Əmirvan

ƏmirvanAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Əmirvan
40°49′51″ şm. e. 47°53′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 695 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3615[1]
Xəritəni göstər/gizlə
Əmirvan xəritədə
Əmirvan
Əmirvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

B.e.ə ikinci əsrdə kənd əvvəllər albanların yasayış məskəni olmuşdur. Hazırda da qədim yaşayışın nümunələri ilə rastlaşmaq mümkündür. Daha sonralar burada ermənilər kompakt şəklində məskunlaşmışlar. XIX əsrin sonları XX əsrin əvvələrində qoyunçuluqla məşğul olan bir qrup Leqlər (Indiki Dağıstan-lı Ləzgilər) Böyük Qafqaz dağlarını aşaraq buralara qədər gəlmişlər. Yaşamaq üçün əlverişli şəraitin olmasından dolayı Əmirvanda az bir müddətlik yaşamağa qərar verirlər. Lakin müəyyən vaxtdan sonra sərhədlərin müəyyənləşməsi nəticəsində Əmirvanda məskunlaşırlar. Ləzgilər burada yaşayan zaman ermənilərində yaşayışı davam edirdi. Amma sonra ermənilər Azərbaycan ərazisini tərk etdiklərinə görə indi kəndin əhalisini bütünlüklə ləzgilər təşkil edir.

Əmirvan oyk, mür. Qəbələ rayonunun Məlikli inzibati ərazi vahidindədə kənd. QaraçayGöyçay çaylarının sahilindədir. Oykonim Əmir (ş.a.) və van (burada "səs, yer" mənasındadır) komponentlərindən düzəlib, "Əmirin səsi" deməkdir.[2] Bir digər fərziyyə də odur ki, "-van" sözü qədim Albaniya dövlətindən işlədilmiş sözdür hansı ki, "-stan" sözü ilə oxşar mənalıdır.Azərbaycanın bir neçə kənd,şəhər adlarında "-van" sözünə rast gəlmək olar, misal üçün: Naxçı-van,İrə-van,Əmir-van,Qəmər-van.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Əmirvan kəndi təxminən dəniz səviyəsindən 712 metr yüksəklikdə yerləşir. Əmirvan kəndi İsmayıllı rayonunu Vəng kəndindən ayıran, sərhəd rolunu oynayan Göyçay çayının sağ sahilində yerləşir. Əsasən meşəlik və dağlıq ərazidən ibarət olan Əmirvan kəndi gözəl və zəngin təbiətə malikdir. Meşələrində müxtəlif növde ağaclar (Qoz, fındıq, zoğal, vələs, palıd ve s.) heyvanlar aləmi də müxtəlifliyi ilə zəngindir (ayı, canavar, qaban, vaşaq, cuhur, dovşan və s.). Əsasən küləksiz, mülayim hava şəraitinə malikdir.Lakin axır vaxtlar meşənin ərazisi kiçilmişdir

1863-cü il Şəki qəzasının Qəbələ sahəsinin kameral təsvirinə əsasən Əmirvan kəndində 101 təsərrüfatda 741 nəfər əhali yaşayırdı ki, onların da 398 nəfərini kişilər, 343 nəfərini isə qadınlar təşkil edirdi.[3]

Hazırda əhalisi 1600 nəfərdir. Kəndin əhalisi ləzgidir,Dağıstanın quruş kəndindən köçmüşdür.

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmirvan kəndinin əhalisi heyvandarlıqla məşğul olur(qoyun,inək,keçi). Heyvandarlıqla yanaşı Əmirvan kəndinin əhalisi əkinçiliklə də məşğul olur(buğda,vələmir,kartof,dəmyə soğan).

  • Əmirvan kəndində iki məktəb hal-hazırda bir ibtidai və bir 11 illik Yadigar Veliyev adina orta məktəb fəaliyyət göstərir.
  • Şeşber baba piri, Məscid, qedim Alban qəbiristanlığı və kəndin sağ yamacında sıldırım qayaların arasında gizlənmək üçün nəzərdə tutulmuş mağara tipli oyuqlar var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.83