Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqif Şahbazov
Aqif Hasif oğlu Şahbazov (10 mart 1991, Soltanabad, Saatlı, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqif Şahbazov 1991-ci il martın 10-da Saatlı rayonu Soltanabad kəndində dünyaya gəlib. 2009-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aqif Şahbazov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Aqif Şahbazov 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Saatlıda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Aqil
Aqil — Kişi adı.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
== Siyahı ==
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Akif Bəşirov Orduya könüllü yazılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib. Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında general-mayor Polad Həşimovun şəhid olmasından sonra Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Akif Yusifov
Akif Əli oğlu Yusifov (8 iyul 1948, Azərbaycan SSR, Qax rayonu, Almalı kəndi) — Şəki Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Akif Yusifov 1976-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmiş və həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının əsərlərində 200-dən artıq tamaşada müxtəlif maraqlı, yadda qalan obrazlar yaratmışdır. Bunlardan N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Xudaverdi bəy, Ə. Nesinin "Toros canavarı"nda Osman, M. Kərimin "Ay tutulan gecə" əsərində – Yalsı qul, N. İbsenin "Kuklalar evində" Doktor, E.de Filipponun "Ruhlar"ında Qastoni, X. Eçeqarayın "Mahir aradüzəldənlər" pyesində Don Xuan və sairə rollarını göstərmək olar. 1977-ci ildə Bolqar dramaturqu R. Stoyanovun "Ustalar", 1978-ci ildə Macar dramaturqu Ş. Petefinin "Pələng və Kaftar", 1980-ci ildə Alman dramaturqu B. Brextin "Arturo Uİ-nin karyerası",1981-ci ildə Çex dramaturqu K. Çapekin "Ağ xəstəlik",1982-ci ildə Rumın dramaturqu M. Sebastianın "Adsız ulduz" kimi festival tamaşalarında da A. Yusifov gözəl obrazlarla tamaşaçı rəğbəti qazanmışdır. == Mükafatları == 2001-ci ildə teatrın səhnəsində qoyulmuş Hidayət Orucovun "Məni qınamıyın" tamaşasında Redaktor roluna görə "Qızıl Dərviş" mükafatına almışdır. 27 may 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yük (film, 1995) Bir ovuc torpaq (film, 2009) Cavad xan (film, 2009) Yaddaş (film, 2010) Döngələr (teleserial, 2012) Qırmızı bağ (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Akif Çovdarov
Çovdarov Akif Teymurxan oğlu (28 avqust 1952, Marneuli rayonu) — keçmiş MTN-nin general-mayoru. == Həyatı == Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib. == Fəaliyyəti == Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. == Həbsi == Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.
Akif İbrahimov
Akif İbrahimov (azərb. Akif İsmayıl oğlu İbrahimov‎; 30 oktyabr 1952, Bakı) — riyaziyyatçı (tətbiqi rizaziyyat), fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Akif İsmayıl oğlu İbrahimov 30 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. === Ailəsi === Akademik İsmayıl İbrahimovun oğludur. === Təhsili === 1971–1976-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Moskvada SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Qubkin adına Neft İnstitutunun elmi işçisi, xarici neft şirkənin əməkdaşı olub. 2000-ci ildən Texas Ştatının universitetinin professorudur. Neft sənayesinə dair elmi əsərləri xarici ölkələrdə çap olunmuşdur.
Akif Həsənov
Akif Ənvər oğlu Həsənov (5 noyabr 1952, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının deputatı. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı. == Həyatı == Akif Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir. 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.
Akif İslamzadə
Akif Qədir oğlu İslamzadə (8 avqust 1948, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.
Akif Şahbazov
Akif Rəhim oğlu Şahbazov (15 dekabr 1957, Yuxarı Cürəli, Puşkin rayonu – 20 iyun 2023) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, dövlət qeydiyyatına alınmamış Açıq Cəmiyyət Partiyasının sədri (2007-2012). == Həyatı == 1957-ci il dekabrın 15-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Azərbaycan və rus dilini bilirdi. 20 iyun 2023-cü ildə Bakıda vəfat edib, doğulduğu Y. Cürəlidə dəfn edilib. Evlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olmuşdur. 1998-ci ildə Yeni Azərbaycan Partiyasından istefa edərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları ilə birgə Azərbaycan Demokrat Partiyasından ayrılmış, Açıq Cəmiyyət Partiyasının quruculuğunda iştirak edərək həmin partiyanın sədri seçilmişdir.
Akif Şahverdiyev
Akif Şahverdiyev (2 aprel 1959, İmişli rayonu – 2018, Bakı) — yazıçı, publisist. == Həyatı == 2 aprel 1959-cu il İmişli rayonunda fəhlə ailəsində anadan olub. 1 sentyabr 1966-cı il İmişlirayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 18 iyun 1967-ci il Atası Bəşir Əsədulla oğlu Şahverdiyev 42 yaşında xərçəng xəstəliyindən vəfat edib. 15 mart 1968-ci il Atasının vəfatından sonra ailəsi ilə birlikdə Beyləqan rayonuna köçmüçdür. 1 sentyabr 1968-ci ildə Beyləqan rayonundakı 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1971–1974-cü illərdə Rejissor Aqil Novruzovun Beyləqan rayon Xalq Teatrında tamaşaya qoyduğu "Nadir Şah", "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərində müxtəlif rolları ifa etmişdir. Fevral 1974-cü ildən Ümumtifaq Lelin Kommunist Gənclər İttifaqının (komsomolun) üzvü olub. Komsomol bileti N:18490104 1 sentyabr 1974-cü il Sumqayıt şəhər 49 saylı OTPM-ə daxil olub. Sentyabr 1974-cü il SSRİ Həmkarlar İttifaqına üzv qəbul olunub.Bilet N:00484410 1977-ci ildə Rejissor Ağalar Mehdiyevin Sumqayıt şəhər 49 saylı OTPM-də hazırladığı "Kamança " (C.Məmmədquluzadə) pyesində erməni Baxşı rolunu ifa etmiş, elə həmin il peşə məktəbləri arasında keçirilən ümumrespublika müsabiqəsində 1-ci yeri tutmuşdur.
Akif Əkbərov
Əkbərov Akif Abbas oğlu (2 fevral 1952, Balyand, Cəbrayıl rayonu – 5 avqust 1991, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Əliyev
Akif Əliyev (kimyaçı) — Kimyaçı, elektrokimya ixtisası üzrə kimya elmləri doktoru, professor. Akif Əliyev (şəhid) — şəhid. Akif Əliyev (geoloq) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
AGF
Azərbaycan Güləş Federasiyası
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məmmədov (alim)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Asif Şirəliyev (alim)
Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu) — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı. == Həyatı == Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci il tarixində 83 yaşında dünyasını dəyişmişdir. == Elmi fəaliyyəti == İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir. A.İ.Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir. == Mükafatları == O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur.
Vaqif Əliyev (alim)
Vaqif Məşədi oğlu Əliyev (16 dekabr 1945, Yevlax) — fizika-riyaziyyat elmləri doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Vaqif Məşədi oğlu 1945-ci il dekabr ayının 16-da Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Yevlax şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Sənaye və Neft Universiteti)nin kimya-texnoloğiya fakultəsinə daxil olmuş, 1969-cu ildə isə İnstitutu müvəffəqiyyətlə bitirmişdir. 1969-77-ci illərdə həmin İnstitutun “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1972-76-cı illərdə həmin İnstitutun aspirantı olmuş və 1980-cı ildə “ Yüksək molekullu birləşmələrin kimyası” ixtisası üzrə namizədlik dissertasiyası mydafiə etmişdir. Əliyev Vaqif müxtəlif illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (1979-83-cü illər) və Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda (1977-79 və 1988-94-cü illər) aparıcı mühəndis, böyük elmi işçi, bölmə müdiri vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur. O, 1983-88-ci illərdə isə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun (indiki Arxitektura və İnşaat Universiteti) Elmi Tədqiqat Bölməsində İnstitutda yerinə yetirilən dövlət büdcəsindən maliyyələşən və təsərrüfat hesablı elmi tədqiqat işlərinin effektliliyinin araşdırılması və istehsala tətbiqi üzrə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Əliyev Vaqif 1988-ci ildən məşğul olduğu elm sahəsini dəyişərək yuxarı temperaturlu ifratkeçirici materialların alınması, tədqiqi sahəsində AMEA-nın Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda, 1994-cü ildən isə Fizika İnstitutunda tədqiqat işləri yerinə yetirərək 2014-cü ildə fizika üzrə elmlər doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əsas elmi nailiyyətləri == Vaqif Əliyevin əsas elmi fəaliyyəti Y-Ba-Cu-O və Bi-Sr-Ca-Cu-O sistemli yuxarı temperaturlu ifratkeçirici (İK) materialların alınması və onların fiziki xassələrinin tədqiqi ilə bağlıdır. O, Y1-x(Tm, Nd, Cd)xBa2Cu3O7- (x=0÷1), Bi2-xPbxSr2CaCu2Oy, Bi2Sr2ZnCu2Ox İK nümunələrini sintez etmiş, onların fiziki xassələrini tədqiq etmiş və alınmış eksperimental nəticələri İK üçün mövcud olan nəzəriyyələr, o cümlədən fluktasiya keçiriciliyi nəzəri modelləri, əsasında şərh etmişdir.
Arif Quliyev (neftçi alim)
Arif Quliyev (Quliyev Arif Mehdi oğlu; d. 15.12.1933, Füzuli rayonu, Gecəgözlü kəndi) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Quliyev Arif Mehdi oğlu 1933-cü ildə Azərbaycanın Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Quliyev A.M. Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.
Arif Həsənov (Seysmoloq Alim)
Arif Həsən oğlu Həsənov (6 iyun 1939, Bakı – 24 yanvar 2008, Azərbaycan) — Azərbaycanlı; geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor == Həyatı == Arif Həsənov 1939-cu il iyun 6-da Bakı şəhərində böyük ictimai-siyasi xadim Həsən Məmməd oğlu Həsənovun ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakıda 160 saylı orta məktəb]i bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə bitirmişdir. Arif Həsənov seysmologiya və zəlzələnin proqnozu sahələrində görkəmli mütəxəssis və tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinə, seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı meхanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir. == Elmi fəaliyyəti == Arif Həsənov elmi fəaliyyətə 1961-ci ildə "Neft və qaz yataqlarının geokimyası" laboratoriyasında baş laborant kimi başlamışdır. Həmin ildən kiçik elmi işçi kimi "Aşağı Kür çökəkliyi Abşeron yarusunun neft-qaz yataqlarının öyrənilməsi" mövzusu ilə məşğul olmuşdur. 1967-ci ildə "Kürovdağ, Qarabağın, Babazənən sahələrində geoloji struktur və litofasial xüsusiyyətləri ilə əlaqədar neft və qazın Abşeron çöküntülərində yatım şəraiti" mövzusunda dissertasiya işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. A.H.Həsənov Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olmağa başlamışdır. Tədqiqatların nəticəsi Azərbaycan EA-nın elmi nəşrlərində, keçmiş SSRİ EA-nın mərkəzi nəşrlərində və xarici ölkələrdə dərc olunmuşdur. A.Həsənova 1991-ci ildə Respublikanın neftli-qazlı yataqlarının tədqiqatlarında olan xidmətlərinə görə "Azərbaycan SSR-nin neft və qaz sənayesinin əməkdar işçisi" Fəxri adı verilmişdir.
Adil Bağırov (alim)
Adil Bağırov — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. == Həyatı == Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.