Böyük Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2]
Kənd | |
Böyük Şəhriyar | |
---|---|
40°04′04″ şm. e. 43°59′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 864 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 30-cu illərində kənd Şəhriyar-Mets adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur.[4]
1828–1830-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə əhalisi erməni idi.