Ərsak

Arsak (erm. Արցախ[1]) və ya Orxistena (yun. Ὀρχιστηνή[2]) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antikorta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, CəbrayılŞuşa rayonlarının ərazisini əhatə etmişdir.

Tarixi Qafqaz Albaniyası əraziləri
Arsak
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Əhalisi Antik dövr: albanlar, qarqarlar.
Orta əsrlər:azərbaycanlılar, ermənilər.
Müasir dövr: azərbaycanlılar, ermənilər.
Xəritədə yeri
Arsak xəritədə
Arsak xəritədə
Arsak
Arsak

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi.

Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar.[3] E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının[4] Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın BizansSasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.

X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır. Həsən-Cəlal sülaləsinin idarə etdiyi Xaçın knyazlığı müxtəlif dövrlərdə Şəddadilər dövləti, Gürcüstan çarlığı, Azərbaycan Atabəyləri, Hülakülər, AğqoyunlularSəfəvilərdən vassal asılılığında olmuş, lakin varlığını XVI əsrə qədər davam etdirmişdir.

Yerləşməsi və adı

[redaktə | mənbəni redaktə et]

VII əsr mənbəsi olan Aşxaratsuytsa görə Arsak 12 əyalətə bölünürdü: Myus-Haband, Vaykunik, Berdadzor, Mets-Arank, Mets-Kvenk, Harçlank, Muxank, Piank, Parzkank, Sisakan-Voskan, Kust-i-Parnes və Kolt.[5] Lakin, bu vilayətlərin dəqiq yerləşmə sərhədləri bəlli deyil, həmçinin, sonrakı dövrlərə aid mənbələrdə onların bir çoxunun adı çəkilmir.[6] Bəzi mənbələrdə Arsakın vilayətlərinin sayı 13 və ya 14 olaraq qeyd edilir.[7]

Tarixi mənbələrdə Uti vilayəti ilə bağlı müxtəlif məlumatlar saxlanmışdır:

Strabon — e.ə. I əsr - b.e. I əsri:

" ...Favena, həmçinin Komisena və çoxlu sayda süvari ordu verən Orxistena da Ermənistan əyalətidir.[8] "

Ptolemey — B.e. I-II əsrlər:

" Böyük Ermənistan şimalda Kolxida, İberiya və Kiros çayı boyunca Albaniya ilə sərhədlənir.[9] "

Movses Xorenatsi — B.e. V-VI əsrlər:

" Bunun ardınca o, böyük və əzəmətli, əhalisi çox olan şimal-şərq diyarında, geniş düzənliyi kəsən Kür adlı böyük çay boyunca ərazilərə hökmdar təyin edir, müdriklik və ağıl işlərində birinci olan Aranı hakim elan edir. Lakin, Sisak insanları haqqında da bil, çünki, biz bu böyük və adlı-sanlı tayfanı birinci kitabda qeyd etməyi unutmuşuq - onlara Alvan düzənliyi - dağlara dağru uzanan, Erasx çayından Xnarakert adlandırılan qalaya kimi - miras qalmışdır. Ölkə isə onun "Alvaniya" adlandırıldı, çünki onu, xoş xasiyyətinə görə "alu" adlandırırdılar. Onun varislərindən biri, görkəmli və cənur Draya parfiyalı Valarşak tərəfindən hakim-on minbaşı təyin edildi. Deyirlər ki, utilər, Qardman knyazlığı sakinləri, savdeylərqarqarlar onun nəslindən gələnlərdir.[10] "

Moisey Kalankatlı — B.e. VII əsr:

" Və hər gün Tanrıya xidmətindən ilham alaraq o, müqəddəslərin xatirəsi üçün ibadət edirdi. Bundan sonra o (III Mömün Vaçaqan), istehkamları çox olan və hakimiyyəti altında olan Arsakın əhalisinə əmr etdi ki, onlar bütlərə ibadətdən, onlara qurban verməkdən və bütpərəst mərasimdən əl çəksinlər.[11] "
Dağlıq Qarabağ tarixi

Bu məqalələr ölkə seriyasındandır
Tarixdən əvvəlki dövr
Azıx mağarası
Şuşa mağarası
Xocalı-Gədəbəy mədəniyyəti
Qədim tarix
Arsak
Qafqaz Albaniyası
Orta əsrlər
Xaçın knyazlığı
Artsak krallığı
Müasir dövr
Xəmsə məliklikləri
Qarabağ bəylərbəyliyi
Qarabağ xanlığı
Gülüstan müqaviləsi
Yelizavetpol quberniyası
Azərbaycan-Ermənistan müharibəsi
Azərbaycan SSR
(Dağlıq Qarabağ Muxtar Vilayəti)
Hazırda
Qarabağ müharibəsi
Qondarma Dağlıq Qarabağ Respublikası

Dağlıq Qarabağ portalı
Tunc dövrünə aid Xocalı kurqanlarından aşkarlanmış üzərində mixi yazılarla Assuriya kralı III Adad-nirarinin adı yazılmış muncuq. Azərbaycan Tarix Muzeyi

Geğarkunik mərzinin Aşağı Zağalı kəndindən aşkarlanmış II Sardurinin (e.ə. VIII əsr) mixi yazılı Urartu kitabəsində Geqam gölünün cənub-şərqində Urtexe və ya Urtexini adlı ölkənin yerləşməsi xatırlanır: "Tanrı Haldi öz silahı ilə yürüşə çıxaraq Arkukini ölkəsinə qalib gəldi. Sarduri deyir: hücum edərək Arkukini ölkəsini işğal etdim. Urtexini ölkəsinə kimi çatdım."[12][13] Erməni tarixçilərinin fikrincə "Urtexini" adı, sonrakı dövrə aid yunan dilli mənbələrdə qeyd edilən "Orxistena" (yun. Ὀρχιστηνή) və qədim erməni dilli mənbələrdə qeyd edilən "Arsak" (erm. Արցախ) toponiminin prototipi ola bilər.[14][15]

Urartu mixi yazılarında Arsak ərazisində həm də Piruaini ölkəsi xatırlanır ki, tədqiqatçı A. Petrosyan bu ölkənin adını Het panteonundan az bilinən tanrılardan biri Pirva ilə əlaqələndirir.[16] Qarakilsə şəhəri ərazisindən aşkarlanmış Urartu hökmdarı II Argişti (e.ə. VIII-VII əsrlər) dövrünə aid mixi yazılı kitabədə xatırlanan Amuşa şəhərini, italyan urartuşünas Mario Salvini müasir Xankəndi şəhərinin yeri ilə lokallaşdırır.[17] Salvininin fikrincə, Qarakilsə kitabəsi Urartu sərhədlərinin müasir Qarabağ istiqamətinə genişləndiyini göstərir.[18]

E.ə. VI əsrdə ərazi Midiya dövlətinin daha sonra isə Əhəmənilər dövlətinin tərkibinə qatılmışdır.[19] E.ə. VII-VI əsrlərdə Arsak ərazisi Qafqazda skif çarlığı - İşkuzanın tərkibinə qatılmışdır.[20] Cənubi Qafqazda skiflərin məskunlaşdığı ərazilər cənub-şərqdə Midiya, cənubda Manna dövləti, qərbdə Urartu dövləti, şimalda isə, qədim mənbələrdə Çola kimi qeyd edilən, həmçinin qədim dövrlərdən "Qafqazın Qapısı" və ya Masqutlar ölkəsi adlandırılan ərazi ilə sərhədlənirdi.[21] Tədqiqatçıların ortaq fikrinə görə İşkuza ərazisi cənubda Urmiya gölünün şimalından başlamış, şimalda kür çayına kimi uzanmış, ehtimal ki, Mil düzünü də əhatə etmişdir.[22][23][24]

R. Hyusenin fikrincə Arsakın yerli əhalisi qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar.[25] A. Petrosyanın fikrincə Arsakın ilkin əhalisi arasında həm də hetluvi dillərinə yaxın dillərdə danışan tayfalar ola bilərdi.[26] E.ə. I əsrin sonları - b.e. I əsrin əvvəllərində əraziyə sakların axını baş verir.[21]

Movses Xorenatsi[10]Moisey Kalankatlının[27] verdiyi məlumata görə, e.ə. I əsrdə Parfiya hökmdarı I Vologez Arranı Araz çayından Xunan qalasına kimi geniş ərazinin hökmdarı təyin edir. Arran Arranşahlar sülaləsinin əsasını qoyur və Alban Arşakilərindən I Vaçaqan hakimiyyətə gələnə kimi bu sülalənin 34 hökmdarı Qafqaz Albaniyasında hökm sürmüşdür.[28]

Əksər tarixçilərin fikrinə görə Böyük Ermənistanın şərq sərhədləri e.ə. II əsrdə hökmdar I Artaşesin yürüşləri zamanı Kür çayına qədər genişləndirilmişdir. Bu zaman I Artaşes Araz sahillərində ermənilərin yaşadığı əraazilər[29], həmçinin Kür sahillərində albanlar, utilər, qarqarlar, savdeylər, saklar və digər tayfaların yaşadığı əraziləri ələ keçirmişdir.[30] Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu yürüşlərin həyata keçirildiyi zaman mərkəzləşdirilmiş alban dövləti mövcud deyildi və alban dövlətinin mərkəzləşdirilməsi e.ə. II əsrin sonları[31] və ya e.ə. I əsrin ortalarına[32] aid edilir.

IV əsrin 50-ci illərində Hökmdar Urnayrın rəhbərliyi ilə albanlar Kür çayının sağ sahilində bir sıra vilayətlərdə hakimiyyəti yenidən özlərinə qaytarırlar.[33] V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın verdiyi məlumata görə, qısa müddət sonra Böyük Ermənistan sparapeti Muşeq Mamikonyan qaytarılmış yürüş edərək yenidən bu əraziləri Böytük Ermənistan hökmdarına tabe edir və "Kür çayını əvvəl olduğu kimi Albaniya və Ermənistan arasında sərhəd edir." [34]

387-ci ildə Ermənistanın Sasanilər və Bizans imperiyaları arasında bölünməsi zamanı Uti və Arsak əyalətləri Sasanilərdən vassal[35] asılılığında olan Qafqaz Albaniyasının tərkibinə qatılır.[36] VII əsrə aid Aşxaratsuyts adlı erməni mənbəsində yazılır: "...albanlar ermənilərdən bu əyalətləri aldılar: Şikaşen, Qardman, Kolt, Zave və bunlardan başqa Araksın Kürə töküldüyü yerə qədər 20 əyalət".[37]

Arsakın Myus-Haband əyaləti ərazisindəki Amaras monastırı alban hökmdarı III Mömün Vaçaqanın göstərişi ilə Müqəddəs Qriqorisin məzarı üzərində inşa edilmiş, sonradan hökmdar özü də monastır ərazisində dəfn olunmuşdur.

Ananiya Şirakatsinin məlumatına görə, Arsakın Vaykunik əyalətində - indiki İstisu ərazisində Qafqaz Albaniyası hökmdarlarının hamam kompleksi yerləşirdi.[38] Qafqaz Albaniyasında xristianlığı təbliğ edən Müqəddəs Qriqoris 334-cü ildə Maskut və ya Paytakaran ərazisində şəhid edilir. Bundan sonra onun cəsədi Arsakın Myus-Haband əyalətindən olan ardıcılları tərəfindən gətirilərək, əyalət ərazisində dəfn edilir.[39] 489-cu ildə Qafqaz Albaniyası hökmdarı III Mömün Vaçaqanın göstərişi ilə Müqəddəs Qriqorisin məzarı üzərində Amaras monastırı inşa edilmişdir (başqa bir varianta görə Vaçaqan monastırı bərpa etdirmişdir).[40] V əsrdə Qafqaz Albaniyası hökmdarı II Vaçenin göstərişi ilə Arsak ərazisində Beşikdağ kilsəsi inşa edilmişdir.[41] V əsrin sonlarında Arsak ərazisindəki Aluen şəhəri yaxınlığında III Mömün Vaçaqanın təşkilatçılığı ilə Alban Həvari Kilsəsinin Aluen Kilsə Məsclisi təşkil edilmiş və Mömün Vaçaqanın kanonları qəbul edilmişdir.й[42]

822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra [43] Aranilər sülaləsindən olan Səhl ibn Sunbat Yuxarı Arsak – Xaçın ərazisini ələ keçirir, qısa müddətdə isə Arranın böyük hissəsini özünə tabe edir.[44] Səhldən sonra ərazidə onun nəslindən gələn Hovannes, AtrnersehQriqor Hammam hakimiyyətdə olmuşlar. "Albaniya knyazı"[45] titulunu qəbul etmiş Qriqor Hammam hakimiyyəti dövründə keçmiş Qafqaz Albaniyası ərazisinin böyük bir hissəsini, o cümlədən Uti, ŞəkiKambisena ərazilərini də özünə tabe etmişdi. X əsrdə[46] Arsak ərazisində xristian feodal dövləti olan Xaçın knyazlığı yaranır.

XIV əsrdən başlayaraq köçəri türk tayfalarının təsiri ilə Araz və Kür çayları arasındakı geniş dağlıq və düzənlik ərazilər mənbələrdə Qarabağ dalandırılmağa başlayır.[47] Lakin, vassal vəziyyətində olsa da və hakimiyyətləri yalnız xristian əhaliyə aid edilsə də, Xaçın knyazları təxminən XVII əsrə kimi hakimiyyətlərini saxlaya bilirlər. XVII əsrdə Arsak ərazisində Xəmsə məliklikləri formalaşır.[48][49]

  1. Акопян, Мелик-Бахшян, Барсегян, 1986
  2. Hewsen, 1992. səh. 193
  3. Hewsen, Robert H. Ethno-History and the Armenian Influence upon the Caucasian Albanians (in Thomas J. Samuelian, ed., Classical Armenian Culture: Influences and Creativity). Pennsylvania: Scholars Press. 1982.

    What do we know of the native population of these regions — Arc’ax and Utik — prior to the Armenian conquest? Unfortunately, not very much. Greek, Roman, and Armenian authors together provide us with the names of several peoples living there, however — Utians, in Otene, Mycians, Caspians, Gargarians, Sakasenians, Gelians, Sodians, Lupenians, Balas[ak]anians, Parsians and Parrasians — and these names are sufficient to tell us that, whatever their origin, they were certainly not Armenian.

  4. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.

  5. АРМЯНСКАЯ ГЕОГРАФИЯ VII ВЕКА (ТЕКСТ И ПЕРЕВОД С ПРИСОВОКУПЛЕНИЕМ КАРТ И ОБЪЯСНИТЕЛЬНЫХ ПРИМЕЧАНИЙ ИЗДАЛ К. П. ПАТКАНОВ). Санкт-Петербург: Типография Императорской Академии Наук, В. О., 9 л., № 12. 1877.:

    Арцах, рядом с Сюник, имеет 12 областей: 1. Вакуник, 2. Мьюс-Габанд, 3. Бердадзор, 4. Мец-Куанк, 5. Мец-Иранк, 6. Харчланк, 7. Муханк, 8. Пианк, 9. Панцканк, 10. Сисакан-востан, 11. Куста-Парнес, 12. Колт, где добывается мумия.

  6. Ulubabyan, Bagrat. Արցախի պատմությունը սկզբից մինչև մեր օրերը [History of Artsakh from the beginning to our days] (PDF) (erməni). Yerevan: M. Varandean Publishing House. 1994. 9–10, 12–13. ISBN 5-8079-0960-7. 2022-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-29.
  7. Alishan, 1993. səh. 9
  8. Strabon. Coğrafiya, XI kitab, XIV fəsil, IV hissə (Перевод Г. А. Стратановского под общей редакцией проф. С. Л. Утченко). Москва: Наука. 1964. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.

    Про­вин­ци­ей Арме­нии явля­ют­ся Фаве­на, а так­же Коми­се­на и Орхи­сте­на, выстав­ля­ю­щая наи­боль­шее чис­ло всад­ни­ков.

  9. Ptolomey, Klavdi. Coğrafiya, V kitab, XIII fəsil, IX hissə (translated or transliterated by Brady Kiesling from the Greek texts of Karl Nobbe (1843) and Karl Muller (1883)). 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.

    Greater Armenia is bounded on the north by a part of Kolchis, by Iberia, and Albania on the line indicated running through the Kyros river.

  10. 1 2 Хоренаци, Мовсес. История Армении, II kitab, VIII fəsil (Перевод с древнеармянского языка, введение и примечания Гагика Саркисяна). Ереван: Айастан. 1990. 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.:

    Вслед за тем он учреждает наместничество в великом и, славном, многолюдном северо-восточном крае, вдоль большой реки по названию Кур, что прорезает обширную равнину, (на­значив) Арана, мужа именитого, первого во всех делах мудрости и разума. Узнай, однако, и о людях Сисака,— ибо это вели­кое и именитое племя мы забыли упомянуть в Первой книге,— которые унаследовали Алванскую равнину, включая ее обращен­ную к горам сторону, от реки Ерасх до крепости, называемой Хнаракерт; страна же получила название Алвании из-за его кроткого нрава, ибо его называли «алу». И вот, один из его потомков, упомянутый именитый и доблестный Драя, и был на­значен парфянином Валаршаком наместником-десятитысячником. Говорят, что племя утийцев и княжества гардманцев, цавдейцев и гаргарцев происходят от его отпрысков.

  11. Каланкатуаци, Мовсес. История страны Алуанк (в 3-х книгах), I kitab, VIII fəsil (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран.

    И день за днем, вдохновляясь в боголюбивом служении, он (Вачаган III Благочестивый) неустанно отправлял службу в память святых. Вслед за этим он повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.

  12. Меликишвили, Г. А. Урартские клинообразные надписи. Москва: Изд. АН СССР. 1960. səh. 446.
  13. Арутюнян, H. В. Биайнили-Урарту. Военно-политическая история и вопросы топонимики (2-е изд., доп. и перераб.). СПб: Издательство С.-Петербургского университета. 2006. səh. 205.
  14. Арутюнян, Б. А. К вопросу о территории АрцахаВосточных краев Армении и Карабаха (Историко-филологический журнал, № 1—2). Ереван. 1994. səh. 256—266.
  15. Мурадян, П. М. Нагорный Карабах с древних времен до 1917 г. (К освещению проблем истории и культуры Кавказской Албании и восточных провинций Армении). Ереван: Издательство Ереванского гос. университетa. 1991. səh. 37—49.
  16. Petrosyan, A. The Problem of Armenian Origins: Myth, History, Hypotheses (JIES Monograph Series No 66). Washington DC. 2018. səh. 89-90.
  17. Salvini, M. The Eastern Provinces of Urartu and the Beginning of History in Iranian Azerbaijan. 2009. səh. 497—512. ISBN . — . — С.. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
  18. Salvini, M. The Spread of the Cuneiform Culture to the Urartian North (IX–VII Century BCE) (PDF) (_Edited by Markham J. Geller). 2014. səh. 299—329. 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-30.
  19. Chorbajian, L.; Donabédian, P.; Mutafian, C. The Caucasian Knot: The History & Geopolitics of Nagorno-Karabagh. Zed Books. 1994. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
  20. Diakonoff, 1985. səh. 89-109
  21. 1 2 Артамонов, М. И. Киммерийцы и скифы. Издательство Ленинградского Университета. 1974. 28.
  22. Дьяконов, И. М. История Мидии. Москва-Ленинград: Академия Наук СССР. 1956. 250, 251, 254, 310.
  23. Техов, Б. В. Скифы и Центральный Кавказ в VII—VI вв. до н. э. Москва. 1980. 10.
  24. Алексеев, С. В.; Инков, А. А. Скифы: Исчезнувшие владыки степей. Москва: Вече. 2010. 73–74.
  25. Hewsen, 1982. səh. 32—33
  26. Petrosyan, A. The Problem of Armenian Origins: Myth, History, Hypotheses (JIES Monograph Series No 66). Washington DC. 2018. səh. 89-90.
  27. Каланкатуаци, Мовсес. История страны Алуанк (в 3-х книгах), I kitab, VIII fəsil (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран.

    Здесь начинается [история] княжества страны Алуанк. От начала сотворения человеческого рода до царя армянского Валаршака о проживающих близ высоких гор Кавказа мы не можем ничего достоверного рассказать слушателям. При установлении порядка у жителей северных он созвал [представителей] пришлых диких племен, живущих в северной равнине и у подножия Кавказских гор, в долинах и ущельях к югу, до того места, где начинается равнина, и приказал им прекратить разбой и вероломство, платить покорно царские подати. Затем [царь] назначил им вождей и правителей, во главе которых по приказу Валаршака был поставлен некто из рода Сисака, одного из потомков Иафета, по имени Аран, который унаследовал долины и горы страны Алуанк, от реки Ерасх до крепости hЫнаракерт. Из-за его [Арана] мягкого нрава страна эта была названа Алуанк, ибо из-за мягкого нрава звали его Алу. Многие храбрые и знатные из потомков этого Арана, говорят, были назначены Валаршаком Партевом наместниками и тысячниками. От его [Арана] сына, произошли племена Утийского, Гардманского, Цавдейского, Гаргарского княжеств. До сих пор указание о родословной.

  28. Каланкатуаци, Мовсес. История страны Алуанк (в 3-х книгах), I kitab, VIII fəsil (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран.

    Перечень имен правителей, властвовавших в Албании от Иафета и Арана до Вачагана третьего: Иафет, Гомер Тирас, Торгом, Айк, Арманеак, Арамаис, Амасиа, Гелам, Арма, Аран (при нем был Авраам), Ара Прекрасный (при нем – Исаак), Анушаван, Парэт, Арбак, Заван, Парнак, Сур (при нем – Иисус Навин), Авнак, Ваштак, Айкак, Амбак, Арнак, Шаварш, Норайр, Встамкар, Горак, Грант, Ындзак, Гзак, Оро, Зармайр, Перч (при нем – Давид), Арбун, Базук, Ой, Иусак, Кайпак, Скайорди (этот получил корону от царя Вавилонского), Паруйр, Грачеа, Парнаваз, Пачуйч, Корнак, Павос, другой Айкак, Еруанд Сакавак, Тигран. Из их же рода был Аран, назначенный правителем Албании.

  29. Schmitt, R. ARMENIA and IRAN i. Armina, Achaemenid province. Encyclopædia Iranica. 2011. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.

    Bordering on Media, Cappadocia, and Assyria, the Armenians settled, according to classical sources (beginning with Herodotus and Xenophon), in the east Anatolian mountains along the Araxes (Aras) river and around Mt. Ararat, Lake Van, Lake Rezaiyeh, and the upper courses of the Euphrates and Tigris; they extended as far north as the Cyrus (Kur) river. To that region they seem to have immigrated only about the 7th century B.C.

  30. Тревер, К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. – VII в. н. э. (источники и литература). Москва-Ленинград. 1959. 42.
  31. Chaumont, M. L. Albania. Encyclopædia Iranica. 2013-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.
  32. Колхида, Иберия и Албания в III—I вв. до н. э. (Всемирная история,Т. 2.). Москва. 1956. 413–417. 2008-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-05.

    Территория Албании к середине I в. до н. э. по сравнению с предшествующим периодом уменьшилась: границей между Арменией и Албанией стала река Кир (Кура)...Государство в Албании возникло, повидимому, в середине I в. до н. э. на основе албанского племенного союза. В это время у албанов уже появляется отделённое от народа войско. Наличие тяжёлой конницы указывает на значительное социальное расслоение. В источниках 1 в. н. э. албанские цари упоминаются наряду с царями мидян («Деяния» Августа) и иберов (Тацит). Албанский царь жил в укреплении Кабалаке (на территории позднейшего Ширвана). На рубеже нашей эры в стране появляются города, развитие которых падает в основном уже на следующий период.

  33. Новосельцев, А. П. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период (Кавказ и Византия : Сб, № I). Ереван: Наука. 1979. səh. 10-18. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2022.

    ...до конца IV в., за исключением небольшого отрезка времени в 30— 60 гг. этого столетия, армяно-албанская граница проходила по реке Куре, а области Сакасена, Арцах, Утик, Гардман и другие входили в состав Армянского царства. Лишь договор 387 г. изменил это положение, как изменил многое в судьбах самой Кавказской Албании.

  34. Buzand, Favstos. Ermənistan tarixi (Пер. с др.-арм. и коммент. М. А. Геворгяна. Под ред. С. Т. Еремяна). Ереван: Академия Наук Армянской ССР. 1953. səh. V kitab, XIII fəsil. 2006-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.

    Пошел войною также на страну албанов и жестоко разгромил их. Отнял у них много гаваров, которые ими были захвачены — Ути, Шакашен и Гардманадзор. Колт и сопредельные им гавары. Реку Куру сделал границей между своей страной и Албанией, как было раньше. Многих из главарей убил, остальных обложил данью и взял у них заложников.

  35. Всемирная история (Энциклопедия. Том 3). Москва: Государственное издательство политической литературы. 1957.

    Внутренний строй стран Закавказья оставался без изменения до середины V в., несмотря на то, что в результате договора 387 г. Армения оказалась разделённой между Ираном и Римом, Лазика была признана сферой влияния Рима, а Картли и Албания должны были подчиниться Ирану.

  36. Тревер, К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. – VII в. н. э. (источники и литература). М.—Л. 1959.

    Из этого текста мы узнаем, что в ходе борьбы Персии с Арменией Урнайр отнял у Армении ряд областей, теперь ей возвращенных, что до этого граница между Арменией и Албанией проходила по Куре, которая теперь была восстановлена, но, правда, не надолго, так как после раздела Армении в 387 г. граница снова переместилась. В 387 г. имел место раздел Армении между римлянами и персами,2 а в 428 г. прекратилась династия Аршакидов в восточной части Армении. Источники ничего не сообщают об Албании в этот период, хотя все вышеизложенные события не могли не отразиться на её судьбах. Из сопоставления данных в армянских источниках можно заключить, что после 387 г. албанским царям удалось присоединить к своим владениям области Арцах (Карабах) и Утик.3 Таким образом, в V в. пределы Албанского царства расширились: в него входило и правобережье Куры, от Хунаракерта до впадения Аракса в Куру, включая древние области Шакашен, Утик, Арцах и область города Пайтакарана.

  37. АРМЯНСКАЯ ГЕОГРАФИЯ (ТЕКСТ И ПЕРЕВОД С ПРИСОВОКУПЛЕНИЕМ КАРТ И ОБЪЯСНИТЕЛЬНЫХ ПРИМЕЧАНИЙ ИЗДАЛ К. П. ПАТКАНОВ.). САНКТ-ПЕТЕРБУРГ.: Типография Императорской Академии Наук, В. О., 9 л., № 12. 1877.

    ...албанцы отторгли у армян области: Шикашен, Гардман, Колт, Заве и еще 20 областей, лежащих до впадения Аракса в реку Кур.

  38. Hewsen, Robert H. The Geography of Ananias of Sirak. 1992. səh. 197.
  39. Тревер, К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. — VII в. н. э. (источники и литература). М.-Л.: Издание Академии наук СССР. 1959. səh. 197.
  40. Mahé, Jean-Pierre. L’historiographie arménienne de la conversion des Albaniens. Philologie et historiographie du Caucase chrétien. 1 octobre 2008. səh. 34-35.
  41. Մակար Բարխուդարյան. Մունք. Ստեփանակերտ. 1995. 266.
  42. Акопян В. З. Удины юга России: Наследники Кавказской Албании. // Вестник Ессентукского института. — 2015. — № 11. — С. 9—12:

    Христианство начинает распространяться среди удин Св. Григорисом (30-40-е гг. IV в.), сыном армянского католикоса Св. Вртанеса и внуком первоепископа Армении Св. Григория Просветителя. Впоследствии Агванская епархия (католикосат) для поднятия своего «престижа» стала связывать распространение христианства на территории Утика с именем Св. Егише (Елисея), рукоположенного апостолом Иаковым — первым иерусалимским патриархом. Ко времени Агванского собора (488/493 г.), созванного царем Вачаганом III Благочестивым, Агванская церковь имела своего архиепископа (резиденция в г. Партаве (Бердаа) и 8 епархий. Большинство прихожан на территориях к югу от р. Куры (области Арцах и Утик) были армяне, к северу — предки нынешних удин.

  43. "В. Ф. Минорский. История Ширвана и Дербенда, М. 1963, стр., 30". 2008-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
  44. V. Minorsky. Caucasica IV. Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 15, No. 3. (1953), pp. 504-529
  45. Asogik, III, 110
  46. Dowsett, 1958. səh. 482
  47. Бартольд, 1965
  48. Большая советская энциклопедия, 1970
  49. Encyclopaedia of Islam, 1986. səh. 639—640
  • Акопян, Т. Х.; Мелик-Бахшян, Ст. Т.; Барсегян, О. Х. Словарь топонимов Армении и прилегающих областей. Ереван: Изд-во Ерев. ун-та. 1986.
  • Hewsen, R. H. The Geography of Ananias of Širak: Ašxarhacʻoycʻ, the Long and the Short Recensions. Reichert. 1992.
  • Alishan, Ghevond. Արցախ [Artsʻakh] (erməni). Tʻosunyan, G. B. tərəfindən tərcümə olunub. Yerevan State University Publishing House. 1993. 5–6. ISBN 5-8084-0221-2.
  • Dowsett, C. J. F. The Albanian Chronicle of Mxit'ar Goš (Bulletin of the School of Oriental and African Studies, C. 21, № 1/3). 1958. səh. 472—490.
  • Бартольд, В. В. Сочинения / Отв. ред. тома А. М. Беленицкий (Т. III). Москва: Наука. 1965.
  • Большая советская энциклопедия (Т. 2.). Советская энциклопедия. 1970. İstifadə tarixi: 30 oktyabr 2022.
  • Canard, M.; Cahen, Cl.; Deny, J. Arminiya (Encyclopaedia of Islam, I cild). Leiden: BRILL. 1986. səh. 634—650.
  • Diakonoff, I. M. Media // Gershevitch, Ilya (redaktor). The Cambridge History of Iran: Volume. 2. Kembric: Cambridge University Press. 1985. ISBN 978-0-521-20091-2.
  • К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — 389 с.
  • Мамедова, Фарида. Политическая история и историческая география Кавказской Албании: (III в. до н. э.—VIII в. н. э.). Баку: Элм. 1986.
  • Мамедова, Фарида. Кавказская Албания и албаны. Баку: Центр Исследований Кавказской Албании. 2005.
  • Кемал Алиев. Античная Кавказская Албания. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1992. — 238 с.
  • З. И. Ямпольский. Вопросы истории Кавказской Албании. Сборник статей. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1962.