Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Müxtəlifrəngli sovka
Sovla bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəhrayı sovka
Şüalı sovka
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Şorca
Ermənistanda Şorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Təbii şəraiti == Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250-2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay( Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir.Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır. == Bitki örtüyü == Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar.
Yuxarı Şorca
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib.
Şorca (Bükan)
Şorca (fars. ‎‎‎شورجه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Şorca (Göyçə)
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. == Tarixi == Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi.
Şorca (Xudabəndə)
Şorca (fars. شورجا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə).
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Şorca Allahamanlı (Çaroymaq)
Şorca Allahamanlı (fars. شورجه اله امانلو‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (3 ailə).
Şorca Torağay (Məlikan)
Şorca Torağay (fars. شورجه طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (65 ailə).
Şova (Antarktika stansiyası)
Şova (yap. 昭和基地) — Yaponiyanın Antarktida ərazisində il boyu fəaliyyət göstərən qütb stansiyası. Stansiya açıldıqdan bu günə qədər Meteoroloji müşahidələr aparılır. Stansiyada orta illik temperatur -10°S təşkil edir. Burada həmcinin Geofizika, bioloji, qlyasioloji və okeanoloji araşdırmalar aparılır == Tarixi == Stansiya 1957 ildə Kraliça Mod Torpağı ərazisində Kosmonavtlar dənizində yerləşən İst-onqul adasında yerləşir. 1966-cı ildən stansiya il boyu fəaliyyət göstərir Stansiya öz adını Yaponiya imperatoru Hirohitonun hakimiyyəti illərində Şova dövrünün şərəfinə adlandlrmışdır.
Şova Memorial Parkı
Şova Memorial Milli Hökumət Parkı (国営昭和記念公園, Kokuei Shōwa Kinen Kōen) – Yaponiyanın Akişima və Taçikava şəhərlərində yerləşən milli hökumət parkı. Parka giriş pulludur (böyüklər üçün 410 yen). == Haqqında == Ərazi əvvəlcə Yaponiya hökuməti tərəfindən aviabaza (Taçikava aerodromu) kimi istifadə olunub, İkinci dünya müharibəsindən sonra ABŞ ordusunun nəzarəti altına keçib. 1977-ci ildə Yaponiya hökumətinə qaytarılıb. Ərazinin bir hissəsi hələ də Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən istifadə olunur, bir hissəsi isə 1983-cü ildə imperatorun qızıl yubileyi münasibətilə xatirə parkına çevrilmişdir. Burada İmperator Şovaya həsr olunmuş kiçik muzey var. Parkda velosiped kirayələmək mümkündür və istifadə olan velosiped zolağının uzunluğu 11 km təşkil edir. Parkda barbekyu bölgəsi də mövcuddur. Dekabr ayında Miladla əlaqədar olaraq park xüsusi işıqlandırmaya keçir. Parka Ome xətti üzərində yerləşən Nişi-Taçikava stansiyası vasitəsilə və ya Taçikava stansiyası ilə Musaşi-Sunaqava stansiyalarında düşüb 15-20 dəqiqə piyada getməklə çatmaq mümkündür.
Şorca-i Hüseynabad (Çaypara)
Şorca-i Hüseynabad (fars. ‎شورجه حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şorca-i Qasım (Miyanə)
Şorca-i Qasım (fars. شورجه قاسم‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Şorca-i İmamcümə (Çaroymaq)
Şorca-i İmamcümə (fars. شورجه امام جمعه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (22 ailə).
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. == Tarixi == Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. == Xüsusiyyətlər == Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir. Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. == Nişan xonçası == Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. == Xonça gətirmə == Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Foça
Foça (türk. Foça) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 43 km-dir. İlçənin şərqində Əliağa, cənubunda Menəmən ilçələri, qərbində və şimalında isə Egey dənizi yerləşir. İlçənin sahəsi 251 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 32,264 nəfərdir.
Aleksandr Movçan
Aktyor == Həyatı == Aleksandr Andreyeviç Movçan 24 mart 1932-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutundan məzun olub (1961). A. Dovjenko adına kinostudiyada (1961–1966, 1971), Almaniyada Sovet Qoşunları Teatrında işləyib (1966–1971).
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.
Focca
Focca (it. Foggia) — İtaliyanın Puglia regionunda bir şəhər, bələdiyyə vahidi və Focca vilayəti adını daşıyan vilayətin mərkəzidir. İtaliyanın ana buğda yetişdirmə sahəsi olan Tavoliere ovasındaki ən əhəmiyyətli şəhər olub bu səbəblə ümumiyyətlə əkinçiliyə əsaslanan bir məskunlaşma mərkəzidir. Focca şəhəri Katolik Kilsəsi başpiskoposluk mərkəzidir. 1999-cu ildə yeni olaraq 7 fakültəli bir dövlət universiteti "Üniversità degli Studi di Foggia" qurulmuşdur və bu anda 10.000 şagirdi olmuşdur.
Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
SOCAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.