Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəmsulla Əliyev
Əliyev Şəmsulla Feyzulla oğlu (4 (17) aprel 1915, Dərbənd, Dağıstan vilayəti – 19 noyabr 1943, Kerç, Krım MSSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir. Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi. 1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. == İstinadlar == == Mənbə == 9may.az. Qəhrəmanlar.
Həmdulla Abdullayev
Həmdulla Aslan oğlu Abdullayev (19 mart 1994; Bəhrəmtəpə, İmişli rayonu — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə K. Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmdulla Aslanov
Həmdulla Aslanov (tam adı:Həmdulla İsrafil oğlu Aslanov; 16 fevral 1950, Şamaxı rayonu) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin müdiri. [1] [2] == Həyatı == Aslanov Həmdulla İsrafil oğlu, Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsi üzrə mütəxəssis, 16 fevral 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspiranturanı bitirmiş və 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə "Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması (01.01.01)" mövzusunda namizədlik, 1996-cı ildə "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimptotikası" mövzusunda doktorluq dissertasi müdafiə etmişdir. O, əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən qanlı hadisələrlə əlaqədar olaraq Stepanakert Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmış və o, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik insitutunun "Ali riyaziyyat" kafedrasına dosent vəziəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının professoru vəzifəsinə seçilmişdir. Professor Həmidulla Aslanov 170-elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik disserasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktranta elmi rəhbərlik edir.2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçidir.2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Funksional analiz" şöbəsinin müdiridir.
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (d. 15 iyun 1962; Quba, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. == Həyatı == Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. == Həyatı == Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdulla əfəndi Əfəndiyev
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi məşhur alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirmiş (1906), ərəb, fars və rus dillərini öyrənmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Həmdulla əfəndi Əfəndizadə
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi məşhur alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirmiş (1906), ərəb, fars və rus dillərini öyrənmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Sehrulla Quliyev
Sehrulla Xeyrulla oğlu Quliyev (2 oktyabr 1999; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sehrulla Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işdə çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. == Həyatı == 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. == Fəaliyyəti == Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Seyfulla Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti. == Həyatı == Seyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür. Çingiz Mustafayevin qardaşıdır. Vahid Naxışın qardaşıdır. Fuad Mustafayevin oğludur.
Seyfulla Qasımov
Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu‎) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır. 2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir. === Vəfatı === 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.
Seyfulla Qurbanov
Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi. == Həyatı == Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur. 1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). == Həyatı == Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. == Mükafatları == "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. == Əsərləri == === Kitabları === "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) == Mənbə == Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. == Həyatı == Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. == Fəaliyyəti == Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Şeyxulla Çanbarisov
Şeyxulla Habibulloviç Çanbarisov (9 may 1916 – 4 oktyabr 1996, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, siyasətçi, hərbçi, professor. Ufa Rektorları Şurasının başçısı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının lideri olan Çanbarisov Ufanın millət vəkilliyini də etmişdir. == Həyatı == Şeyxulla Çanbarisov 22 may 1916-cı ildə Büzdek bölgəsinə bağlı Büzdek kəndində kasıb ailədə dünyaya gəlmişdir. Kənd şurası başqanlığı edən atası müxtəlif Sovet vəzifələrini icra etsə də, spirtli içki qəbul etdiyi üçün ailəvi və siyasi problemlər yaşadı. Böyümə illərində anasının Şeyxullaya təsiri böyük olmuşdur. 1929-cu ildə ibtidai məktəbi bitirmişdir. Ardından Novo-Kulevo kəndində toplu əkinçilik məktəbinə girdi və 1932-ci ildə məzun oldu. 1920-ci ildə Komsomola qatıldı və Komsomolun yerli orqanının katibi seçildi. Məzun olduqdan sonra Komsomol Bysdyak bölgə komitəsinə təhsil nümayəndəsi olaraq təyin edildi və eyni zamanda bölgə komitəsi katibi olaraq çalışdı. Şeyxulla Çanbarisov 4 oktyabr 1996-cı ildə Ufada həyatını itirmişdir.
Seyfulla Əsədullayev
Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas. == Həyatı == Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır. 1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011).
Seyfulla mirzə Qovanlı-Qacar
Seyfulla mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (6 mart 1864, Şuşa və ya Tiflis – 29 iyul 1926, Bakı) — Çar ordusunun polkovniki. == Həyatı == Bəhmən mirzənin oğlu Seyfulla mirzə 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis ədadiyə məktəbinin tam kursunu bitirmişdi. 1886-cı il avqustun 30-da isə Tiflisdəki birinci dərəcəli yunkerlər məktəbini qurtaran podporuçik Seyfulla mirzə 152-ci Vlаdiqаfqаz alayında hərbi xidmətə başlamışdı. Rusiyanın müxtəlif şəhərlərində, süvari diviziyalarındakı əla xidmətinə görə həmişə fərqlənmişdi. Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay кomandiri olmuşdur. Ivanoqorod şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdı.1916-cı ildə polkovnik rütbəsi almışdı. Azərbaycan Demokratik Respublikası dönəmində milli orduda zabit olmuşdu. Sovet dönəmində , 1920-ci ildən 1921-ci ilədək konvoy nizami hissəsinin rəisi vəzifəsini icra etmişdi. Keçmişinə görə işdən çıxarmışdılar.