Peykər sultan Ziyadoğlu-Qacar

Peykər sultan Ziyadoğlu-Qacar (Gəncə və ya Səfəvilər1580, Şirvan bəylərbəyliyi və ya Səfəvilər) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi.

Peykər sultan Ziyadoğlu-Qacar
1570 – 1577
ƏvvəlkiYusif xəlifə Ziyadoğlu-Qacar
Sonrakıİmamqulu xan Yıva-Qacar
1581 – 1581
ƏvvəlkiSalman xan Ustaclı
SonrakıƏnsar xəlifə Qaradağlı
Şəxsi məlumatlar
Doğum yeri Gəncə, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Şirvan, Səfəvilər dövləti
Fəaliyyəti hərbi lider[d]
Rütbəsi general

İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü.

1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir. Az sonra isə Peykər Sultan Yusif Sultanı qətlə yetirir. Lakin onun özü də taxtında uzun müddət otura bilmir. Şahın əmri ilə onun yerinə yenə də Qacarlardan olan İmamqulu xan təyin olunur.

Tərəflər 1578-ci il noyabrın 28-də Ağsu çayının sahillərində Mollahəsən adlanan yerdə üz-üzə gəlirlər (Mollahəsənli döyüşü). Şirvan və Qarabağ tarixində ən məşhur döyüşlərdən biri məhz burada baş verir. Döyüş səhər tezdəndən şər qarışana qədər davam edir. Adil Gireyin 20 minlik ordusu müqavimət göstərsə də, onun özünün döyüşə girməsi də vəziyyəti xilas etmir. Adil Girey yəhərindən salınıb, əsir alınır. Osmanlı sərkərdəsi Kitay paşa da əsir düşür. Adil Gireyin əsir alınmasından sonra tatar ordusu vahimə içində qaçmağa üz qoyur, tutulan tutulur, qaçan qaçır. Tatarların Kür vadisində götürdükləri külli miqdarda qənimət qızılbaşların əllərinə keçir. Bu döyüş az qala bütün Şirvanı azad edir. Osman paşanın əlində faktiki olaraq, təkcə Dərbənd qalır.

1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580–1581-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər.

Səfəvi rəhbərliyi Şirvanın azad edilməsi üçün bir sıra ciddi tədbirlər görür. Peykər bəy Ziyadoğlu Qacara xan rütbəsi verilərək, Şirvan bəylərbəyisi təyin olunur. Qərara alınır ki, İmamqulu xanın başçılığı altında Şirvanın müdafiəsi üçün qacar, otuziki və s. tayfaların ən sayseçmə döyüşçüləri göndərilsin. 1581-ci ilin baharında Krım tatarları Qazi GireySəfi Gireyin rəhbərliyi altında Şirvana dördüncü yürüşə çıxırlar. Döyüş Şamaxı və Şabran arasında gedir. Peykər xanın başçılıq etdiyi qacar, cəyirli, qaramanlı və bu kimi tayfalardan ibarət qızılbaşlar tam qələbə qazanırlar. Qazi Girey qacarlara əsir düşür. Səadət Girey isə çətinliklə də olsa, əsirlikdən qaça bilir. Lakin yenə fələk işləri pozur: Peykər xanın həmin il ölməsi osmanlılara Şirvanda öz hakimiyyətlərini bərpa etmək imkanı verir.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.