Suma

SumaAzərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.[1]

Suma
40°10′13″ şm. e. 46°59′19″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Suma xəritədə
Suma
Suma

Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.

İşğala qədər (16 aprel 1994-cü il) Suma kəndində 1286 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub.

İstifadə olunan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Baxşeyiş Abbasoğlu, “Ağdam arıları”, 2003;
  • Ramiz Abbaslı, “Yeddi kəndin məktəbi”, 1996.
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.