Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru.
Seyfulla Əkbərov | |
---|---|
1951 – 1963 | |
Əvvəlki | Adil Babayev |
Sonrakı | Qambay Məmmədov |
1951 – 1959 | |
Əvvəlki | İbadulla Qarəhmədov |
Sonrakı | Fətəli Fətəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Vəfat tarixi | 1995 |
Fəaliyyəti | siyasətçi |
Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib. S.Əkbərov 1976-1980-ci illərdə keçmiş Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, keçmiş Azərbaycan SSR Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilib. 1985-1987-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə S.Əkbərov “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. S.Əkbərov 1995-ci ildə vəfat edib.