Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası – 17 oktyabr 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur. Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Aşıq Ziyad
Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq. == Həyatı == Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.
Ziyad Abbasov
Abbasov Ziyad Mehralı oğlu (10 oktyabr 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü. == Həyatı == Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958–1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı Azərbaycan Aqrar Universiteti-ADAU) mexanikləşdirmə fakültəsində təhsil almışdır. 18 dekabr 1965-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007–2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri vəzifəsində çalışır. 1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z.Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ-nin "ВНЕШТЕХНИКА" Birliyin tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır. Z.Abbasovun elmi rəhbərliyi altında 1974–1994-cü illərdə ixtira və patentlər səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) nümayiş etdirilərək sərgilərin iki qızıl, iki bürünc medallarına və birinci dərəcə diplomlarına layiq görülmüşdür. == Nailiyyətləri == Z.M.Abbasov 200-dən çox elmi əsərlərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir. Ziyad Abbasovun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilərək yayılmışdır. Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.
Ziyad Həmidov
Ziyad Həmidov (18 aprel 1974, Çuxanlı, Salyan rayonu – 20 noyabr 1992, Ağdərə, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Ziyad Həmidov 1974-cü il aprel ayının 18-i Salyan rayonu Çuxanlı kəndində doğulub.
Ziyad Mehdiyev
Ziyad Mehdiyev (2 aprel 1966, Ağbulaq, İsmayıllı rayonu – 1993, Ağdam) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Mehdiyev Ziyad Mirzə oğlu İsmayıllı rayonu Ağbulaq kəndində anadan olub. Ağdam Kənd Təsərrüfatı Texnikomunun aqronomluq fakültəsini bitirib 1993-cü il dekabrın 31-də Ağdamın Salahlı Kəngərli kəndi uğrunda gedən ağır döyüşdə mərmi qəlpəsindən şəhid olub. == Təltifləri == 17 sentyabr 1996-cı ildə İsmayıllı rayonu Ağbulaq kənd tam orta məktəbi Ziyad Mehdiyev adını daşıyır.
Ziyad Muradov
Ziyad Muradxan oğlu Muradov ( 3 fevral 1991 ci il Füzuli rayonu-20 oktyabır 2020 ci il Füzuli rayonu ) Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.Muradov Ziyad 1991 ci il fevral ayının 3-ü Füzuli rayonun Arış kəndində dünyaya göz açıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov oktyabrın 20 sin də Füzuli uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən ağır zərbə alaraq şəhidlik zirvəsinə ucalmışdır. Zabratda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyad Səmədzadə
Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı və fəaliyyəti == Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildə ona professor adı verilir. 1976–1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978–82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. 1980-ci ildə Z. Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur. Z. Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.
Ziyad Zərbaliyev
Ziyad Nəriman oğlu Zərbaliyev (19 may 2002; Şamaxı rayonu , Azərbaycan — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyad Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ziyad Zərbaliyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyad balığı
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Ziyad Əmrahov
Tariq İbn Ziyad
Tariq İbn Ziyad(طارق بن زياد) — Əməvilərin Əlcəzair bərbəri mənşəli müsəlman sərkərdəsi. 711–718-ci illərdə İspaniyada vesqotlara qarşı mübarizə aparmış və İspaniyanı fəth etmişdir. == Bioqrafiyası == 670-ci ildə İranda doğulmuşdur. Ərəblərin Şimali Afrikanı fəthi sırasında Musa İbn Nusayrın ordusunda idi. Xəlifə 711-ci ildə Tariq İbn Ziyad Mardanşahı 7000 nəfərlik ordu ilə İspaniyanı fəth üçün göndərir. Müsəlmanlar İspaniya sahillərinə çıxan kimi Tariq İbn Ziyadın əmriylə bütün gəmilər yandırılır. Tezliklə Tariq Vestqot hökmdarı Roderikin böyük ordusunu Quadalete ətrafında darmadağın edir.
Übeydulla ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Uğurlu xan Ziyadi-Gəncəvi
Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib. Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı. Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı.
Aziyadé
Aziyadé - fransız yazıçı Pyer Lotinin 1879-cu ildə nəşr olunan yarı-avtobioqrafik romanı. 27 yaşındakı bir ingilis zabitinin 1876-cı ildə Selanik və İstanbulda vəzifədə olduğu bir zamanda Aziyade adlı 18 yaşlı bir Çərkəz qızı ilə yaşadığı gizli eşq hekayəsidir. Roman qəhrəmanı zabitin, dostları Plum-kett və Vilyam Brouna, və Yorkşirdə Brightbury qəsəbəsində yaşayan (adı qeyd edilməyən) bacısına xatirələrini yazdığı məktublar şəklində qələmə alınmışdır. Dövrün siyasi hadisələri, romantik İstanbul siması, gündəlik həyata aid çoxlu məsələləri özündə əks etdirən roman, yazıçının bir fransız dəniz zabiti kimi Osmanlı Dövlətində işlədiyi bir vaxtda tutduğu gündəliyinə isnad edir. Romanda təsvir olunan eşqin həqiqətən yaşanıb-yaşanmadığı və roman qəhrəmanı Aziyadenin xəyali bir xarakter olub-olmadığı hələ də müzakirə məsələsidir. Aziyade, yazıçının ilk romanıdır. Roman beş fəsildən ibarətdir: Salonique (Selanik); Solitude (Yalnızlıq); Eyoub à deux (İkimiz Əyyubda); Mané, Thécel, Pharès (Sayıldı, Ölçüldü, Bölündü); Azraël (Əzrail). Əsər, 1909-cu ildə İstanbulda Musavver Eşref dərgisinin dörd nömrəsində, hər fəsil ayrılıqda çap edildi. Aziyade, türk dilinə ilk dəfə kitab şəklində 1923-cü ildə Xandan Lütfi tərəfindən tərcümə olundu və İstanbulda İqbal Kitabxanası tərəfindən Azadə adı altında yayımlandı. Mahmud Bəy Mətbəəsində çapa verilən kitab, köhnə əlifba ilə 230 səhifə idi.
Ziyad Hemidov Rahil oglu
Ziyad Həmidov (18 aprel 1974, Çuxanlı, Salyan rayonu – 20 noyabr 1992, Ağdərə, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Ziyad Həmidov 1974-cü il aprel ayının 18-i Salyan rayonu Çuxanlı kəndində doğulub.
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
Ziya (Ziyayi-Qafqaziyyə)
"Ziya" (az-əbcəd. ضیاء‎), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az-əbcəd. ضیاء قافقاسیه‎) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet. 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə), sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə) çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi. == Qəzetin nəşrinə qədərki dövr == Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir.
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Miyanə
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Ziyadlı
Ziyadlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir. == Mədəniyyəti == Kənddə elektron telefon stansiyası var.
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Ziyarət
Ziyarət (kitab) — Hamlet İsaxanlının şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. Ziyarət piri — Şahbuz rayonunda pir. Ziyarət (dağ, Daşkəsən) — Daşkəsən rayonu ərazisində dağ. Hündürlüyü 2048 m. Ziyarət (dağ, Göygöl) — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 2040 m. Ziyarət (dağ, Xocavənd) — Xocavənd rayonu ərazisində dağ. Hündürlüyü 2480 m. Ziyarət (çay, Daşkəsən) — Daşkəsən rayonu ərazisində çay.
Ziyafət
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Ziyamət
Ziyamət — Osmanlı imperiyasının torpaq sistemində illik gəliri 20.000 axça ilə 100.000 axça arasında dəyişiklik göstərən torpaqlar və bu torpaqlardan alınan vergi. Əyalət mərkəzlərində yaşayan ali səviyyəli idarəçilərə (xəzinə və timar xəzinədarlarına, sancaqlardakı alay rəhbərlərinə, qalaların dizdarlarına, divan məmurlarına və s.) verilirdi.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
Zmiyane
Zmiyane (serb. Змијање, bosn. Zmijanje) — Bosniya və Herseqovinanın ərazisinə daxil olan vilayət. Serb Respublikasının bir parçası. Manyaça dağı ətrafı ərazilərdə yerləşir. Keçmiş Zmiyane nahiyəsinin ərazisini əhatə edir. Nahiyə Osmanlı imperiyası dönəmində mövcud olmuşdur. Zmiyane naxışı 2014-cü ildə YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahıları daxil edilmişdir == Yaşayış məntəqələri == Zmiyane vilayətində banya-Luka və Ribnik icmaları yerləşir. Yaşayış məmntəqələri: Striçiçi, Strajese, Sitnisa, Lokvari, Luyakovski, Lusiçi, Sokolovo, Qorne-Ratkivo və Done-Ratkovo. Zmiyane vilayətinin vahi hisəində yerləşən yaşayış məntəqləri: Dobrnya, Şlivno, Zelensi, Radmaniçi və Vilusi.