Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamerlan Kambolov
Tamerlan Kambolov (13 noyabr 1959) — Rus filoloq-osetinşunas alim və sosiolinqvist, filologiya elmləri doktoru (2002), Kosta Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin professoru (2011–2016), UNESCO-nun Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun multikultural və çoxdilli təhsil kafedrasının müdiri, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2012–2016), UNESCO-nun Rusiya Federasiyası Sədrləri Koordinasiya Komitəsinin üzvü. Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Təhsil İşçisi. 2017-ci ilin iyulundan Şimali Osetiya-Alaniya Respublikası Başçısının milli və mədəni inkişaf məsələləri üzrə müşaviri. 2019-cu ilin noyabrından "Böyük Qafqaz və Qərbi Asiya makro bölgəsinin davamlı inkişaf perspektivləri və problemləri" Beynəlxalq Elmi Mərkəzinin direktoru. == Bioqrafiya == Şimali Osetiya Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Fransız şöbəsini bitirib (1981), Əlcəzair Xalq Demokratik Respublikası istiqamətində çalışmışdır. 1984-cü ildə ŞODU-nİn Fransız dili kafedrasına müəllim olaraq qəbul edilir və tezliklə Xarici Dillər Fakültəsinin dekan müavini olur. 1987–88-ci illərdə universitetin tədris şöbəsinin müdiri işləmişdir. 1989–92-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində əyani aspiranturada təhsil almışdır. 1992-ci ilin iyununda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək ŞODU-nə qayıdır. 1993–2008-ci illərdə Xarici Dillər fakültəsinin dekanı və (1998-ci ildə təsis edilmiş) Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı olur.
Tamerlan Mahmudov
Tamerlan Fuad oğlu Mahmudov (21 mart 1995; Bakı, Azərbaycan – 18 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan, 1995-ci il martın 21-də Bakı şəhərində anadan olmuşdur. Bir bacısı var. 1998-ci ildə anasıyla birlikdə Sankt-Peterburq şəhərinə gedir. Bir müddət anası ilə burada yaşayır. Lakin səhhəti ilə bağlı orada çox qala bilmir. Və Bakıya sevimli nənəsinin və onu sevən xalalarının yanına yaşamağa gəlir. Buna baxmayaraq O, bayramlarda və tətillərdə anasıylada tez-tez görüşür.2002-2006-cı illərdə 107 saylı orta məktəbdə, daha sonra isə Milli qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından öz qeyri-adi istedadı, musiqiyə olan marağı ilə öz yaşıdlarından seçilirdi. Elə bu marağa görədə o təhsilini 2006-cı ildə Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli İnternat məktəbində davam etdirməyi qərara alır.
Tamerlan Qarayev
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Tamerlan Süleymanov
Tamerlan Xankişi oğlu Süleymanov (1 mart 1992, Tikəband, Lerik rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Süleymanov 1992-ci il martın 1-də Lerik rayonunun Tikəband kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Tamerlan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Süleymanov oktyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. O, Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tamerlan Səfərov
Tamerlan Cavad oğlu Səfərov (6 yanvar 2001; Quba, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Səfərov 2001-ci il yanvarın 6-da Quba şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Tamerlan Səfərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tamerlan Səfərov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Quba şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tamerlan Tadtayev
Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. == Bioqrafiyası == 5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır. SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır.
Tamerlan Əliyev
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. == Həyatı == Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Soltanbəyli
Tamerlan Soltanbəyli (28 noyabr 1997, Tüntül, Qəbələ rayonu – 19 sentyabr 2023, Xocalı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. == Həyatı == Soltanbəyli Tamerlan İmran oğlu 28 noyabr 1997-ci ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 2015-ci ildə Qəbələ rayon Tüntül kənd tam orta məktəbini bitirmişdir. Ailənin 2-ci övladı olan Tamerlan 19 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatında iştirak edərək Xocalıda şəhid olmuşdur. Heyvanları çox sevən Tamerlanın atlara qarşı da xüsusi sevgisi olmuşdur. Şəhidin doğum günü münasibətilə 28 noyabr 2023-cü ildə Qəbələ rayonunun Tüntül kəndində şəhidin atının ən ön sırada olduğu at yürüşü keçirilmişdir. == Hərbi xidməti == Soltanbəyli Tamerlan orta məktəbi bitrdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müvəqqəti hərbi xidmət keçmişdir. Hərbi xidmətini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş, başından qəlpə yarası almışdır. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Tamerlan Əliyev (dəqiqləşdirmə)
Tamerlan Əliyev (endokrinoloq)
Tamerlan Əliyev (endokrinoloq)
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. == Həyatı == Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Əliyev (əsgər)
Tamerlan İqrar oğlu Əliyev (3 yanvar 2002; Ufa şəhəri, Rusiya Federasiyası — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Əliyev 2002-ci il yanvarın 3-də Rusiya federasiyası, Ufa şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Əliyev oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Soltanbəyli Tamerlan
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının N hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi qulluqçusu, Komando Briqadalarının N hərbi qulluqçusu, Daxili Qoşunlarının 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər.
Timerlan Hüseynov
Timerlan Hüseynov (ukraynca: Тимерлан Рустамович Гусейнов, 24 yanvar 1968, Buynaksk, Dağıstan MSSR) — qumuq əsilli ukraynalı futbolçu. Hal-hazırda Ukraynanın futbol klubu olan FK Odessanın idman direktorudur. O, Ukrayna Premiyer Liqasında 1993–1994, 1995–1996-cı illər çempionatlarında müvafiq olaraq 18 və 20 qolla bombardir olmuşdur. Bu illərdə o, Çornomorets Odessa klubunda çıxış etmişdir. Ukrayna yığma komandasında isə 14 beynəlxalq oyuna çıxmış və 8 qol vurmuşdur. == Oyunçu karyerası == Hüseynov Sovet İttifaqının Dağıstan bölgəsinin Buynaksk rayonunda anadan olmuşdur. Onun atası qumuq, anası isə ukraynalıdır. 1970-ci ildə ailəsi ilə birlikdə Ukrayna Sovet Sosialist Respublikasının Pervomaysk rayonuna köçmüşdürlər. Hüseynov Ukraynanın futbol tarixində bir çox ilklərə və rekordlara sahibdir. O, Ukrayna futbol tarixində rəsmi oyunlarda 100 qol həddini aşan ilk futbolçudur.
Tamella Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Tamella Alıyeva
Tamella Alıyeva (d. 1951, Beyləqan şəhəri) — Professor, Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Tamella Alıyeva 1951-ci ildə Beyləqan şəhərində anadan olub. 1998-ci ildə Eskişehir Osmanqazi Universitetində Türk dili və ədəbiyyatı bölümündə işə düzəlir. Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan” və “Savalan” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisidir. == Təltif və mükafatları == 2008-ci ildə Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb, nümunəvi fəaliyyətinə görə isə 2011-ci ildə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilibdir. Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb.
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərəcov Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Tərlan Novruzov
Novruzov Tarlan Cabbar oğlu — ədəbiyyatşünas, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1993), professor (1995). == Həyatı == Tərlan Novruzov 1947-ci il yanvarın 20-də Yardımlı rayonundakı Bürzümbül kəndində kolxozçu ailəsində doğulmuşdur. Yardımlı rayonundakı M.F.Axundov adına orta məktəbi bitirmişdir (1963). Sonra həmin rayonda birillik pedaqoji kursu bitirmişdir (1964). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirmişdir (1965-1969). İnstitutun Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim vəzifəsində işləmişdir (1969-1974). Orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1974-1983), M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş müəllim olmuşdur (1984). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim, dosent vəzifələrində çahşmışdır (1985-1993). Hazırda həmin kafedranın professorudur (1993-cü ildən). Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas kimi elmi tədqiqatla məşğul olmuşdur.
Tərlan Novxanı
Tərlan Novxanı (16 oktyabr 1985, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar. == Həyatı == Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar şəhidi Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb. == Şəxsi həyatı == Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və iki övladı - bir oğlu və bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb.
Tərlan Poladov
Tərlan Mollaçı oğlu Poladov (d.8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi". == Həyatı == 1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. === Ailəsi === Evlidir, üç övladı var. == İdman fəaliyyəti == Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub. 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə) 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub. Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir.
Tərlan Qasımov
Tərlan Qasımov (5 may 1974, Ucar rayonu) — ictimai xadim, "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, "Kaspi" qəzetinin və jurnalının Arxangelsk vilayətində təsisçisi. == Bioqrafiyası == Tərlan Qasımov 1974-cü il mayın 5-də Ucar rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Sosial-Siyasət Universitetinə daxil olmuşdur. 1997-ci ildən Rusiyanın Arxangelsk şəhərində yaşayır və işləyir. 2015-ci ildən "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri olmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Arxangelsk bölgəsinin "Azərbaycan Diasporu" rəhbərliyi === Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun başçılığı ilə Arxangelsk vilayətinin nümayəndə heyəti 2016-cı ildə Arxangelsk vilayətinin "Azərbaycan diasporu" təşəbbüsü ilə Bakıda keçirilən VII Rusiya-Azərbaycan Regionlararası Forumunda rəsmi olaraq iştirak edib. Diaspor, həmçinin, mayın 1-də və 9-da Rusiya tətillərinin qeyd olunmasında fəal iştirak edib, burada Azərbaycan diasporunun nümayəndələri ölümsüz alayın hərəkətinə qatıldılar. Azərbaycan diasporu şəhərin gününə, milli birlik günü, onun mədəniyyətini və milli irsinin müxtəlifliyini layiqincə təqdim edən tədbirlərdə iştirak etdi. 2016-cı ildə Arxangelsk vilayətinin Hökumətinin dəstəyi ilə Arxangelsk vilayətindəki Azərbaycan mədəniyyətinin günləri açıqlanıb.
Tərlan Quliyev
Tərlan Quliyev (futbolçu) — futbolçu, Azərbaycan yığmasının üzvü. Tərlan Quliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin 1999-cu il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Tərlan Quliyev (əsgər, 2000) — Azərbaycan Silahlı Qüvvələrinin 2000-ci il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Tərlan Rzayev
Tərlan Rövşad oğlu Rzayev (21 may 2001; Sumqayıt, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Rzayev 2001-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tərlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Rzayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Əhmədov
Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu. == Bioqrafiya == Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb. 90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir. 2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır. 2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır.
Tərlan Əliyarbəyov
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor. == Həyatı == Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi.