Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əmircan | |
---|---|
41°25′43″ şm. e. 46°51′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir. Dövlət tərəfindən təsdiq olunan əmirhac vəzifəsinin sahibi Məkkəyə ziyarətə gedənlərə başçılıq edərmiş; 2. Qax r-nunun Muğal i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrə aid mənbələrdə Əmircanlı variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XVIII əsrdə İlisu və Sarıbaş kəndlərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əmircanlı orada məskunlaşmış bir nəslin adıdır.[1]
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |