Ziyad Muradxan oğlu Muradov ( 3 fevral 1991 ci il Füzuli rayonu-20 oktyabır 2020 ci il Füzuli rayonu ) Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.Muradov Ziyad 1991 ci il fevral ayının 3-ü Füzuli rayonun Arış kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov oktyabrın 20 sin də Füzuli uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən ağır zərbə alaraq şəhidlik zirvəsinə ucalmışdır. Zabratda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]