Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madonna (serviz)
Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu. Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev və İqor Vernikin memuarlarında xatırlanır. "Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi. == Dizayn xüsusiyyətləri == "Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir. Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi.
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent == Həyatı == Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Tofiq oğlu Balabəyov (14 iyun 1987; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi. Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Pərviz Bağırov
Pərviz Sadıq Saleh oğlu Bağırov (1950) — azərbaycanlı teatr sənətçisi. Pərviz Füzuli oğlu Bağırov (1994) — azərbaycanlı boksçu.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Pərviz Fərzəliyev
Pərviz Elçin oğlu Fərzəliyev (d. Quba, Azərbaycan - ö. 27 fevral 2017; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Pərviz Fərzəliyev Quba rayonunun Zizik kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Pərviz Fərzəliyev 2017-ci ildə, fevralın 27-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatını alan zaman şəhid olub. Fevralın 28-i isə Pərviz Fərzəliyev doğulduğu Quba rayonunun Zizik kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fərzəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Pərviz Gülmalıyev
Pərviz Zaur oğlu Gülmalıyev (10 may 1997; Bala Bəhmənli, Füzuli rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Pərviz Gülmalıyev 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. 2018-ci ildən Azpetrol MMC-də texniki inspektor vəzifəsində çalışırdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Gülmalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Pərviz Gülmalıyev 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Pərviz Heydərov
Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist. == Həyatı == 1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb. 1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir. İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib.
Pərviz Hüseynov
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. == Həyatı == == Mükafatları == Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Pərviz Həsənov
Pərviz Həsənov (idmançı) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü. Pərviz Həsənov (rejissor) — azərbaycanlı rejissor. Pərviz Həsənov (şəhid) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsinin şəhidi.
Pərviz Mahmud
Pərviz Mahmud (1910, Tehran – 1996) — Azərbaycan əsilli iranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur. == Həyatı == Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir. === Təhsili === Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır. == ABŞ-yə miqrasiyası == 1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır.
Pərviz Mahmudov
Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar. == Həyatı == 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. === Şəxsi həyatı === 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var. == Karyerası == Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur. 2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir. Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. == Həyatı == Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Pərviz Ələsgərov
Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Pərviz Əmiraslanov
Pərviz Əmiraslanov (Pərviz Arzuman oğlu Əmiraslanov; d. 28.07.1971, Tovuz rayonu, Sarıtala kəndi) — IAV GmbH şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. == Həyatı == Pərviz Əmiraslanov 28 iyul 1971-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə getmiş və həmin məktəbi 1988-ci ildə əla qiymətlərlə bitirdikdən sonra 98 N°-li Qovlar Qəsəbəsi Orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddət ərzində dəfələrlə fənn olimpiadalarında fəal iştirak etmişdir. Müxtəlif illərdə olimpiyada qalibi və zona üzrə 2-ci, 3-cü yerləri tutmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində universitet və respublika olimpiyadası qalibi olmuşdur. Oxuduğu müddət ərzində dəfələrlə fərqlənmiş, mükafatlara layiq görülmüş və Texniki Universitetin „Sərbəst Tələbə“ adını almışdır. Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsi üzrə keçirilən Tələbə Elmi Konfranslarında 3 il ardıcıl olaraq Elmi Katib kimi fəaliyyət göstərmişdir.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Sərgiz (Üşnəviyyə)
Sərgiz (fars. سرگيز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (75 ailə).
Sərtiz (Piranşəhr)
Sərtiz (fars. سرتيز‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (5 ailə).