Ayşe Sabiha Gökçül Erbay (1908, Berqama, İzmir ili – 31 avqust 1998) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Balıkesir seçki dairəsinin, 6-cı və 7-ci parlamentində isə Samsun seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.
Sabiha Gökçül Erbay | |
---|---|
türk. Sabiha Gökçül Erbay | |
Türkiyə Böyük Millət Məclisinin VII çağırış deputatı | |
8 mart 1943 – 14 iyun 1946 | |
Seçki dairəsi | Samsun seçki dairəsi |
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı | |
3 aprel 1939 – 15 yanvar 1943 | |
Seçki dairəsi | Samsun seçki dairəsi |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Balıkesir seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1998 |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ayşə Sabiha 1900-cü ildə Balıkəsirdə, Berqamada Əziz və həyat yoldaşı Nadirənin ailəsində anadan olub.[1] O, Qız müəllim məktəbində (Darü’l-muallimât) təhsil alıb, daha sonra isə Ali müəllim məktəbində (Darü’l-muallimât-ı Âliye İhzarî) oxuyub və oranı 1919-cu ildə bitirib.[2][3]
Ayşe Sabiha 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gökçül" soyadını götürüb. Ayşe Sabiha Gökçül 1943-cü ildə Mustafa Ülvi Erbayla evlənmişdir.[2] Fransız dilini yaxşı dərəcədə bilirdi.[4]
Pedaqoloji karyerasına 1919-cu il sentyabrın 19-da Ədirnədəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunması ilə başlamışdır.[3] Onun buradakı işi Osmanlı imperiyası dağılmaq üzrə ikən, 21 iyun 1920-ci ildə bitib.[2]
Erbay üç illik işsizlikdən sonra və Türkiyə Cümhuriyyətinin qurulması ilə yenidən karyerasına davam etmiş, 22 oktyabr 1923-cü ildə İzmirdəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunub.[3] 1924-cü ilin fevral-oktyabr ayları arasında İzmirdəki Qızlar liseyində pedaqogika müəllimi, eyni zamanda müdir müavini kimi işləyib.[3] Daha sonra Adanada Qız müəllim məktəbinə müdir təyin olunub və burada həm də Türkiyə ədəbiyyatından dərs deyib.[3] O 1925-ci ilin sentyabrında əvvəlki iş yerinə, İzmirdəki Qız müəllim məktəbinə qayıdıb, burada 1927-ci ilin may ayına qədər türk dili və daha sonra siyasətə girmək üçün istefa verdiyi 1935-ci ilin fevralına qədər türk ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib.[2][4]
1934-cü ildə qüvvəyə minən Seçki Hüququ qanununa görə türk qadınlarına Türkiyə Böyük Millət Məclisinə səs vermək və namizəd olmaq hüququ verilirdi. Sabiha Gökçül Erbay fevralın 8-də keçirilmiş 1935-ci il Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilmiş və 1172 seçicinin səsi ilə Tükiyənin 5-ci parlamentinə Balıkəsir seçki dairəsinin millət vəkili olaraq daxil olmuşdur.[4] Beləliklə, o, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri olub. Erbay parlament iclasının birinci ili üçün parlamentin rəyasət heyətinin katibi seçilmişdi ki, bu da onu eyni zamanda parlamentin rəyasət heyətinin ilk qadın üzvü etmişdir.[4] Səlahiyyətinin sonrakı üç ilində o, parlamentin Gömrük və Monopoliya Əncümənində faəliyyət göstərib.[2]
Erbay 1939-cu il martın 26-da keçirilən parlament seçkilərində Balıkəsirin deputatı olaraq parlamentdəki yerini saxlaya bilməmiş və pedaqoloji karyerasına qayıtmışdır.[4] O, 1939-cu ilin iyunundan 1941-ci ilin avqustuna qədər İstanbuldakı Erenköy qız liseyində türk ədəbiyyatı müəllimi kimi işləyib.[1]
Sabiha Gökçül Erbay 1941-ci il ara parlament seçkilərində Samsun millət vəkili olaraq Türkiyənin 6-cı parlamentində mandat qazanıb və 28 fevral 1943-cü ildə keçirilən parlament seçkilərindən sonra Samsun millət vəkili olaraq 7-ci parlamentdə də üzvlüyünə davam edib.[2][3]
1946-cı il iyunun 21-də keçirilən parlament seçkilərindən sonra o yenidən müəllimlik karyerasına qayıtmışdır.
Sabiha Gökçül Erbay siyasətdən ayrıldıqdan sonra yenidən məktəb müəllimi kimi peşəsinə davam edib. O, təqaüdə çıxana qədər, 1947-ci ilin fevralından 1948-ci ilin oktyabrına qədər Ankaradakı Qazi Anadolu liseyində türk ədəbiyyatı müəllimi kimi işləmişdir.[1][2]
Sabiha Gökçül Erbay 31 avqust 1998-ci ildə İstanbulda vəfat etmişdir.[2][3][4]