostomeae
Yastımeduzlar (lat. ) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinə aid heyvan dəstəsi.
Semanqlar
Semanq (özlərini — menik, mendi, monik, nqok) - Malay yarımadası daxilində yayılmış az saylı xalqdır. Köçəri həyat tərzi keçirirlər. Öz adət-ənənələrini qoruyub saxlıya bilirlər. Bununla belə Malayların təsirinə məruz qalırlar. Sayları 8-min nəfər təşkil edir. Semanq dili Avstroasiya dillərinin malakka qrupuna daxildir. Malay dilini bilirlər. Onlar altı qrupa bölünürlər: Caxay, batek, mendrik, lanox, kentax, kensiu. == Yatanması == Bu qədim xalq Malakka yarımadasında yaranmışdır. Onlar malay xalqı tərəfindən sıxışdırılmışlar.
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semantika
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
Semaranq
Semaranq — İndoneziyanın Mərkəzi Yava əyalətinin paytaxtı və ən böyük şəhəri. Holland müstəmləkə dövründə böyük bir liman və bu gün də əhəmiyyətli bir regional mərkəz və limandır. Sahəsi 373.78 kvadrat kilometr (144.32 kvadrat mil) təşkil edir . Şəhərin əhalisi təxminən 1.8 milyon nəfərdir və bu İndoneziyanın Cakarta, Surabaya, Bandunq, Bekasi, Medan və Tanqeranqdan sonra yeddinci ən böyük şəhəridir. Daxili (metro) ərazidə 2010-cu il siyahıyaalınmasında 2 şəhər və 26 rayonunda 3,183,516 nəfər əhali yaşayırdı. Böyük Semaranq metropolun 6 milyona yaxın əhalisi var. Şəhərin əhalisi əsasən çinlilərlə yavalılardır.
Semasiologiya
Semasiologiya— dilin semantik sistemi haqqında linqvistik təlimdir. == Haqqında == Semasiologiya termini yunan mənşəlidir. Yunan dilində semasio (semasia) "məna, fikir" anlayışını bildirir. Bu leksem "loqos" sözü ilə birləşərək dilçilik şöbəsinin adı olmuşdur. Dildə söz və ifadənin mənası, mənanın dəyişməsi: mənanın genişlənməsi, daralması, sözün məcazi məna bildirməsi, çoxmənalılıq, omonimlik, antonimlik və sair kimi semasioloji məsələlərin tədqiqi semasiologiya şöbəsinin mövzusunu təşkil edir. Semasiologiya mənanın tarixi ilə də məşğul olur. Semasiologiya onomasiologiyanın əksidir. Onomasiologiya anlayış və ya obyektlə başlayır və onun adını soruşur, amma semasiologiya sözlə başlayır və onun mənasını soruşur. == Dilin semantik sistemi == Nitqdə işlənən hər bir dil vahidi vacib və zəruridir. Bunların hər biri müəyyən məna daşıyır.
Sergey Semak
Sergey Semak (rus. Серге́й Сема́к, 27 fevral 1976, Sıçanske , Luqansk vilayəti, Ukrayna SSR) - rus futbolçu və məşqçi. 29 may 2018-ci ildən Zenit klubunun baş məşqçisi. == Klub karyerası == Sergey Semak Luqanskdakı idman məktəbini bitirdikdən sonra bir müddət Presnya və Kareliya klublarında çıxış edir. Rusiya yüksək liqasında ilk oyununu 1993-cü ildə 17 yaş 253 günündə Asmaralın tərkibində Jemçujina klubuna qarşı keçirir və qol vurur. O həmdə Asmaralın ikinci komandasında da çıxış edirdi. 1994-cü ildə Semak Moskva təmsilçisi ÇSKA-ya transfer olur. Futbolçu karyerasının 10 ilini bu klubda keçirir. İlk dəfə Kuboklar Kuboku yarışında Ferensvoraşla qarşılaşmada meydana çıxır. Sergey Semak paytaxt klubunda çıxış zamanı bir neçə dəfə başqa bir kluba keçmək istəsədə bu baş tutmur.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Rema
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. == Yerləşmə və əhali == 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Mədəniyyəti == İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Acacia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Balkrişna Sama
Bala Krişna Sama (nep. बालकृष्ण सम; 8 Fevral 1903 - 20 İyun 1981) Nepallı dramaturq idi. O həmçinin də Nepalın Şekspiri idi. Nepal dilində, o “Natya Siromani” kimi tanınır. Dramaturq kimi ("natak-kar") o Nepalın böyük ədəbiyyatşünası idi. Onun Nepal ədəbiyatına olan qatqısı heçvaxt unudula bilməz. O General Samar Şumşer Jung Bahadur Rana və Kirtirajyalaksmi Rananın oğlu idi. == Həyatı == 1921-ci ildə Mandakini ilə evləndi. Sama, 1972-ci ildə Nepal Rajakiya Pragya Prathistan'dan Tribhuwan Puraskar ilə mükafatlandırıldı. Həmin il Tribhuvan Universitetindən Bishesh Upadhi, 1978-ci ildə Pragya Pratisthan'tan Prithvi Pragya Puraskar'ı qəbul etdi.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Esma Recepova
Esma Recepova (Makedonca: Есма Реџепова) — 8 avqust 1943-cü ildə anadan olan Makedon-Qaraçı əsilli müğənni. Esma Recepova 2013 Avroviziya Mahnı Müsabiqəsində Makedoniyanı Vlatko Lozanoski ilə birlikdə "Pred Da Se Razdeni" mahnısı ilə təmsil edib.
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Raj Kapoorun "Sapnon Ka Saudagarı" ilə filmləri ilə onun debütü başlanıb. Bir qədər mülayim filmlər - o "Conni Mera Naam" sınağını aldı - hansı ki, qızıl yubiley hiti olmaq üçün məlum idi, həmişəyaşıl Dev Anand-da əsas rollardan birini oynadı. Ancaq Hema 1972-ci ildə "Seeta Aur Geeta" (Zita və Gita) ilə idi - hansı ki, o teatr kassasının kraliçası kimi özü möhkəmləndi. Aktrisa bu kinoda əkiz bacıları oynadığına görə "Ən yaxşı Aktrisa mükafatını" aldı. "Raja Jani", "Jugnu" (1973), "Sholay" (1975), "Dream Girl" (Arzu Qızı) kimi hitlərin sırasının ardınca və çoxları daha çox Dharmendra ilə və həmçinin Amitabh Bachchanın qarşısında baş rolu oynamaq, ardıcıl 'Naseeb' (1981), 'Desh Premee' (1982), 'Satte Pe Satta' kimi hit filmlərindən - 'o daha sonra onun vəziyyətini gücləndirdi.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Sega Dreamcast
Dreamcast — "Sega" tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation 2, "Nintendo" şirkətinin GameCube və "Microsoft" şirkətinin Xbox konsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır. Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABŞ bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation 2 üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.
Sega Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Sega Saturn
Sega Saturn — "Sega" tərəfindən 22 noyabr 1994-cü ildə Yaponiyada, 11 may 1995-ci ildə Şimali Amerikada, 8 iyul 1995-ci ildə isə Avropada satışa çıxarılan ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından altıncısı idi. Uğurlu Sega Genesis konsolunun davamçısı olan Sega Saturn konsolunda cüt-CPU arxitekturası və səkkiz prosessor var. Konsol üçün buraxılmış oyunlar CD-ROM formatındadır və aralarında orijinal oyunlara əlavə olaraq, bir neçə arkada portları da var. Sega Saturn konsolunun istehsalına 1992-ci ildə start verilmişdir. Həmin il "Sega" şirkətinin yenilikçi "3D Model 1" arkada proqramı debüt etmişdir. Sistem Yaponiya elektronika şirkəti olan "Hitachi" tərəfindən istehsal olunmuş bir CPU əsasında dizayn edilmişdi. "Sega" 1994-cü ildə konsola yeni bir video displey prosessoru əlavə etmişdir ki, "Sony" şirkətinin qarşıdan gələn "PlayStation" konsolu ilə daha yaxşı rəqabət apara bilsin. Sega Saturn ilk vaxtlarda Yaponiyada uğur əldə edə bilmiş, ancaq ABŞ-də gözlənilməz şəkildə plananan buraxılış tarixindən dörd ay əvvəl, 1995-ci ilin may ayında satışa çıxarılanda ölkə bazarında çox nüsxə satmağa nail ola bilməmişdir. Sega Saturn Nintendo 64 konsolunun 1996-cı ilin axırlarında debüt etməsindən sonra sürətlə ABŞ-dəki bazar səhmlərini itirməyə başlamış, 1998-ci ildə isə ölkədə satışdan qaldırılmışdır.
Seka Qadiyev
Seka Qadiyev (oset. Гæдиаты Куыцырийы фырт Секъа; 1855, Qanisi[d], Mtsxeta-Mtianeti – 21 iyul (3 avqust) 1915, Vladiqafqaz) — osetin əsilli şair və yazıçı, Osetiya ədəbiyyatının klassiki. Osetiya klassik nəsrinin banisi. == Bioqrafiyası == Seka uşaqlığını ehtiyac və çətinliklə keçirir. 18 yaşında oxumağı və yazmağı öyrənir. 1872-ci ildə Qudski kilsəsində xorçu olaraq xidmət etməyə başlayır. Ancaq kiçik bir maaş 8 nəfərlik bir ailənin mövcudluğunu təmin edə bilmədiyindən, eyni ildə Seka daha yaxşı bir həyat axtarışında Şimali Osetiyaya köçür. Burada osetin kəndlərində xorçu kimi xidmət etməyə davam edir. Ancaq ailənin maddi vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşmır. Uşaqları da özü kimi çalışmalı olur.
Seqa Kulibali
Seqa Kulibali (9 iyun 1996-cı ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Nansi klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kulibali Renn akademiyası vasitəsilə inkişaf etmişdir. O, ilk peşəkar müqaviləsini Renn klubu ilə 13 iyul 2016-cı ildə imzalamışdır. 2 avqust 2016-cı ildə Kulibali Sedan klubuna bir illik icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü 5 avqust 2016-cı ildə Sedan klubu ilə Avranşes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Milli Çempionat görüşündə Sedan rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Nansi === 13 iyun 2018-ci ildə Kulibali Liqa 2 təmsilçilərindən olan Nansi klubu ilə üç illik müqavilə imzalamışdır.
Sera Kadıgil
Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir. İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İngiliscə bilir. Evlidir.
Sera Kutlubey
Sera Kutlubey (24 oktyabr 1997, Ankara) — Türkiyə aktrisası. == Həyatı == Sera Kutlubey 24 oktyabr 1997-ci ildə Ankara anadan olmuşdur. Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir.
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. == Həyatı == Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع) — sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir. 2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. == Tarixi == Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. == Həmçinin bax == Odlar Yurdu == İstinadlar == == Notlar == Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. == Karyera == 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə (Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir. Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın "Çıxış" kitabının 16-cı fəslində, "Saylar"ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir. Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu. O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı. Yeməyə heç nə yox idi. İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər. Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi. Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər. Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.
Səma mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. == Tarixi == Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Səma Ramazanoğlu
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, Türkiyə Respublikasında keçmiş Ailə və Sosial Siyasətlər naziri. 4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib. Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub. == Erkən həyatı və təhsili == Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.
Səma buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma öküzü
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma sferası
Səma sferası və ya göy sferası (lat. orbis coelestis) — göy cisimlərinin proqnozlaşdırıldığı ixtiyari radiuslu xəyali sfera: müxtəlif astrometrik problemləri həll etmək üçün istifadə olunur. Səma sferasının mərkəzi kimi müşahidəçinin gözü götürülür; bu halda müşahidəçi həm Yerin səthində, həm də kosmosun digər nöqtələrində yerləşə bilər (məsələn, onu Yerin mərkəzinə aid etmək olar). Yerdəki müşahidəçi üçün səma sferasının fırlanması səmadakı işıqlandırıcıların gündəlik hərəkətini təkrarlayır. Hər bir göy cismi, sferanın mərkəzini cismin mərkəzi ilə birləşdirən düz xətt ilə kəsişdiyi göy sferasında bir nöqtəyə uyğundur. Səma sferasında işıqlandırıcıların mövqelərini və görünən hərəkətlərini öyrənərkən bu və ya digər fəza koordinat sistemi seçilir. İşıqlandırıcıların səma sferasında mövqelərinin hesablanması göy mexanikası və sferik triqonometriyadan istifadə etməklə aparılır və sferik astronomiyanın mövzusunu təşkil edir. == Səma sferasının gündəlik fırlanması == Dünyanın oxu dünyanın mərkəzindən keçən xəyali bir xəttdir və onun ətrafında səma sferası fırlanır. Dünyanın oxu göy sferasının səthi ilə iki nöqtədə kəsişir — şimal qütbü və cənub qütbü. Göy sferasına daxildən baxdıqda səma sferasının fırlanması şimal qütbünün ətrafında saat əqrəbinin əksinə baş verir.
Həma
Həma (ərəb. حماة‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55.981 ailədə 162.838 nəfəri kişilər və 150.156 nəfəri qadınlar olmaqla cəmi 312.994 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.