Tərlan Əliyarbəyov

Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor.[1]

Tərlan Əliyarbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 28 noyabr 1892(1892-11-28)
Doğum yeri
Vəfat tarixi 15 fevral 1956(1956-02-15) (63 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycanlılar
Rütbəsi general-mayor
Komandanlıq edib
Döyüşlər
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M. V. Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir.[2]

1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edərkən T. Əlyarbəyov podpolkovnik rütbəsində idi. 1918-ci noyabrında Əli ağa Şıxlinskinin yaratdığı Əlahiddə Müsəlman Korpusuna könüllü gələn Tərlan bəy Əlyarbəyov ikinci alayın komandir köməkçisi təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmış ağqvardiyaçı general A. Denikin ordusu pərən-pərən düşüb ölkənin hər yerinə səpələnmişdi. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci Azərbaycan alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı. O, eyni zamanda Qarabağda gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdi

Aprel çevrilişindən sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləmiş, könüllü şəkildə "Qızıl" Orduya qatılmışdır. İyirminci ilin baharında rotmistr Tərlan bəy Əlyarbəyov Bakı Hərbi İdarə rəisinin müavini və alay komandiri vəzifəsinə təyin edilir. 1922-ci ildə respublika Xalq Komissarlığı qərargahında Hərbi Dəniz İşləri üzrə rəis işləyən Əlyarbəyova bir tapşırıq verildi:

"Kürdəmir və Qaraqoyunlu ərazilərində baş qaldıran daşnak dəstələrini məhv etməli". O, cəsur silah yoldaşları ilə yorğunluq və yuxusuzluq nə olduğunu bilmədən az bir vaxtda düşməni məğlub etdi.

Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmrində deyilirdi: "Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi Tərlan bəy Əlyarbəyov yoldaş Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə və qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir.

Hazırda HDXK-nın qərargahı ləğv edildiyi üçün Əlyarbəyov yoldaşı Azərbaycan SSR Hərbi Komissarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə olacaqdır.

Təxminən üç il müddətində hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan bəy Əlyarbəyova rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın.

Hərbi Dəniz Xalq Komissarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü Əliheydər Qarayev.

Qərargah rəis əvəzi podpolkovnik Yusif bəy Məğrubov".

1923–1929-cu illərdə Azərbaycan SSR hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925–1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuş, 1927-ci ildə M. V. Frunze adına Hərbi Akademiyada Ali Komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf etmişdir. 1946–1948-ci illərdə Azərbaycan SSR maarif nazirinin müdafiə işləri üzrə müavini işləmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. 1948-ci ildə istefaya çıxmışdır.[2]

Vətən müharibəsi dövründə

[redaktə | mənbəni redaktə et]

1932-ci ildə Azərbaycan Neft İnstitutunda hərbi-pedaqoji fəaliyyət göstərmişdir. O, ikinci dəfə (1941-ci il) M. V. Frunze adına Ali Hərbi Akademiyanı bitirəndə Böyük Vətən Müharibəsi başlanmışdı. Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandiri, 402-ci diviziyanın komandiri, 79, 88-ci alayın komandiri və 58-ci diviziya komandirinin müavini təyin edilir. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətləri yüksək qiymətləndirilərək 1944-cü il fevralın 9-da ona general-mayor rütbəsi verilmişdir.[1]

  • Lenin ordeni
  • Qırmızı Bayraq ordeni
  • Qırmızı Ulduz ordeni
  • Müxtəlif medallar
  • "Müqəddəs Stanislav" (qılıncla və bantla birgə)
  • "Müqəddəs Anna" ordenləri
  • "Müqəddəs Georgi" ordeni
  • Bakıda adına küçə var.
  • Şamaxıda adına küçə var
  • Şamaxı Tarix-diyarşünaslıq muzeyində general Tərlan bəy Əliyarbəyovun ayrıca guşəsi yaradılıb.
  • Боков Ф. Е., Бессмертный подвиг сынов Азербайджана, Б., 1971;
  • Азербайджанская ССР в период Великой Отечественной войны 1941–1943 гг., сб. документов и материалов, в двух томах, т 1, Б., 1976.
  • ASE IV cild
  • Nəzirli Ş., Azərbaycan generalları, B., 1991;
  • [1]
  • [2]
  1. 1 2 "Алиярбеков Тарлан Абдулла оглу, генерал-майор". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 360–361

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]