Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaşqay
Qaşqay (Bostanabad)
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). == Həyatı == Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. == Jurnalist fəaliyyəti == 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. == Coğrafi yayılma == Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. == Tarixi == XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqay dili
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. == Coğrafi yayılma == Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. == Tarixi == XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Çingiz Qaşqay
Qaşqay Çingiz Mirəli oğlu — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Qaşqay Çingiz Mirəli oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1967-ci ildə "Alunitlərin əmələgəlməsinin fiziki-kimyəvi şəraiti" mövzusunda namizədlik, 1975-ci ildə isə "Alunit qrupu və onun struktur analoqları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Qaşqay Ç.M. AMEA Geologiya və Geofizika İnstitutunun "Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası" şöbəsinin rəhbəridir. == Elmi fəaliyyəti == Çingiz Qaşqay eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamik parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. Eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir. Elmi tədqiqat sahələri: nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və onların filizdə və tərkibində metan olan geoloji obyektlərdə, təbii sular palçıq vulkanlarda daxil olmaqla paylanılması, fiziki-kimyəvi və termodinamik şəraitdə mineralların əmələgəlməsinin və onların eksperimental modelləşdirilməsi əsasında öyrənilməsi. Axır illərdə nadir metalların yeraltından yuyulmasının geotexniki sualların həlli ilə və geotexniki proseslərin praktiki realizasiyası ilə məşğuldur.
Solmaz Qaşqay
Solmaz Bəyim Mir Tağı qızı Qaşqay (10 iyul 1936 – 18 iyun 2011) — tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim. == Həyatı == Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944 – 1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.
Xosrov xan Qaşqay
Xosrov xan İsmayıl xan oğlu Qaşqay (1917 və ya 1921, Şiraz – 1 oktyabr 1982) — Qaşqay elxanı. == Həyatı == 1982-ci ildə Şiraz və Firuzabad əyalətlərində qaşqaylarla pasdarlar arasında bir neçə dəfə qanlı toqquşmalar oldu və nəticədə Qaşqay elxanı Xosrov xan həbs edilərək Şirazda edam edildi. Lakin bütün bunlar qəhrəman Qaşqay Türklərinin iradəsini qıra bilmədi.
İsmayıl xan Qaşqay
Sövlətüddövlə İsmayıl xan Dərab xan oğlu Qaşqay (1878, Firuzabad, Fars ostanı – 8 oktyabr 1932, Tehran) — Qaşqay elinin elxanı. == Həyatı == Hələ 1905–1911-ci illər Məşrutə inqilabını dəstəkləyən Qaşqaylar və onların rəhbəri Sövlətüddövlə böyük başarılar əldə etmiş, öz silahlı qüvvələri ilə xalq əncümənlərini və Şiraz əhalisini əksinqilabi qüvvələrin hücumundan müdafiə etmişlər. Qaşqaylar I Dünya müharibəsi illərində ingilis müstəmləkəçilərinə qarşı üsyan edən Təngistan və Dəştistan mücahidlərinə, Fars əyalətinin demokrat təşkilatlarına da yardım göstərmiş, Sövlətüddövlənin rəhbərliyi altında Fars əyalətini ingilis işğalından xilas etmiş və hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunlarının İran ərazisini tərk etməsində mühüm rol oynamış və bununla da İran deyilən məmləkətin xalqlarının mübarizəsi tarixində silinməz izlər buraxmışdır. Heç təsadüfi deyil ki, ingilislərin təhriki ilə Qaşqayların lideri, vətənpərvər qəhrəman Sövlətüddövlə ingilis nökəri Rza şah tərəfindən 1932-ci ildə Qəsri-Qacar zindanına salınaraq qətlə yetirilmişdir. == Ailəsi == İsmayıl xan Sövlətüddövlə qaşqay elinin elxanı Darab xanın oğlu idi. İsmayıl xan, Xədicə bibi adlı qadınla ailə qurmuşdu. Onların Məhəmmədnasir xan, Məlik Mənsur xan, Məhəmmədhüseyn xan, Xosrov xan adlı oğulları, Fərrux bibi və Mülki bibi adlı qızları var idi. İsmayıl xan iranlı tarixşünas Kavə Bayatın babasıdır.
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. == Həyatı == Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Qaraçaylı (Qaşqaylar)
Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎; ing. Karachai, Qarachai; qaşqayca: Qərəçaye) — Qaşqay elini təşkil edən tayfalardan biri. Piralu, Kələli, Kürdlü, Kərəm Əbdali, Qaraqirli, Cəli, Qurd, Xan Əhmədi, Rekke, Tus, Maləhmədi, Çardange, Gərmesiri və Bahadonlu adlı tirələrə bölünür. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib.
Qaşqaylar
Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türkdilli tayfalar birliyi. Qaşqay dilində danışırlar. Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V. İ. Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar. V. V. Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır. İranda "döyüşkən xalq" kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur. == Etimologiyası == Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır.
İğdır (Qaşqaylar)
İğdır — Qaşqay elini təşkil edən tayfalardan biri. Şəkərli, Əmirli, Ərəbli, Fili, İraqi, Cövzanlı, Əmələ, Qaraxanlı və Qaraqoyunlu adlı tirələrə bölünür. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). www.tarihtarih.com. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. == Əhalisi == === Tanınmışları === İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Vəcihə Qaşqa
Vəcihə Qaşqa(1 iyul 1935 – 23 noyabr 2017, Simferopol) — krım tatar ictimai xadimi, krım tatar milli hərəkatının fəallarından biri. "Novaya qazeta" və digər krım tatar fəalları onu "vətənə yol açmış" "simvol" adlandırırdılar. == Həyatı == Vəcihə Qaşqa 1 iyul 1935-ci ildə Üsküt kəndində anadan olub. 9 yaşında ikən digər krım tatarları kimi sürgün edilib. Özbəkistana sürgün edilən o, 1950-ci illərdə Krım tatar milli hərəkatına qoşulub. 1960-ci illərin sonunda Krıma gəlməyə cəhd göstərib, lakin qeydiyyatının olmadığına görə buradan qovulub. 1969-cu ildə hadisə yenidən təkrarlanıb. 1974-cü ildə Andrey Saxarovun işə müdaxilə etməsindən sonra Krıma qayıda bilir. Sovet işğalı dövründə krım tatar milli fəalları daima öz toplantılarını Vəcihə xanımın evində keçirirdilər. Vəcihə xanım hərəkatda fəallıq göstərmiş müxtəlif tapşırıqları icra etmək üçün Moskvaya və Türkiyəyə yollanmışdır.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Qaşqar döyüşü (1933)
Qaşqar döyüşü (1933) (çin. 喀什戰役) — 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı baş vermiş döyüş. Şəhər Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizon tərəfindən qorunurdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı. == Tarixi == Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürümüşdür. Üsyana uyğurlarla yanaşı qırğız, qazax, monqol və hueylərdə qoşulmuşdu. Lakin üsyanın sonrakı gedişində hueylər Çin Respublikasının tərəfinə keçməyə başladılar.
Qaşqa Bulaq (Xoy)
Qaşqa Bulaq (fars. قشقابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (67 ailə).
Dauqay
Dauqay (lit. Daugai) — Litvada şəhər. == Tarixi == Dauqay birinci dəfə 1384-cü il Tevton Ordeninin xronikalarında xatırlanır. Vilnüsdən Trokaya gedən yolun üstündə idi..1792-ci ildə şəhər statusunu aldı. 1793-cü ildə Pospolit Reçinin seymi Dauqayı şəhər statusundan məhrum etdi. == İstinadlar == == Həmçinin bax == Litva şəhərləri == Xarici keçidlər == Vikianbarda Dauqay ilə əlaqəli mediafayllar var.
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. == Etimologiya == Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qamqam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqaçay
Qaşqaçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası və iqlimi == Əsasən dağlıq ərazilərdən ibarətdir. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim hakimdir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaşqaçay kəndində milli tərkibi ləzgilərdən ibarət 98 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qaşqaçay kənd cəmiyyəti tərkibinə daxil olan Qaşqaçay kəndində 192 evdə sünni etiqadlı müsəlman avarlardan (190 evdə 555 nəfər kişilər və 431 nəfər qadınlar olmaqla toplam 986 nəfər əhali) və tatarlardan (2 evdə 7 nəfəri kişilər və 6 nəfəri qadınlar olmaqla toplam 13 nəfər) ibarət 999 nəfər (562 nəfəri kişilər, 437 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət toplam 1269 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 396 təsərrüfatda toplam 1055 nəfər əhali yaşamaqdadır. Hazırda kənd polietnik quruluşa malikdir.
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi. Təxəllüs Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Digər Qoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.