Nurlan Dünyamalı oğlu Malikov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
Nurlan Malikov | |
---|---|
Nurlan Dünyamalı oğlu Malikov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Öncəqala, Masallı rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Zəngilan, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı |
Dəfn tarixi | 31.12.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Dünyamalı Malikov |
Anası | Ruqiyyə Malikova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2016 (2020) |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub.[1] 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirib.
2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır. Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "İgidliyə görə" medalı ilə təltif edilib.[4]