Şəhriyar Əlibəyli

İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra ErmənistanAzərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.

Təsnifləndirmə

[redaktə | mənbəni redaktə et]
S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
2020-ci ildə şəhid olanlar
1.
Qənbərov Elmir Rayil
Əsgər
(MAHHXHQ)
Qənbərov Elmir Rayil oğlu 1982-ci ildə Beyləqan rayonunda (Qəhrəmanlı) doğulub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.[1][2][3] 27.12.2020-ci il tarixində saat 15:30 radələrində Xocavənd rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfərin Azərbaycan Ordusunun bölmələrinə hücumu nəticəsində şəhid olub.[4]
2021-ci ildə şəhid olanlar
2.
Yaqublu Fərman Telman
Gizir
Yaqublu Fərman Telman oğlu 20.06.1993-cü ildə Beyləqan rayonunda (Qəhrəmanlı) doğulub. Orta təhsilli. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[5] Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. 23 iyul 2021-ci ildə saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Vardenis rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Ermənistan–Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində yerləşən mövqeləri atəşə tutulub, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində şəhid olub.[6] Beyləqan rayonunda (Qəhrəmanlı) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[7]
3.
Niftəliyev Ümüd Oruc
Leytenant
Niftəliyev Ümüd Oruc oğlu 20.10.1998-cı ildə Babək rayonunda (Nehrəm) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Subay. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.[8] Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Babək rayonunda (Nehrəm) dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.[10]
4.
Cabbarov Orxan Hətəm
Gizir
Cabbarov Orxan Hətəm oğlu 29.09.1994-cü ildə Quba rayonunda (Davudoba) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.[11][12][13] Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Quba şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.[10]
5.
Əliyev Natiq Yusif
K/çavuş
Əliyev Natiq Yusif oğlu 22.05.1989-cu ildə Gəncə şəhərində doğulub. Orta təhsilli. Evli və 1 övlad atası. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[5] Quru Qoşunlarının N saylı hərbi hissəsinin çavuşu olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[10]
6.
Ağayev Elçin Mərifət
Əsgər
Ağayev Elçin Mərifət oğlu 2002-ci ildə Cəlilabad rayonunda (Soyuqbulaq) doğulub. Orta təhsilli. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Cəlilabad şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[10]
7.
Əlizadə Elmin Samir
Əsgər
Əlizadə Elmin Samir oğlu 18.03.2003-cü ildə Mingəçevir şəhərində doğulub. Orta təhsilli. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[10]
8.
Əliyev Elçin Ramil
Əsgər
Əliyev Elçin Ramil oğlu 11.11.2002-ci ildə Şirvan şəhərində doğulub. Orta təhsilli. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[10]
9.
Xəlilov Murad Qalib
Əsgər
Xəlilov Murad Qalib oğlu 25.11.2003-cü ildə Şəmkir rayonunda (Çinarlı) doğulub. Orta təhsilli. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 16 noyabr 2021-ci ildə Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Kəlbəcər istiqamətində şəhid olub.[9] Şəmkir rayonunda (Çinarlı) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[10]
10.
Həmzəyev Əfqan Bəhram
Əsgər
Həmzəyev Əfqan Bəhram oğlu 2002-ci ildə Goranboy rayonunda (Borsunlu) doğulub. Orta təhsilli. Subay. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 14.10.2021-ci ildə saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.[14] Goranboy rayonunda (Borsunlu) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib[7]
11.
Əliyev Asif Adil
Əsgər
Əliyev Asif Adil oğlu 2002-ci ildə Siyəzən rayonunda (Zarat) doğulub. Orta təhsilli. Subay. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[5] 09.12.2021-ci ildə gecə saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.[15] Siyəzən rayonunda (Zarat) dəfn edilib.
2022-ci ildə şəhid olanlar
12.
Nəzərov Ayaz Azər
Əsgər
(MAHHXHQ)
Nəzərov Ayaz Azər oğlu 16.07.1998-ci ildə Tovuz rayonunda (Bozalqanlı) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 11 yanvar 2022-ci ildə günorta saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.[16] Tovuz rayonunda (Bozalqanlı) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib[7]
13.
Kazımov Anar Rüstəm
Əsgər
Kazımov Anar Rüstəm oğlu 16.02.2004-cü ildə Şəmkir rayonunda (Qaracəmirli) doğulub. Orta təhsilli. Subay. Aprel 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 3 avqust 2022-ci ildə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutulması nəticəsində şəhid olub.[17] Şəmkir rayonunda (Qaracəmirli) dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[18]
2023-cü ildə şəhid olanlar
14.
Əlibəyli Şəhriyar Ramiz
B/Leytenant
Əlibəyli Şəhriyar Ramiz oğlu 25.10.1994-cü ildə Qəbələ rayonunda (Vəndam) doğulub. Hərbi ali təhsilli (AAHM məzunu). Subay. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd və Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Xocavəndin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.[12][8] Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.[19] 2 saylı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[7]
15.
Hüseynov Eşqin Cəmil
Əsgər
(MAHHXHQ)
Hüseynov Eşqin Cəmil 01.10.2001-ci ildə Tovuz rayonunda (Hunanlar) doğulub. Orta təhsilli. Subay. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Cəbrayılın azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.[11][13] Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.[19] Tovuz rayonunda (Hunanlar) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[7]
16.
Zalov Vidadi Nizami
Gizir
Zalov Vidadi Nizami oğlu 17.07.1985-ci ildə Abşeron rayonunda (Saray) doğulub. Ali təhsilli (ADİU məzunu). Evli və 3 övlad atası. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Laçın istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.[20] Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. 11 aprel 2023-cü ildə saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində olan üzbəüz mövqelərininin müxtəlif çaplı silahlardan istifadə edib, atəşə tutması nəticəsində şəhid olub.[21] Abşeron rayonunda (Saray) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[7]
17.
Həsənov Elşad Qabil
Gizir
Həsənov Elşad Qabil oğlu 28.04.1994-cü ildə Gədəbəy rayonunda (Qaravəlilər) doğulub. Orta təhsilli. Evli. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. 11 aprel 2023-cü ildə saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində olan üzbəüz mövqelərininin müxtəlif çaplı silahlardan istifadə edib, atəşə tutması nəticəsində şəhid olub.[21] Ağstafa şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib[7]
18.
Tağıyev Səbuhi Gündüz
Çavuş
Tağıyev Səbuhi Gündüz oğlu 22.06.1998-ci ildə Şahbuz rayonunda (Şada) doğulub. Orta təhsilli. Subay. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Quru Qoşunlarının N saylı hərbi hissəsinin çavuşu olub. 11 aprel 2023-cü ildə saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində olan üzbəüz mövqelərininin müxtəlif çaplı silahlardan istifadə edib, atəşə tutması nəticəsində şəhid olub.[21] Şahbuz rayonunda (Badamlı) dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib[7]
19.
Novruzəlizadə Orxan Elxan
Əsgər
(MAHHXHQ)
Novruzəlizadə Orxan Elxan oğlu 10.12.1998-ci ildə Ağstafa rayonunda (Vurğun) doğulub. Orta təhsilli. Subay. 2020-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.[3] Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 11 may 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Kəlbəcər istiqamətində şəhid olub.[22] Ağstafa rayonunda (Vurğun) dəfn edilib.
20.
Qarayev Məhəmməd Mahir
Əsgər
Qarayev Məhəmməd Mahir oğlu 16.11.2001-ci ildə Qəbələ şəhərində doğulub. Ali təhsilli (ADİU məzunu). Subay. İyul 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 12 may 2023-cü ildə axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Kəlbəcər istiqamətində şəhid olub.[23] Qəbələ şəhərində dəfn edilib.
21.
Orucov Vüsal Xeybalı
Əsgər
Orucov Vüsal Xeybalı oğlu 15.02.2005-ci ildə Qusar rayonunda (Suvacal) doğulub. Orta təhsilli. Subay. Aprel 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 30 sentyabr 2023-cü ildə günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Kut yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olub.[24] Qusar rayonunda (Suvacal) dəfn edilib.
  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Azərbaycanın Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2022-10-10. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  5. 1 2 3 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Azərbaycanın Müdafiə Nazirliyi. "Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  7. 1 2 3 4 5 6 7 8 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. 1 2 3 4 5 6 7 Azərbaycanın Müdafiə Nazirliyi. "Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  10. 1 2 3 4 5 6 7 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  12. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  13. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  14. Azərbaycanın Müdafiə Nazirliyi. "Hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  15. Azərbaycanın Müdafiə Nazirliyi. "Hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  16. Azərbaycanın Müdafiə Nazirliyi. "Hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  17. Azərbaycanın Müdafiə Nazirliyi. "Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2022-10-10. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  18. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. 1 2 Azərbaycanın Müdafiə Nazirliyi. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar". www.mod.gov.az (az.). 2022-10-10. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  20. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. 1 2 3 Azərbaycanın Müdafiə Nazirliyi. "Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  22. Azərbaycanın Müdafiə Nazirliyi. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  23. Azərbaycanın Müdafiə Nazirliyi. "Hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.
  24. Azərbaycanın Müdafiə Nazirliyi. "Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub". www.mod.gov.az (az.). 2022-10-10. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2022.