Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osman Erbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Əli Erbaş
Əli Erbaş (türk. Ali Erbaş; 10 sentyabr 1961, Kabadüz, Ordu ili) — Türk akademik və Dəyanət İşləri Naziri. 12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var. == Həyat və fəaliyyəti == 1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. 1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur. === Dəyanət işləri üzrə rəhbər kimi === 2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi.
Ahmet Erbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Sabiha Gökçül Erbay
Ayşe Sabiha Gökçül Erbay (1908, Berqama, İzmir ili – 31 avqust 1998) — türk məktəb müəllimi, siyasətçi və Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Şəxsi həyatı == Ayşə Sabiha 1900-cü ildə Balıkəsirdə, Berqamada Əziz və həyat yoldaşı Nadirənin ailəsində anadan olub. Qız müəllim məktəbində (Darü’l-muallimât) təhsil alıb, daha sonra isə Ali müəllim məktəbində (Darü’l-muallimât-ı Âliye İhzarî) oxuyub və oranı 1919-cu ildə bitirib. Ayşe Sabiha 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gökçül" soyadını götürüb. Ayşe Sabiha Gökçül 1943-cü ildə Mustafa Ülvi Erbayla evlənmişdir. === Pedaqoloji fəaliyyəti === Pedaqoloji karyerasına 1919-cu il sentyabrın 19-da Ədirnədəki Qız Müəllim məktəbinə türk dili müəllimi təyin olunması ilə başlamışdır. Onun buradakı işi Osmanlı imperiyası dağılmaq üzrə ikən, 21 iyun 1920-ci ildə bitib. Erbay üç illik işsizlikdən sonra və Türkiyə Cümhuriyyətinin qurulması ilə yenidən karyerasına davam etmiş, 22 oktyabr 1923-cü ildə İzmirdəki Qız Müəllim Məktəbinə türk dili müəllimi təyin olunub. 1924-cü ilin fevral-oktyabr ayları arasında İzmirdəki Qızlar Liseyində pedaqogika müəllimi, eyni zamanda müdir müavini kimi işləyib. Daha sonra Adanada Qız Müəllim Məktəbinə müdir təyin olunub və burada həm də Türkiyə ədəbiyyatından dərs deyib.
Achillea erba-rotta
Achillea erba-rotta (lat. Achillea erba-rotta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Osman Ərbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Ərbab Cəmşid
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. == Məşrutə inqilabında rolu == Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir.
Ahmet Ərbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Arbat
Rusiya
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Anna Qrbaç
Anna Qrbaç (23 mart 1988, Riyeka) — xorvatiyalı qadın voleybolçu. Toppaylayıcı mövqeyində oynayır.
Arban (En)
Arban (fr. Arbent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3476 nəfər təşkil edirdi. == Coğrafiyası == Arban dəniz səviyyəsindən 565 m yüksəklikdə, Oyonna şəhərindən 5 km şimal-şərqdə, Ruisseau de Merdanson çayının sahilində, Yura dağlarında yerləşir. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı və meşə təsərrüfatı ilə məşğuldur. Oyonnanın yaxınlığı səbəbindən 80-ə yaxın müəssisə var, bunlardan ən böyüyü plastik və dəqiq mexanika istehsalıdır. Bələdiyyənin yaxşı nəqliyyat infrastrukturu var.
Arbat (Ermənistan)
Arbat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır.
Arbat (Miyanə)
Arbat (fars. ارباط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,744 nəfər yaşayır (417 ailə).
Arbat (Moskva)
Arbat — Moskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı. XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.
Arbat (Çaroymaq)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (14 ailə).
Arbaş (Askın)
Arbaş (rus. Арбашево, başq. Арбаш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Arbaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 75 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 139 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (75 %) üstünlük təşkil edir.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
EBay
eBay — internet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Elba
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Aleksandr Şerbak
Aleksandr Mixailoviç Şerbak (1926–2008) —Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Aleksandr Mixailoviç Şerbak 1928-ci ildə anadan olmuşdur. 1948-ci ildə Stavropol Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1952-ci ildə filologiya elmlər namizədi adını qazanmış, 1970-ci ildə filologiya elmlər doktoru olmuşdur. Şerbak doktorluq işində türk dialektlərinin müqayisəli fonetikası üzərində dayanmışdır. Bu sahədəki çalışmalarını "Sravnitel'naja fonetika tjurkskih jazykov" (1970) əsərinə toplamışdır. Şerbak əski uyğur dili və özbək dilinin tədqiqi sahəsində də bir sıra əsərlərin müəllifidir. "Oguz-näme", "Muxabbet-näme", "Pamjatniki drevneujgurskoj ı starouzbekskoj pis'mennosti", "GrammatiCeskij oierk jazyka tjurkskih tekstov X–XIII vv. iz Vostoönogo Turkestana", "Grammatika starouzbekskogo jazyka" və s əsərlərini buna misal olaraq göstərmək olar. Türk dialektlərində istifadə olunan e\ və çöl heyvanlarının adlarının tədqiqinə həsr olunmuş çalışması isə türkologiya elminin öyrənilməsinə dəyərli bir töhfədir.
Arbat (Üskü)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (112 ailə).
Bəxtiyar Ersay
Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə hərbi xadimi, general-polkovnik, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri. == Həyatı == Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub. Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb. Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb.
Cerdap I
Cerdap su anbarı (Cerdap-I) — Rumıniya və Serbiyada, Dunay çayı üzərində su anbarı. Cerdap Qərbi Avropada ən böyük su anbarlarından biridir. == Tarixi == 1969–71-ci illərdə doldurulmuşdur. == Sahəsi == Sahəsi 320 km2 , uzunluğu 230 km, həcmi 5 km3. == Xüsusiyyətləri == Energetika, gəmiçilik, daşqınlarla mübarizə və rekreasiya məqsədləri üçün istifadə olunur. Cerdap-I bəndinin aşağı byefində (80 km aşağıda) suyun səviyyəsini tənzimləmək məqsədilə 1984-cü ildə Cerdap-II bəndi və 2 km3 həcmində kompensasiyaedici su anbarı istismara verilmişdir.
Ərbil
Ərbil və ya Həvler — İraqda, Kürdüstan Regional Hökumətinin tərkibində şəhər. Dünyada ən qədim şəhərlərdən biri olduğu iddia olunur. == Tarixi == Şəhər şumerlər tərəfindən salınmışdır. Erbil tarixinin qədim daimi yaşayış şəhərlərindən biridir təklif edilmişdir. Ur olan Neo-Qədim hökmdarı Amar-Sin ikinci il Urbilum işdən. (1975 BC ətrafında) Ərbil 2000 ətrafında M. Ö. 608 BC qədər bir Asur şəhəri idi və fars, yunan, Parfiya, Roma və Sasani hakimiyyəti altında bir Assyria vilayətinin bir hissəsi qalmışdır. Bu fars idarə Assyria paytaxtı idi. Minilliyin dən sonra, orta imperiyası altında Cyaxares yəqin Nineveh ilə ələ. Fars imperatoru Cyrus da onların yardım üçün bir mükafat olaraq, Arbela və Kərkük ildə Sagarthians qədim İran qəbilənin insanları bir sıra həll ola bilər 547 BC böyük işğal Assyria və paytaxtı kimi Arbela Yaşlı fars Aθurā Assyria adlı bir Achaemenid satrapy yaradılmışdır. Makedoniyalı İsgəndər M. Ö. 331 İranlı Darius III məğlub olan Gaugamela Savaşı, yer təxminən 100 kilometr (62 mil) Ərbil qərb etmişdir.
Ərdaq
Ərdaq - İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Dəştabi bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,832 nəfər və 1,262 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == Mədəniyyət == Kilim Ərdaq şəhərinin ən önəmli əl işlərindən biri olaraq, bu şəhər öz naxışlı və davamlı kilimləri ilə də seçilir.
Ərsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Ərsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.