Arbat (Ermənistan)

Arbatİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim.[3]

Kənd
Arbat
40°08′13″ şm. e. 44°23′54″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830[1]
Sahəsi
  • 304 km²
Mərkəzin hündürlüyü 850 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.058 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Arbat xəritədə
Arbat
Arbat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir.

Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür.

«Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə həmin rəqəmlər ermənilərə aid edilmişdir.

Toponim qədim türk dilində «yulğun» bitki adı mənasında işlənən arubat sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, 184 səh.
  • Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913,530 с.