Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya.
Haqq Ədalət Partiyası | |
---|---|
Sədri | Əli İnsanov |
Sədr müavinləri | İsa Sadıqov |
Quruluş tarixi | 25 yanvar 2020 |
Qeydiyyat tarixi | 15 oktyabr 2021 |
Baş qərargah | |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Rəngləri | Qırmızı-ağ |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | hap.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur.[2]
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib.[3]
Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib.[3]
Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir.[4]
Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür. Əli İnsanov yekdilliklə sədr seçilmişdir. Həmçinin konfransda 15 nəfərdən ibarət İdarə Heyəti də seçilmişdir. Bəxtiyar Vahabzadənın oğlu İsfəndiyar Vahabzadə və Zəminə Dünyamalıyeva yekdilliklə sədrin müavini seçilmişdir.[4]
4 mart 2020-ci il tarixində Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında Elşən Bayramlı partiyanın Mərkəzi Aparatının rəhbəri, Sevinc Sadıqlı Mərkəzi Təftiş Komisiyasının sədri vəzifəsinə seçilmişdir.
12 iyun 2020-ci ildə Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında sabiq prezident Əbülfəz Elçibəyin sabiq müavini, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Xətai rayonunun sabiq icra başçısı, Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli partiyaya üzv seçilmiş, Haqq Ədalət Partiyası Ali Məclisinin sədri və İH-nin üzvü seçilmişdir.[5]
18 iyun 2020-ci ildə İH iclasında sabiq xarici iqtisadiyyat naziri Qüdrət Quliyev partiya üzvü qəbul olunmuş və Haqq Ədalət Partiyası sədrinin müavini seçilmişdir.[6]
15 oktyabr 2021-ci il tarixində Haqq Ədalət Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.[7]
Haqq Ədalət Partiyası İdarə Heyətinin 30 oktyabr 2021-ci il tarixində keçirilən iclasında 5 aydan artıqdır partiya fəaliyyəti göstərməyən və xaricdə olan Zəminə Dünyamalıyeva səs çoxluğu ilə İdarə Heyətinin üzvlüyündən, sədr müavinliyindən və partiya sıralarından ixrac olunmuşdur.[8]
5 noyabr 2022-ci il tarixində Haqq Ədalət Partiyasının sədri Əli İnsanov prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyini açıqlamışdır.[9] Bu açıqlamanın ardınca 7 noyabr 2022-ci il tarixində partiyanın sədr müavinləri İsfəndiyar Vahabzadə, Qüdrət Quliyev və partiya sədrinin müşaviri Nuridə Hidayət partiyadan istefa verdiklərini elan etmişdirlər.[10]
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2024 |
Partiya sədri Əli İnsanovdur.