Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Reyhanə Cabbari
Reyhanə Cabbari (5 noyabr 1987, Tehran – 25 oktyabr 2014, Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.. == Reyhanə Cabbarinin son məktubu == Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir: "Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə?
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Seyhan çayı
Seyhan çayı (qədim adı: q.yun. Σάρος Saros) və ya digər adı ilə Sarus (türk dilində Sarus Su) ― Kilikyanın və Türkiyənin Aralıq dənizinə tökülən ən uzun çayı. Çay 560 km uzunluğundadır və Anti-Tavr dağlarının zirvələrindən başlayır və geniş delta yaradaraq Aralıq dənizinə tökülür. Onun əsas qolları Adana ilində, Aladağ şəhərində birləşərək çayı əmələ gətirən Zamantı və Göksu çaylarıdır. Seyhan çayının mənbəyinin Tavr dağlarında olduğu bildirilmişdir. Çay Komana qəsəbəsi ilə irəliləyərək Kapadokyadan, daha sonra isə Kilikiyadan keçir. Çayın adı Liviy, Ksenofon, Prokopi, Strabon, Ptolomey, Appian, Böyük Plini və onu səhvən Sinarus adlandırmış Selanikli Estafiy də daxil olmaqla bir çox qədim müəllif tərəfindən qeyd edilmişdir. Seyhan çayı mənsəbindən 50 km məsafədə çayın üzərində yerləşən yeganə yaşayış yeri olan Adana şəhərindən keçir. Adanada çayın üzərində II əsr Roma körpüsü olan Taşköprü də daxil olmaqla bir neçə körpü mövcuddur. Çay, Dəli burnunda Aralıq dənizinə tökülür.
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. == Bioqrafiyası == Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Şəhanə Yusifova
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur. Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Növləri == Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seyhun
Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra). == Təsvir == Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır. Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.
Seylan
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Reyhani xətti
Reyhani xətti—Ərəb xətt növü. == Tarixi == Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada "əlif" və "ləm" kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.
Bəhmən Reyhani
Bəhmən Reyhani (fars. بهمن ریحانی‎ , kürd. بەهمەن رەیحانی; XX əsr) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir. == Erkən illəri == Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir.
Adi reyhan
Adi reyhan, dirrik reyhanı və ya nəcib reyhan (lat. Ocimum basilicum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay. == Çayın məcrası == Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir. Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.
Gözəl reyhan
Gözəl reyhan (lat. Ocimum gratissimum) — reyhan cinsinə aid bitki növü.
Külə Seyran
Külə Seyran (az-əbcəd. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Reyhan Camalova
Reyhan Rauf qızı Camalova (17 noyabr 2002, Quba) — Azərbaycanlı ixtiraçı. O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb. == Həyatı == Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A. Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) türk müğənnisidir .
Reyhan Məmmədova
Reyhan Tağıyeva
Reyhan Qəmbər qızı Tağıyeva (21 mart 1910, Tiflis – 29 noyabr 1973, Kirovabad) — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası. == Həyatı == Reyhan Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin "Məşədi İbad" və "Arşın mal alan" komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib. Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrına Mirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının "Yaşar"ında Tanya, "Od gəlini"ndə Gülgün, "Almaz"ında Yaxşı, Hüseyn Cavidin "Knyaz"ında Ana, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Telli, Sabit Rəhmanın "Toy"unda Zalxa, Rza Şahvələdin "Dağlılar"ında Ana, Heydər İsmayılovun "Koroğlu"sunda Gülsənəm, Rəsul Rzanın "Vəfa"sında Ülkər xala, Süleyman Rüstəmin "Qaçaq Nəbi"sində Leyla, Konstantin Trenyovun "Düşmənlər"ində Baronesa, Tur qardaşları və Lev Şeyninin "Üzləşdirmə"sində Vera, Konstantin Simonovun "Vətən oğlu"nda Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib. Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb.
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Şeyxan
Şeyxan qəzası
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildər.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Darvinin şeytanı
Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər... Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi. Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.