Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çor
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. == Hakimiyyəti == Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Karı Çor Tigin abidəsi
Karı Çor Tigin abidəsi və ya Xian abidəsi — 2010-cu ildə Zhanq Du Yuanlı bir kəndli tərəfindən tapılmış abidədir. Kəndli tapdığı abidəni Xiandakı bazarda satmağa çalışarkən son anda Tanq Vest Market Muzeyi nümayəndələri abidəni görmüş və abidəni alaraq muzey inventarına salmıdşırlar. Karı Çor Tigin abidəsi Çinin Şaanxi əyalətinin mərkəzi, Çinin tarixi paytaxtlarından biri olan Xianda tapılmışdır. Karı Çor Tigin abidəsi və Karı çor Tiginin məzarına aid işləməli daş, bir sıra çincə yazı və arxeoloji materialla birlikdə Çinin ilk özəl muzeyi olan Tanq Vest Market Muzeyində sərgilənməkdədir. == Abidə == Karı Çor Tiginin abidə məzarına aid qranitdən düzəldilmiş kvadrat formasında, üzərində bitki motivləri olan, işləməli qapaq daşı vardır. Abidə Türk-Çin əlaqələrini əks etdirməsi və iki dilli olması yönündən araşdırmaçılar tərəfindən önəmli abidə olaraq göstərilməkdədir. == Mətn == Karı Çor Tigin abidəsində Orxon əlifbası ilə yazılmış 17 sətirlik türkcə mətn vardır. Bununla yanaşı, abidədə çincə mətnlər də mövcuddur. Abidə ümumi mənada yaxşı qorunmuş olmasına rəğmən, abidənin I və II sətirlərində olan iki sözdə geridə qalan tarixi müddətdə qırılmalar meydana gəlmişdir. Karı Çor Tigin abidəsinin türkcə hissəsinin oxunma və mənalandırılmasını Çingiz Ayyılmaz reallaşdırarkən, çincə hissəsini oxunub mənalandırılmasını isə Luo Xin etmişdir.
Alain Ço Çoy
Alain Ço Çoy (28 oktyabr 1968) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Alain Ço Çoy Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Por
Por (Ermənistan)
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
ÇSR
Çexoslovakiya (çex. Československo), (slovak. Česko-Slovensko) — Mərkəzi Avropada 1918-ci ildən 1992-ci ilə qədər mövcud olmuş dövlət. == Çexoslovakiya respublikasının təşkili == Birinci dünya müharibəsinin sonuna qədər Çexiya və Slovakiya Avstriya-Macarıstan imperiyasının tərkibində idi. Müharibədə "Dördlər İttifaqı"nın məğlubiyyəti Çexiya xalqını da öz müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı. 1918-ci ilin yanvar ayının 6-da çex deputatları Avstriya reyxstrat və seymindən Çexiyaya müstəqillik verilməsini tələb etdilər. Lakin bu tələb rədd edildi. 1918-ci ilin iyununda isə Parisdə fəaliyyət göstərən çex siyasi partiyaları Milli komitə təşkil etdilər. Komitənin rəhbəri Tomaş Masarik təyin edildi. 1918-ci ilin oktyabrın 28-də Milli Komitə müstəqil Çexiya dövlətinin yaradıldığını elan etdi.
ÇXR
Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir. Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir. Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. == Tarix == Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Albert Qor
Albert Qor (31 mart 1948[…], Vaşinqton) — 1992–2000-ci illərdə ABŞ-nin vitse-prezidenti olmuşdur. 1969–1971-ci illərdə ABŞ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Harvard Universitetinin arxitektura bakalavrı, Vanderbilt Universitetini isə hüquq diplomu ilə bitirmişdir.
Aor (hərf)
𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir. Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır. Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi. Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.
Bor (Niğdə)
Bor (türk. Bor) — — Niğdə ilinin ilçəsi.
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir. == Xassələri == B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var. Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir. == Alınması == Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.
Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Böyük Şəhriyar
Böyük Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 30-cu illərində kənd Şəhriyar-Mets adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur. == Əhalisi == 1828–1830-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir.
Bəhriman (Sərab)
Bəhriman (fars. بهرمان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 738 nəfər yaşayır (158 ailə).
Kiçik Şəhriyar
Kiçik Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Məhəmmədhüseyin Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Vayots Cor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır. Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
Vayoç Cor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır. Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
.com
.com — Domen adları sistemində Top level domen adıdır. com — commercial sözünün qısaltmasından yaranıbdır. 1985-ci ildə ilk dəfə domen adları sistemi yaradılanda, .com ilk istifadəyə verilən top level domenlərdəndir.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərmiş pagan black metal qrupudur. 2012-ci ildə fəaliyyətini dayandırıb. Qrup adını Saxa folklorundakı bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. == İfa tərzi == Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir.
Mehrimah Sultan
Mehrimah Sultan (təq. 1522, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1578, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleymanın qızı. == Həyatı == Doğum tarixi tam olaraq bilinməsə də, 21 mart 1522-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi alan Mehrimah Sultan, Qanuni Sultan Süleymanın yetkinlik yaşına çatan yeganə qızı olması səbəbilə atası tərəfindən çox sevilirdi. Səlis nitq qabiliyyəti və gözəl əl yazısı vardı. Bu səbəblə, həddi-büluğa çatar-çatmaz saraya yaxınlığı ilə tanınan Diyarbəkir bəylərbəyi Rüstəm Paşayla nikahlandı. 26 noyabr 1539-cu ildə başlayan və bir neçə həftə davam edən Şahzadə Bəyazid və Şahzadə Cahangirin sünnət mərasimi əsnasında, 4 dekabr günü cütlük Atmeydanındakı İbrahim Paşa sarayında nikahlandı. Bundan sonrakı illərdə anası Xürrəm Sultanla birlikdə ərinin siyasi yüksəlişi uğrunda çalışan Mehrimah Sultan dövlət məsələləriylə yaxından maraqlandı. Rüstəm Paşanın 2 dekabr 1544-cü ildə sədarətə yüksəlişiylə bu ittifaq daha da gücləndi və Şahzadə Bəyazidin taxt varisi olması yolunda fəaliyyətə başladı.
Məhəmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Sehriman Əliyev
Sehriman Əliyev (17 aprel 1990, Araz Yağlıvənd, Füzuli rayonu – 29 sentyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehriman Əliyev 1990-cı il aprelin 17-si Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. == Hərbi xidməti == Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra, 2016-cı ildə hərbidə, müddətdən artıq hərbi xidmət vəzifəsində çalışmışdır. İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştrak etmiş və Füzuli rayonunun Qorqan kəndi istiqamətində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhrivar (Ərdəbil)
Şəhrivar (fars. شهريور‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (118 ailə).
Şəhriyar (Göygöl)
Şəhriyar (əvvəlki adı: Mirzik) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1074 nəfər əhali yaşayır.
Şəhriyar (Masallı)
Şəhriyar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 45 nəfərdir. == Toponimiyası == Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır.
Şəhriyar (Ordubad)
Şəhriyar (əvvəlki adı: Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad rayonunun Şəhriyar qəsəbəsinin 0,3 min nəfər əhalisi vardır.
Şəhriyar bələdiyyəsi
Şəhriyar bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə. Şəhriyar bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə. Şəhriyar bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə.
Şəhriyar qalası
Şəhriyar qalası — orta əsrlərə aid qala. Qala Biləsuvar şəhərindən 9 km qərbdə yerləşir. Hal-hazırda qalanın yerində təpəciklər mövcuddur. Qalanın tədqiqata ehtiyacı vardır.
Şəhriyar İmanov
Şəhriyar İmanov (21 aprel 1989, Bakı, Azərbaycan SSR) — azərbaycanlı tarzən, Azərbaycan Respublikasının əməkdar artisti == Həyatı == Şəhriyar Ayaz oğlu İmanov 21 aprel 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini 1994-cü ildə 4 №li musiqi məktəbində almışdır. 2002-ci ildə Bülbül adına orta ixtisas məktəbinə daxil olmuşdur. Azərbaycan Milli Konservatoriyasında bakalavr və magistr təhsili almışdır. == Fəaliyyəti == 2013-cü ildə Azərbaycanda keçirilən III Beynəlxalq muğam aləmi festivalının I yerinə layiq görülmüşdür. Bundan sonra onun yaradıcılığında xarici səfərlərin sayı artmaqla yanaşı, muğam ifaçısı Qoçaq Əsgərov, caz ifaçısı İsfar Sarabski ilə yaradıcılıq əlaqələri yaranır. ABŞ-də "Sxsw music festival"ında, İsraildə "Oud festival"ında, Çində "Shanxai world music festival"ında, Fransada "Midem" festivalında, İsveçrə "Montreux jazz festival"ında, Almaniyada "Rudolshtat folk music" festivalında iştirak etmişdir. Bundan başqa Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə, Hindistanda müxtəlif konsert proqramları ilə çıxış etmişdir.
Şəhriyar İsmayılzadə
Şəhriyar Əkbər oğlu İsmayılzadə (7 iyul 1994; Şirvan, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar İsmayılzadə 7 iyul 1994-cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində dünyaya göz açıb. 12 №-li tam orta məktəbdə oxumuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şəhriyar İsmayılzadə Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 10 noyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar İsmayılzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Şəhriyar Şirvani
Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani (1852-?) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Köhnə üsul ilə mükəmməl təhsil almışdır. Cavan vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Mirzə Qəni on səkkiz il İranda qalmışdır. Vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda "Hacı Həkim" ləqəbilə təbiblik etmişdir. 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay- Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ağdaş ədəbi dərnəyinin iştirakçılarındandır. Bəzi cünglərdə bir neçə şeiri qalmışdır.
Şəhriyar şəhristanı
Şəhriyar şəhristanı — İranın Tehran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhriyar şəhəridir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 516,022 nəfər və 134,378 ailədən ibarət idi. === Milli tərkibi === Bölgənin yerliləri sırf Azərbaycan türkləri olsa da, burada çox sayda gəlmə yaşayır ki onlar da əsasən Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Həmədan və Ərdəbil kimi bölgələrdən buraya işləmək üçün miqrasiya edən Azərbaycan türkləridir. Habelə bölgədə çox az sayda başqa etink quruplarda yaşamaqdadırlar.
Şəhriyar şəhəri
Şəhriyar şəhəri — Şəhriyar qalası, indiki Biləsuvar rayonu ərazisində yerləşirdi.
Şəhriyar Əlibəyli
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Əlibəyli Şəhriyar