Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurlana Cəfərova
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == === Televiziya fəaliyyəti === Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Əliyeva
Nurlana Əliyeva (filoloq, 1946) — filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin rektoru. Nurlana Əliyeva (filoloq, 1977) — filologiya elmləri doktoru, "Naxçıvan" Universitetinin rektoru.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == === Televiziya fəaliyyəti === Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Cəfərova (atıcı)
Nurlana Cəfərova (idmançı)
Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016-2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009-2021), Filologiya elmləri doktoru, professor. == Həyatı == Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.
Nurlana Əliyeva (filoloq, 1977)
Nurlana Sabir qızı Əliyeva (1 iyun 1977, Naxçıvan) — "Naxçıvan" Universitetinin rektoru (2019). == Həyatı == Nurlana Əliyeva 1 iyun 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. == Təhsili və karyerası == 1983-cü ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir.
Nurlanan (film, 2002)
Nurlanan (ing. The Glow) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Mett və Ceki Nyu-Yorkda yaşayırlar. Onların həyatı çox nurlu görünür. Halbuki, onlar uşaq və pul üzündən nisbətən problem həyat sürürlər. Bir dəfə Mett parkda özgə insanlarla tanış olurlar. Onlar Mett ilə çox mülayim rəftar edirlər. Həmin insanlar onlara ucuz ev təklif edirlər. Cavanlar razı olurlar. Lakin evə gələndən bəri özgə insanlar onların hər addımını izəyirlər.
Nurlann
Nurlann (norv. Nordland ) — Norveç Krallığının inzibati-ərazi vahidi (fülke). Şimalda Troms, cənubda Nur-Tröndelaq, şərqdə İsveçin Norrbotten leni, cənub-şərqdə Vesterbotten leni və qərbdə Atlantik okeanı (Norveç dənizi) ilə sahilləri yuyulur. Quberniya əvvəllər Nurlannen amt kimi tanınırdı. Fülkenin inzibati mərkəzi Budö şəhəridir. Uzaq Arktika adası olan Yan-Mayen 1995-ci ildən bəri Nordland fülkesinə tabedir. Cənub hissəsində YUNESKO-nun ümumdünya irsi siyahısında olan Veqa arxipelaqı yerləşir. Nurlann, balıq ovundan çox asılı olan bir sahil bölgəsidir. == Coğrafiyası == Nurlann, Şimali Norveçdə Skandinaviya yarımadasının şimal-qərb sahili boyunca yerləşir. Avropanın sıx məskunlaşdığı yerlərdən çox uzaqlıqda olduğundan, fülke ən az çirklənmiş ərazilərindən biridir.
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Digər Nurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Nurlan Abdalov
Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;‎12 iyun 2000, Sumqayıt – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir. == Hərbi xidməti == 2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurlan Abdullayev
Nurlan Abdullayev (hərbçi) — Nurlan Abdullayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nurlan Abdullazadə
Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994; Zərdab, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. == Hərbi xidməti == Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Nurlan Ağa
Nurlan Ağakişiyev
Nurlan Ağakişiyev (tam adı: Nurlan Etibar oğlu Ağakişiyev; 22 iyul 2002; Sumqayıt, Azərbaycan – 28 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. == Hərbi xidməti == Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Bağırov
Nurlan İsmayıl oğlu Bağırov (21 yanvar 2001; Gəncə, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Bağırov 21 yanvar 2001-ci ildə Gəncə şəhərində İsmayıl Bağırovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nurlan Bağırov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Bağırov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nurlan Dadaşov
Nurlan Səyyad oğlu Dadaşov (27 sentyabr 2001, Qarasaqqal, Kürdəmir rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 2-də orada da şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Eminov
Nurlan Perviz oğlu Eminov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eminov Nurlan Pərviz oğlu iyulun 2-si 2000-ci ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.Nurlan Vətən Müharibəsinin gedişində 3 oktyabrda Goranboyun Buzluq kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. İtkən düşən Nurlanın şəhidlik xəbəri nə az, nə çox, düz 113 gün sonra gəlib. Onun nəşi Kürdəmir rayonunda dəfn edilib.
Nurlan Fərəməzov
Nurlan Əhliman oğlu Fərəməzov (1 may 1992, Təngərüd, Astara rayonu – 9 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərəməzov Nurlan Əhliman oğlu 1 may 1992-ci ildə Astara rayonunun Təngərud kəndində anadan olmuşdur. Orta məktəbi Təngərud kənd tam orta məktəbində bitirmişdir. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da şəhid olub. Astara rayonunun Təngərud kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Nurlan Hüseynov
Nurlan Madər oğlu Hüseynov (3 iyul 1992; İmişli, Azərbaycan - 14 oktyabr 2020; Xocavənd, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Nurlan Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. == Hərbi xidməti == 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır. 2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Hüseynov oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonu işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Həsənov
Nurlan Həsənov (deputat)
Nurlan Malikov
Nurlan Dünyamalı oğlu Malikov ( ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirib. == Hərbi xidməti == 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub. Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır.
Nurlan Mustafayev
Nurlan Mustafayev (kapitan) — Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsinin şəhidi. Nurlan Mustafayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Nurlan Məmişov
Nurlan İlqar oğlu Məmişov (29 avqust 2000; Mingəçevir, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Məmişov 29 sentyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Zərdab rayonundan idi. Bir xeyli müddət ailəsi ilə Rusiyada yaşayıb, 2007-ci ildə Orenburq şəhərində orta məktəbin birinci sinfinə gedib… Ancaq sonradan ailəsi ilə birlikdə Azərbaycana, Mingəçevir şəhərinə dönməsi ilə bağlı təhsilini 14 saylı tam orta məktəbdə davam etdirib və 2018-ci ildə də həmin məktəbi başa vurub. == Hərbi xidmətləri == Nurlan Məmişov 2018–2020-ci illərdə xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nurlan Məmişov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 7 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurlan Əsgərli
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nurlan Əsgərov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Nurlan Niqmatulin
Nurlan Zayrolla oğlu Nığmatulin (qaz. Нұрлан Зайроллаұлы Нығматулин; 31 avqust 1962, Qaraqanda) — Qazaxıstanın dövlət və siyasət xadimi, Siyasi Elmlər doktoru, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri (22 iyun 2016-cı ildən). == Bioqrafiyası == 1984 - Qarağanda Politexnik İnstitutu (mühəndis mexaniki). 1984-1985 - Mühəndis, PA "Karagandaoblgaz" karvanının rəhbəri. 1985-1990 - Qazaxıstan Komsomolu Leninsky rayon komitəsinin birinci katibi, Qazaxıstan Komsomolu Mərkəzi Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdir müavini, katib, Qazaxıstan Komsomolu Karaqanda vilayət komitəsinin birinci katibi. 1989 - Komsomol Mərkəzi Komitəsi yanında Ali Komsomol Məktəbi (Moskva Humanitar Elmlər Universiteti), (politoloq). 1990-1993 - Qazaxıstan Gənclər Təşkilatları Komitəsinin sədri. 1993-1995 - "Tengri" Qazaxıstan-Amerika ortaq müəssisəsinin prezidenti. 1995-1999 - Dövlət müfəttişi, Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Təşkilat və nəzarət şöbəsinin müdir müavini. 1999-2002 - Astana şəhəri müavininin müavini.
Nurlan Novruzov
Novruzov Nurlan Zahid oğlu (d. 3.3.1993, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. Səbail futbol klubunun oyunçusudur. == Həyatı == Nurlan Novruzov 3 mart 1993-cü ildə Bakı şəhərində anadan olub.
Nirvana
Nirvana (sanskr. निर्वाण nirvāṇaIAST, «sönmə, dayandırma, rahatlıq») ya da Nirvan (Əski Türkcə: Nirvan) — hinduizm dini fəlsəfəsində bütün canlıların ali məqsədini ifadə edən anlayışdır, həmçinin buddizmdə də mühüm rola malikdir. Nirvana anlayışının çoxlu mənaları olsa da, adətən istirablardan azad olma ilə əlaqələndirilir.
Ruslana
Ruslana Stepanovna Lıjiçko (ukr. Русла́на Степа́нівна Лижи́чко, 24 may 1973, Lvov, SSRİ) — 2004 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni. Müsabiqədə Ukraynanı təmsil edirdi. Mahnısı - "Wild Dances".