Nurlan Əhliman oğlu Fərəməzov (1 may 1992, Təngərüd, Astara rayonu – 9 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurlan Fərəməzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təngərud, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Təngərud |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əhliman Fərəməzov |
Anası | Gülnaz Fərəməzova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2015–2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 20202020 |
Fərəməzov Nurlan Əhliman oğlu 1 may 1992-ci ildə Astara rayonunun Təngərud kəndində anadan olmuşdur.[1] Orta məktəbi Təngərud kənd tam orta məktəbində bitirmişdir. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb.
Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da şəhid olub. Astara rayonunun Təngərud kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]