Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fatih Əmirxan
Fatih Əmirxan - əsil adı isə Muhəmmədfatih Zarif oğlu Əmirxanovdur. Tatar dilində isə adı tatar. Fatıyx Əmirxan-dır. O, 1 yanvar 1886 Kazanda anadan olub və 9 mart 1926 həmin şəhərdə rəhmətə gedib. Fatih Əmirxan Tatarıstanın məşhur yazıçısı və publisistidir == Tərcümeyi-halı == Fatih Əmirxan 1 yanvar 1886-cı ildə Yeni Tatar kəndində anadan olub. Onun atası "İske Taş" məscidinin imamı idi. Yazıçı ö dövr üçün məşhur olan medresede təhsil almışdır. 1905-1907-ci illərdə Moskvada çap olunan "Tərbiyə-ətfal" (Cavanları maarifləndirək) qəzetinin baş katibi olmuşdur. 1907-ci ildə o Kazanda gündəlik qəzet olan "EL-İslax" nəşr elətdirir. 1909-cu ildə tatar dilində bir çox kiablarının tərcüməsi ilə məşğul olur.
Əmirxan Babayev
Əmirxan Mirilham oğlu Babayev (28 noyabr 1998, Yeni Suraxanı – 18 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır. == Hərbi xidməti == 18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Fəallığına görə fərqlənən Əmirxan, 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.
Əmirxan Xəlilov
Əmirxan Xəlilov — professor. == Həyatı == 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır == Təhsili elmi dərəcə və adları == 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır == Əmək fəaliyyəti == 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur. 170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. 3 elmlər namizədi yetişdirmişdir. Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır. == Tədqiqat sahəsi == Filologiya, tənqid və ədəbiyyatşünaslıq == Beynəlxalq seminar və simpoziumlarda iştirakı == Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir == Seçilmiş əsərləri == "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası" == Kitablar == "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı.
Əmirxan türbəsi
Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir. == Coğrafi mövqeyi == Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır. == Memarlıq quruluşu == Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur.
Əmirxanlı
Əmirxanlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Kəndlər Əmirxanlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Əmirxanlı (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd.
Həbibulla Əmirxanov
Həbibulla Əmirxanov İbrahim oğlu (d.7 may 1907-ci il, Dağıstan - ö. 1986-cı il ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmlər doktoru (1942), professor, Azərbaycan EA-nın həqiqi üzvü (1949), SSRİ EA -nın müxbir üzvü (1972). == Həyatı == Həbibulla İbrahim oğlu Əmirxanov 7 may 1907-ci ildə Dağıstanın Korod kəndində anadan olmuşdur. 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Həbibulla Əmirxanov universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Fizika kafedrasında işə başlamışdır. O, həmçinin SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır. Həbibulla Əmirxanov 1935-ci ildə yaradılmış SSRİ EA-nın Azər­baycan filialının fizika sektorunun rəh­bə­ri vəzifəsini icra etmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru kimi fəaliyyət göstərmişdir. 1950-ci ildə Dağıstana köçən Həbibulla Əmirxanov SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri olaraq çalışmış, həmçinin SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı, o, Azərbaycan Sənaye İnstitutunun fizika kafed­rasının müdiri kimi fəaliyyət göstərmişdir.
Əmirxanlı (Pərsabad)
Əmirxanlı (fars. اميرخانلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (25 ailə).
Əmirxanlı (Zəngilan)
Əmirxanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əmirxanlı kəndinin keçmış adı Püşənli olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Püşənli tayfasına mənsub Əmirxan adlı bir nəfər salmışdır. Əslində, əmirxanlı Şahsevən tayfa ittifaqına daxil olan tayfalardan birinin adı olub. Dəvəçi rayonu ərazisində də bu ad qeydə alınmışdır. Etnotoponimdir.
Əmirxanlı (Şabran)
Əmirxanlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Əmirxanlı Dəvəçi rayonu-nun Əmirxanlı (keçmiş Şıxlı) inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin Şimal ətəyindədir. Etnotoponimdir. Oykonim "yuxarı Əmirxanlı kəndi" deməkdir. == Əhalisi == Kəndin əhalisi 1.382 (2009) nəfər təşkil edir.
Əmirxanlı bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
Əmircan
Əmircan (Qax) — Azərbaycanın Qax rayonunda kənd Əmircan (Suraxanı) — Bakının Suraxanı rayonunda qəsəbə.
Əmirvan
Əmirvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == B.e.ə ikinci əsrdə kənd əvvəllər albanların yasayış məskəni olmuşdur. Hazırda da qədim yaşayışın nümunələri ilə rastlaşmaq mümkündür. Daha sonralar burada ermənilər kompakt şəklində məskunlaşmışlar. XIX əsrin sonları XX əsrin əvvələrində qoyunçuluqla məşğul olan bir qrup Leqlər (Indiki Dağıstan-lı Ləzgilər) Böyük Qafqaz dağlarını aşaraq buralara qədər gəlmişlər. Yaşamaq üçün əlverişli şəraitin olmasından dolayı Əmirvanda az bir müddətlik yaşamağa qərar verirlər. Lakin müəyyən vaxtdan sonra sərhədlərin müəyyənləşməsi nəticəsində Əmirvanda məskunlaşırlar. Ləzgilər burada yaşayan zaman ermənilərində yaşayışı davam edirdi. Amma sonra ermənilər Azərbaycan ərazisini tərk etdiklərinə görə indi kəndin əhalisini bütünlüklə ləzgilər təşkil edir. == Toponimikası == Əmirvan oyk, mür.
Arsen Əmiryan
Arsen Əmiryan (erm. Արսեն Ամիրյան; 10 noyabr 1881, Bakı – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında "Bakı fəhləsi" qəzetinin redaktoru Arsen Əmiryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Fuad Əmircan
Fuad Əmircan — Azərbaycan legionerlərindən biri. == Həyatı == Fuad Əmircan Şəkidə anadan olmuşdur. Qalatasaray Litseyində oxuyub. Prof.Dr Belma Emircanla ailə həyatı qurmuşdur. Bonnda vəfat etmişdir. Cənazəsi İstanbula gətirilib ailə qəbirstanlığına bastırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş Əbdüləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik ordularının gəlişi ilə 1923-cü ildə Türkiyəyə getmək məcburiyyətində qalır. İstanbulda Qalatasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F.Əmircan 1941-ci ildə "Təsviri Əfkar" qəzetinin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F.Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin "Azərbaycan", "Hücum" qəzetləri və "Milli Birlik" jurnalı nəşr edilir. F.Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir.
Əliyar Əmircan
Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Əmircan (Bakı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Əmircan (Qax)
Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Əmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir.
Əmircan (Suraxanı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Əmircan bələdiyyəsi
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Əmircan qəsəbəsi
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Əmircan Əmircanov
Əmircan Yunus oğlu Əmircanov (31 may 1938, Qaçağan, Marneuli rayonu – 12 mart 1996, Bakı) — Azərbaycan Respublikası dövlət xadimi, İqtisadiyyat Nazirinin səlahiyyətlərini icra edən. 1994-1996-cı illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 1-ci müavini. Azərbaycan Respublikasının "Əməkdar iqtisadçısı". == Həyatı == Əmircan Yunus oğlu Əmircanov 31 may 1938-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaçağan kənd 1 saylı orta məktəbini "Qızıl medal"la bitirdikdən sonra 1957-1960-cı illərdə Ə.Əmircanov SSRİ Hərbi Dəniz Donanmasının Sevastopol şəhərində yerləşən hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, 1960-1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alaraq "Xalq təsərrüfatının planlaşdırılması" ixtisasını fərqlənmə diplomu ilə, 1987-ci ildə isə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının İxtisasartırma İnstitutununda "Müasir idarəetmə metodları, istehsalın təşkili və planlaşdırılması" ixtisası üzrə tam kursu da müvəffəqiyyətlə bitirmişdir. == Təhsili == == Dövlət xadimi == Ə.Əmircanov əmək fəaliyyətinə 1964-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamış, 1964-1969-cu illərdə isə Azərbaycan SSR Ali Partiya Məktəbinin İqtisadiyyat kafedrasında kabinet müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildən başlayaraq ömrünün sonuna qədər Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Belə ki, Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində olan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun 1969-1971-ci ilərdə Elmi katibi, 1971-1973-cü illərdə Uzunmüddətli planlaşdırma və iqtisadi proqnozlaşdırmanın ümumi problemləri və metodologiyası şöbəsinin müdir müavini, 1973-1978-ci ilərdə isə həmin şöbənin müdiri vəzifələrində isləmişdir. Bundan sonra o, Dövlət Plan Komitəsinin mərkəzi aparatına dəvət edilərək daha yüksək vəzifələrdə ölkəsinə layiqincə xidmət etmişdir.
Əmirvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (Suraxanı)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (dəqiqləşdirmə)
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu. == Həyatı == Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu. Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.
Emirhan İlkhan
Emirhan İlkhan (1 iyun 2004, Bakırköy, İstanbul ili) — yarımmüdafiə xəttində çıxış edən türk futbolçudur . O, A Seriyasının komandalarından biri olan Turində oynayır.
Emirhan İlxan
Emirhan İlkhan (1 iyun 2004, Bakırköy, İstanbul ili) — yarımmüdafiə xəttində çıxış edən türk futbolçudur . O, A Seriyasının komandalarından biri olan Turində oynayır.
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. == Tarixi == Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. == Həyatı == Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. == Siyasi fəaliyyəti == 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Əmirvar
Əmirvar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Əmir" (şəxsi ad) və "var" (yer) sözlərindən düzəlib, "Əmirdə var" mənasındadır. Belə güman edilir ki, kəndin ərazisində əvvəllər Əmir adlı şəxsin buğda dəyirmanı varmış, ətraf yerlərdən buğda lazım olanlara "Əmirdə buğda var- Əmirdə var- Əmirvar" olarlaq təkmilləşib. sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Hafiz Kazım oğlu Qasımov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əmirvar kənd kitabxana filialı, Əmirvar kənd Mədəniyyət Evi, Əmirvar kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Əmirvar kənd H. Qasımov adına tam orta məktəb və Əmirvar -Əhmədli kənd ümumi orta məktəbləri fəaliyyət göstərir. 2013-cü ildə ərazidə fəaliyyət göstərən məktəblərin hər ikisi yeni tikilərək istifadəyə verilib.
Əmirxiz
Əmirxiz məhəlləsi və ya Əmrəqız məhəlləsi—Təbriz şəhərinin şimal-qərbində böyük məhəllələrindən biri. Səttar xanın ailəsi öz doğma kəndindən qovulduqdan sonra, Təbrizə, Əmirxizdə yaşayan dayısı Kərbəlayi Xəlilin evinə pənah gətirmişdilər. Məşrutə inqilabı 1905–1911 vaxtı burada, Səttarxanın başçılıq etdiyi "Əncüməni-həqiqət" inqilabı klubu yerləşirdi. == Tarixi == Bəzi bilgilərə görə məhəllənin banisi Təbriz bəylərbəyi Əmir xan Türkman olub.
Temirxan-Şura dairəsi
Temirxan-Şura dairəsi (rus. Темир-Хан-Шуринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1867–1922-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Temirxan-Şura şəhəri idi.
Amiran
Amiran Qamğrelidze – gürcü həkim. Cehel Amiran (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Cehel Amiran (Cəng Almaz) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.