Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
HƏP
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. == Haqqında == Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib.[mənbə göstərin] Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib.[mənbə göstərin] Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir.[mənbə göstərin] Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür. Əli İnsanov yekdilliklə sədr seçilmişdir. Həmçinin konfransda 15 nəfərdən ibarət İdarə Heyəti də seçilmişdir. Bəxtiyar Vahabzadənın oğlu İsfəndiyar Vahabzadə və Zəminə Dünyamalıyeva yekdilliklə sədrin müavini seçilmişdir.[mənbə göstərin] 4 mart 2020-ci il tarixində Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında Elşən Bayramlı partiyanın Mərkəzi Aparatının rəhbəri, Sevinc Sadıqlı Mərkəzi Təftiş Komisiyasının sədri vəzifəsinə seçilmişdir.[mənbə göstərin] 12 iyun 2020-ci ildə Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında sabiq prezident Əbülfəz Elçibəyin sabiq müavini, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Xətai rayonunun sabiq icra başçısı, Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli partiyaya üzv seçilmiş, Haqq Ədalət Partiyası Ali Məclisinin sədri və İH-nin üzvü seçilmişdir.[mənbə göstərin] 18 iyun 2020-ci ildə İH iclasında sabiq xarici iqtisadiyyat naziri Qüdrət Quliyev partiya üzvü qəbul olunmuş və Haqq Ədalət Partiyası sədrinin müavini seçilmişdir.[mənbə göstərin] 15 oktyabr 2021-ci il tarixində Haqq Ədalət Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Haqq Ədalət Partiyası İdarə Heyətinin 30 oktyabr 2021-ci il tarixində keçirilən iclasında 5 aydan artıqdır partiya fəaliyyəti göstərməyən və xaricdə olan Zəminə Dünyamalıyeva səs çoxluğu ilə İdarə Heyətinin üzvlüyündən, sədr müavinliyindən və partiya sıralarından ixrac olunmuşdur.
NEC
NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur. NEC "Sumitomo Group"un üzvüdür. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur, lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır. Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir.
NTP
NTP(ing. Network Time Protocol) ― dəyişkən gecikmə şəbəkələrindən istifadə edərək kompüterin daxili saatını sinxronizasiya etmək üçün istifadə olunan bir şəbəkə protokolu. Protokol 1985-ci ildə Delaver Universitetinin professoru David L. Mills tərəfindən hazırlanmışdır. 2015-ci il versiyası NTPv4-dür. Marzullo alqoritminə əsaslanan NTP, iş üçün UDP protokolundan istifadə edir və ötürmə vaxtını nəzərə alır. NTP sistemi ötürücü mühitdə gecikmə dəyişikliklərinə son dərəcə davamlıdır. 4-cü versiyada İnternet vasitəsilə işləyərkən 10 ms (1/100 s), yerli şəbəkələrin daxilində isə 0,2 ms (1/5000 s) və daha yaxşı nəticə əldə edə bilir. Ən geniş tətbiq olunan NTP protokolu serverlərin dəqiq vaxt sinxronizasiyası üçündür. Microsoft Windows əməliyyat sistemi ailəsində bu W32Time-dır, Linux əməliyyat sistemi ailəsindəisə Ntpd demon və ya chronyd-dır. Bu alqoritmin daha sadə tətbiqi SNTP, sadə bir şəbəkə vaxt protokolu olaraq bilinir.
Nef
Nef bir bazilika kilsəsinin mərkəzi dəhlizi və ya bir kilsənin arxa divarı ilə kəsişməsinin ən uc nöqtəsi arasında olan əsas gövdəsi və dəhlizdəki transept adlanan çarpaz nefdir. Bu ruhban təbəqəsindən olmayan xristianlar (laika) tərəfindən əldə edilə bilən kilsə ərazisidir.
Neo-
Neo- – Yunanca "neos" sözündən yaranıb. Yunancadan tərcümədə "yeni" mənasını verən söz qoşulduğu sözə "yeni" mənasını qatır. Nümunələr: Neapol – Yunancadan tərcümədə "Yeni şəhər" deməkdir. Neologizm – yeni yaranmış sözlər. Neon – yeni kəşf olunmuş (1898) təsirsiz qaz.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. == Söz açımı == == Tarixçə == Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: == Növləri == XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Nlp
Neyrolinqvistik proqlamlaşdırma (Həmçinin Neyro-linqvistik proqlamlaşdırma, NLP; ing. Neuro-linguistic programming) — Akademik icma tərəfindən tanınmayan psixoterapiya və praktiki psixologiya istiqaməti hər hansı bir sahədə müvəffəqiyyət qazanmış insanların sözlü və qeyri-şifahi davranışlarını modelləşdirmə (kopyalamaq) texnikasına və söz, göz, bədən və yaddaş hərəkətləri arasındakı bir sıra əlaqələrə əsaslanır. = Haqqında = NLP (Neyrolinqvistik proqramlaşdırma) ağıl nəzarət üsulu kimi tanınan bütün problemlərin öhdəsindən gələ bilən bir tətbiqdir. Şəxsi bacarıq və qabiliyyətləri ortaya çıxarmaq və gücləndirmək üçün istifadə olunan NLP, qavrayış, duyğu, düşüncə və davranış proseslərini konstruktiv şəkildə inkişaf etdirmək üçün istifadə olunan bir sıra metodları özündə birləşdirir. NLP dərhal tətbiq oluna bilən çox təsirli texnikaları özündə cəmləşdirən çox sadə proqramlaşdırma üsuludur. Bu üsullar Kibernetika, Psixologiya, Filologiya və Nevrologiya kimi elmlərin işığında işlənib hazırlanmışdır. Bundan əlavə, bu üsullar təhsil, sağlamlıq, ailə, idarəetmə, satış və idman elmlərində uğurla istifadə olunur. İnsanların ətraf mühiti və onların reaksiyaları, ünsiyyət nümunələri və davranış nümunələri haqqında araşdırmalar NLP infrastrukturunu təşkil edir. Bu tədqiqatlar nəticəsində əldə edilən və inkişaf etdirilən texnika və üsullar insanların ünsiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur və həll yolları və məqsədlərin tapılması prosesində də uğurla istifadə olunur. NLP (Neuro Linguistic Programming) tərkibindəki sözlərin ilk hərflərindən ibarətdir.
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
.NET Framework
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Airliners.net
Airliners.net — 1997-ci ildə Johan Lundgren (Johan Lundgren) tərəfindən təsis edilən Aviasiya haqqında Sayt. Böyük foto qalereya, forumlar, təyyarələr haqqında məqalələr və aviasiya tarixi daxildir. == Qalereya == Saytın foto qalereyası 2006-cı ildə bir milyon, 2012-ci ilin iyun ayında isə iki milyona çatdı. Fotolarda təyyarə, aviaşirkət, yerləşmə yeri və s. barədə müxtəlif məlumatlar var. Bu məlumatlar şəkilləri axtararkən istifadə edilə bilər. Sayta göndərilən şəkillər dərcə qəbul olunmazdan əvvəl saytın redaktorları tərəfindən təsdiqlənməlidir ki, bu da materialın yüksək keyfiyyətini təmin etməyə kömək edir . Bir qayda olaraq, saytdakı fotoşəkillər spotters-dən gəlir. == Forumlar == Airliners.net-dəki forumlar mülki və hərbi təyyarələr, həmçinin texniki hissələrə bölünür. 2013-cü ilin fevral ayına olan məlumata görə, forumlarda 160 minə yaxın insan qeydiyyata alındı və mülki aviasiya forumundakı yazıların sayı 5 milyonu keçdi.
Battle.net
Battle.net oyun qurucu Blizzard Entertainment tərəfindən 1996-da Bllizard oyunlarını yayımlamaq və onlayn dəstək vermək üçün açılan videooyun saytıdır. Funksiya olaraq Bllizard Entertainment tərəfindən onlayn olaraq yayımlanan oyunların oyunçu qeydiyyat əməliyyatı edilir. Edilən qeydiyyatlar yayımlanan oyunların girişi üçün istənilir. İlk olaraq 1996-cı ildə Diablo oyununda bu sistem istifadə edilmiş, daha sonra şirkətin digər oyunları izləmişdir. Sayt ən son olaraq Overwatch videooyunun onlayn oyunçu qeydiyyat sistemini və dəstəyini təmin etməkdədir. == Dəstək verdiyi oyunlar == Diablo StarCraft Warcraft II Diablo II Warcraft III StarCraft II: Wings of Liberty Hearthstone: Heroes of Warcraft World of Warcraft Diablo III Overwatch == Söhbət sistemi == Saytın dəstək verdiyi oyunlar içində xüsusi olaraq hazırlanmış bir söhbət sistemi vardır. Bu sistem battle.net vasitəsilə yayımlanan bütün oyunlarda oyunçuların bir-biriylə söhbət etməsini və eyni vaxtda fərqli Blizzard oyunları oynayan adamların bir-biriylə əlaqə qurmasını təmin edir.
Con Neş
Con Neş (ing. John Forbes Nash; 13 iyun 1928[…], Blufayld[d], Qərbi Virciniya – 23 may 2015[…], Monroe qəsəbəsi[d], Nyu Cersi) — amerikalı riyaziyyatçı və iqtisadçı. Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur. == Həyatı == Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu.
Lernu.net
Lernu! (və ya lernu.net) — esperanto dilini öyrənmək üçün beynəlxalq, pulsuz sayt. Saytda esperanto dili uzrə informasiya, çoxlu sayda kitab və dərsliklər var. Bundan başqa interaktiv təlimlər və imtahanlar, fleş-oyunlar, esperanto dilində hekayələr, qısa filmlərlə tanış olmaq, forumda müzakirələrə qoşulmaq olar. "Lernu" sözu esperanto dilindən "öyrən" kimi tərcümə olunur. Saytın Azərbaycan dilində versiyası da fəaliyyət göstərir. == Xarici keçidlər == (ru) Lernu!
Milli Net
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. == Tarixi == Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. == Əsas məqsədi == Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. == Qiymətləndirmə meyarları == Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Nea Eklezya
'Nea Eklezya (yun. Νέα Ἐκκλησία Azərbaycanca: 'Yeni Kilsə) — Bizans İmperatoru Makedoniyalı I Basileios tərəfindən 876 ilə 880-ci illər arasında Konstantinopolda inşa etdirilmiş bir kilsədir. Bizansın paytaxtında VI əsrdə inşa edilən Aya Sofyadan sonra inşa edilmiş ilk monumental kilsəyə. Bizans arxitekturasının orta çağının başlanğıcını işarə edən bu kilsə Palaiologos Xanədanı dövrünə qədər istifadə edilmişdir. Osmanlılar tərəfindən barıt anbarı olaraq istifadə edilən bu quruluş, 1490-ci ildə ildırım düşməsindən sonra təxrib olmuşdur. == Tarixi == İmperator I. Basileios, Bizans tarixinin ən müvəffəqiyyətli ailəsi olan Makedon Xanədanının qurucusudur. Basileios, özünü imperatorluğun yenidən qurucusu, yeni Yustinian adlandırmış və böyük qabaqcılı kimi Konstantinopolisdə böyük bir inşa hücumu başlatmışdır. Yeni Kilsə adının ilk sözü Nea, Basileiosun Aya Sofyasını və yeni bir dövrün başlanğıcını işarə edər. == Müqəddəs Əmanətlər == Daphne Sarayında olan Əziz Stefen Kilsəsi, Faroslu Bakirə qızın Kilsəsi ilə birlikdə Nea Eklezya, İmperatorluq sarayında olan müqəddəs əmanətlərin ana evsahiplerinden biriydi. Bunlar arasında peyğəmbər İlyasa aid köçün, üç mələyi qonaq etdiyi İbrahimin masası, Şamuelin Davudu müqəddəs yağ ilə yağlarken istifadə borusu və Böyük Konstantinin əmanətləri vardı.
Neo-Dada
Neo-Dada — dünyagörüşü münasibətlərindən fərqli olan müasir incəsənətin müxtəlif üslublarını, meyllərini və əsərlərini, tarixi dadaizmin üsulları və ya üsullarını canlandıran bir müddətdir. Neo-Dadaizm hərəkatı pop-artın ingilis və amerika sənətində ortaya çıxmasına təkan verdi. Avropa qitəsində "Yeni Realistlər" qrupunun sənətçilərinin, Fluksus hərəkatının nümayəndələrinin əsərlərində açıq yazışmalar görürük. Neo-Dada istiqamətində, incəsənətin inkar edilməsi mövqeyi, bədii əsərin gündəlik həyat obyekti ilə əvəz edilməsi və ya absurd hərəkətlə əvəz edilməsi "həyatda məhv etmək arzusu" aydın şəkildə ifadə edilmişdir. Termin amerikalı tənqidçi Barbara Rouz tərəfindən təqdim edildi.
Neo-Osmançılıq
Yeni Osmançılıq və ya Neoosmançılıq – Türkiyənin Osmanlı İmperiyasının dini, mədəni və siyasi irsini sahiblənməsi lazım olduğunu müdafiə edən bir ideologiya. == Tarixi == 1974-cü ildə Türk ordusunun Kiprə getdiyi və üçdə birini nəzarət altına alması ilə Türklərin adaya hücumlarından sonra yunanların ortaya atdığı bir nəzəriyyədir. Yeni Osmanlıçılıqdan xüsusilə Türkiyə Respublikası köhnə baş naziri Əhməd Davudoğlunun xarici siyasətinə bağlı bir ad olaraq ortaya çıxmışdır. Davutoğlu, bu məsələ qarşı Yeni Osmanlıçılıq kimi bir siyasətinin olmadığını bildirdi. Lakin "Dərin Strateji Dərinlikdə" adlı kitabında Davudoğlu Yeni Osmanlılığı Turqut Özalın xarici siyasəti ilə əlaqələndirir və bunu diplomatik bir yenilik adlandırır. Buna görə Davudoğlu bu termini özü qəbul etdi . == Yeni Osmanlılıq addımları == Turgut Özal hökumətinin izlədiyi siyasət Yeni Osmanlılığın ilk addımları olaraq şərh edilə bilər. 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu fikir yenidən gündəmə gəlmiş, 2009-cu ildə, Türkiyənin xarici siyasətinin arxasında duran ən nüfuzlu şəxslərdən biri olan Yeni Osmançılığın müdafiəçilərindən biri olan Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinin bu istiqamətdə gedəcəyi təəssüratı yaratdı. Əhməd Davudoğlu, İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura biləcəyini açıqlamışdır. Bundan başqa Davudoğlu, 25 Aprel 2011-ci ildə Çanaqqalada "Bizdən qoparılan Dünya bizimlə təkrar birləşsin.
Neo Tokyo
Neo Tokyo (azərb. Yeni Tokio‎), Yaponiyada tanınan adı ilə Meikyū Monogatari (迷宮物語, azərb. Labirint hekayələri‎) və ya bəzən Manie-Manie — 1987-ci ildə çəkilən elmi fantastika anime filmi. == İstinadlar == == Xarici keçidlər == Neo Tokyo (film) Anime News Network Ensiklopediyasında Neo Tokyo — Internet Movie Database saytında.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. == Haqqında == Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
New Game!
New Game! (ニューゲーム, Nyū Gēmu, azərb. Yeni oyun!‎) — Şotaro Tokuno tərəfindən hazırlanan yonkoma seriyası. 2013-cü ilin yanvarından Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında nəşr olunur. 4 iyul 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi Doga Kobo tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 11 iyul 2017-ci ildən ikinci mövsümü yayımlanır. 2017-ci ilin yanvarında 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır. == Məzmun == Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.
New Goblin
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
New Horizons
"Yeni üfüqlər" (ing. New Horizons), NASA tərəfindən hazırlanan bir insansız kosmos gəmidir. Cırtdan planet olan Pluton və peyklərinə uçuş edəcək ilk kosmos vasitəsidir. 19 yanvar 2006-cı ildə uğurla uçurulmuşdur. 28 fevral 2007, saat 5:43:40 Yupiterin yanından keçən New Horizonsın Günəş Sistemini tərk etmədən öncə iyul 2015-ci ildə Plutona ən yaxın nöqtədən keçərək planetin quruluşu və atmosferini təhlil etməsi gözlənilir. Bundan başqa, Plutonu kəş edən Clyde Tombaughun külünün bir hissəsi bu insansız kosmik gəminin içindədir. 2015 Aprel ayı etibarilə Yeni Üfüqlər gəmisi Plutonun ilə bağlı zəif keyfiyyətə malik şəkillər göndərmişdir. Yeni üfüqlər peyki NASA-nın rəsmi saytından tam zamanlı təhlil olunduğu kimi 14 iyul 2015-ci ildə Plutonun 12500 km məsafə uzaqdan şəkillər çəkib göndərəcəyi düşünülür. Görüntülər National Geographic Channeldan 14 iyul 2015 tarixində yayımlanacağı planlanmışdır.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.