Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995, Kalinovka, Masallı rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi.
Nurlan Əsgərli | |
---|---|
Nurlan Bayram oğlu Əsgərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 dekabr 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2016 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Bayram Əsgərli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2015–2016 |
Rütbəsi | Gizir |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Nurlan Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşürdü. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarmışdır. Nurlan Əsgərli 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Onun nəşini döyüş meydanından çiyin-çiyinə vuruşduğu doğma qardaşı İntiqam Əsgərli çıxartdı.[1] İntiqam Əsgərlinin dediklərindən:
Komandirimizi (Raquf Orucovu) şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı. Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım şəhid oldu... İntiqam Əsgərli
|
Aprelin 5-i isə Nurlan Əsgərli doğulduğu Masallı rayonunun Viləş kəndində dəfn edildi. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Əsgərli uğrunda şəhid olduğu torpağa tapşırıldı.[2]
Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Doğulduğu Masallı rayonunun Viləş kəndinin mərkəzi küçələrindən biri Nurlan Əsgərlinin adını daşıyır.
Nurlan Əsgərlini döyüş meydanından çıxaran qardaşı İntiqam Əsgərli 2020-ci ilin 27 sentyabr tarixindən başlayan İkinci Qarabağ müharibəsində vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adını almışdır.