Nurlan Səyyad oğlu Dadaşov (27 sentyabr 2001, Qarasaqqal, Kürdəmir rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurlan Dadaşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Cəbrayıl |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 2021 |
Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.[1]
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 2-də orada da şəhidlik zirvəsinə ucalıb.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]