Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rieti
Rieti (it. Rieti, lat. Reate) — İtaliyanın Rieti vilayətinin Latsio regionunda kommuna. İtaliyanın coğrafi mərkəzi onun ərazisində yerləşir. 2008-ci ildə kommunanın əhalisi 47,826 nəfər, əhalinin sıxlığı 231 nəfər/km2 olmuşdur. Rieti 207 km2 ərazini tutur. Raul Quidobaldi stadionunda yüngül atletika üzrə beynəlxalq yarışlar, Rieti Qran-prisi keçirilir.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. == Həyatı == Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Rahim Babayev
Rahim Vaqif oğlu Babayev (1 dekabr 1970, Ordubad, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. == Haqqında == 1970-ci il dekabrın 1 də Ordubad şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin III kurs tələbəsi idi. == Şəhid olması == 19 yanvar günü saat 22.30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. 20 yanvar 1990-cı ildə qrup və döyüş yoldaşı olan Salyan qazarmasının yanında Bəhaddinə hasardan aşıb keçməsinə köməklik göstərən zaman şəhid olmuşdur. Yanvarın 24-dən 25-nə keçən gecə saat 04-də hərbçilər tərəfindən Semaşko xəstəxanasına gətirilib. Beş günlük axtarışdan sonra yanvarın 25-də qohumları onu Semaşko adına xəstəxananın meyidxanasında tapıblar. Yanvar ayının 27-də Şəhidlər xiyabanında dəfn edilmişdir. == Fakt == Atası onu mitinq ve mübarizədən "tutacaqlar, öldürəcəklər!" deyib çəkindirəndə, cavabında "qələbə qurbansız olmur!" deyirdi.
Rahim Hüseynov
Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki. == Həyatı == Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
Rahim Mikayılov
Rahim Qalib oğlu Mikayılov (3 sentyabr 1990, İkinci Nügədi, Quba rayonu – 27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir. Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı. Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.
Rahim Məmmədov
Rahim Məmmədov (tam adı: Rahim Vəliağa oğlu Məmmədov; 16 aprel 1969, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 26 yanvar 1990, Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1969-cu il aprelin 16-da Lənkəranda anadan olmuşdur. 34 nömrəli texniki peşə məktəbini bitirmişdir. "Arzu" kooperativində fəhlə işləyirdi. Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 26-da Lənkəranın Haftoni meşəsində hərbçilər tərəfindən keçirilmiş əməliyyatda həlak olmuşdur. Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur. Əsgərlər meyidi tankların yanına sürüyə-sürüyə gətirmişlər. Yanvarın 27-də Lənkərandakı Şəhidlər qəbiristanlığında dəfn edilib.
Rahim Nuriyev
Nuriyev Rahim İbrahim oğlu (15 mart 1955, Lənkəran rayonu) — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim. == Həyatı == Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992–1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub. 1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib.
Rahim Quliyev
Rahim Yalçın oğlu Quliyev (18 iyun 2001; Cəlilabad, Azərbaycan — 02 oktyabr 2020; Füzuli- Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və təhsili == Rahim Quliyev 2001-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşamışdır. 15 sentyabr 2007-ci ildə Kəlbəcər adına 23 saylı tam orta məktəbə qəbul olub. 14 iyun 2016-cı ildə 71 saylı tam orta məktəbi bitirib. Sonra peşə məktəbinə daxil olaraq Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsilini başa vurmuşdur. Təhsil aldığı müddətdə həmin peşə üzrə çalışmışdır. == Hərbi xidməti == Rahim Quliyev 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Rahim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 02 oktyabr 2020-ci il tarixində Füzuli- Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır.
Rahim Sadıqbəyli
Rahim Telman Sadıqbəyli (Rahim Telman Sadigbayli) (25 iyun 1965, Lənkəran) — Rejissor. Ssenari müəllifi. Tv prodüser, Aktyor. Rejissor assistenti. İkinci rejissor. == Həyatı == 1965-ci il iyun ayının 25-i Azərbaycanın Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran şəhər 1-nli orta məktəbdə 1972-82 ci illərdə alıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun (Hal hazırda Mədəniyyət və İncəsənət universiteti) dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xitmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər Azərfilm kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb.
Rahim Sadıqov
Sadıqov Rahim Fərahim oğlu (1972, Masallı) — iqtisad elmləri namizədi, dosent, Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektoru. == Həyatı == Rahim Fərahim oğlu Sadıqov 1972-ci ildə anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri 19 saylı orta məktəbə birinci sinifə getmiş, 1989-cu ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Rahim Fərahim oğlu Sadıqov həmin ildə Azərbaycan Neft-Kimya İnstitutunda məktəblilər arasında keçirilən ümumrespublika riyaziyyat olimpiadasında I dərəcəli diploma layiq görülmüşdür. O, 1989-cu ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuşdur və 1994-cü ildə oranı bitirmişdir. 1995-ci ildə Binəqədi rayon Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdu. 1999-cu ilə qədər şöbə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ildə Naxçıvan Universitetində tədris hissəsinin müdiri kimi çalışmış, 2002-ci ildə “Firmadaxili planlaşdırmanın formalaşdırılması və təkmilləşdirilməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən 2006-cı ilədək Bakı Biznes Universitetində dekan müavini və dekan vəzifələrində çalışmış, 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Universitetində tədris hissəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2009-cu ilin sentyabr ayından etibarən Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektorudur.
Rahim Sterlinq
Rahim Şakil Sterlinq (ing. Raheem Shaquille Sterling; 8 dekabr 1994, Kinqston, Yamayka) — ingilis futbolçu, "Çelsi" futbol klubunun və İngiltərə milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Kuins Park Reyncers === Sterlinq "Liverpul"a transferindən öncə yeddi il ərzində "Kuinz Park Reyncers"in futbol məktəbində oynamışdır. === Liverpul === Sterlinq 2010-cu ilin fevral ayında "Liverpul" ilə razılığa gəlmişdir. 1 avqust 2010-cu ildə "Borussiya Münhenqladbax"la dostluq oyununda ilk dəfə forma geyinmişdir. "Liverpul" forması ilə ilk qolunu isə "Hibernian"a vurmuşdur. === Mançester Siti === 14 iyul 2015-ci ildə 49 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdur. == Milli komanda karyerası == Sterlinq əslən Yamaykalı olduğu üçün millinin U-17 yığmasında, həmçinin İngiltərənin U-17 yığmasında oynaya bilir.
Rahim Sərdarlı
Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. == Hərbi xidmətləri == Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rahim Tağıyev
Rahim Tağıyev (10 noyabr 1979, Mingəçevir – 10 iyul 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmışdır. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmişdir. Daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim Tağıyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu.
Rahim Əliyev
Rəhim Vahidov
Vahidov Rəhim Məcid oğlu (15 dekabr 1914, Ağdaş – 1994, Bakı) — Azərbaycan, sovet arxeoloqu, tarix elmləri doktoru, Mingəçevir, Torpaqqala, Gavurqala və s. qədim və erkən orta əsr abidələrinin tədqiqatçısı. == Həyatı == Rəhim Vahidov 1914-cü il dekabrın 15-də Yelizavetpol quberniyasının Ərəş qəzasının, Üçqovaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndinin məktəbində alıb. Sonra Bakıda qatar mühəndisliyi kursunda oxumuş və bir müddət Gəncədəki dəmir yolu deposunda işləmişdir. 1935-1936-cı illərdə Göyçay rayonu Bığır kəndində məktəbdə müəllim kimi çalışmışdır. 1937-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İkinci Dünya Müharibəsi zamanı 402-ci Diviziyanın 840-cı Piyada alayının 3-cü Piyada Batalyonunun leytenant rütbəsində komandiri olmuşdur. “Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medallarına layiq görülmüşdür. === Arxeoloji fəaliyyəti === Müharibədən sonra Azərbaycan Tarixi Muzeyində işləməyə başlamışdır.
Rəhim abad
Rəhimabad (Urmiya) — Rəhimabad (İran) — İranın Gilan ostanında yerləşən şəhər. Rəhimabad (Zəngibasar) — Zəngibasar mahalında kənd.
Rəhim xan
Rəhim xan — Naxçıvan xanı. Heydərqulu xan Kəngərlinin oğlu. Hakimiyyətdə uzun müddət qala bilməmişdir. Rəhim xanın kameral siyahılarda qızlarının adı belə göstərilib (1829-cu ildə). Tiflis arxivlərindən bir neçə maraqlı faktlar əldə olunub. Həmin sənədlərdən məlum olur ki, Kərim xanın oğlu İmamqulu xan Heydərqulu xanın nəvəsi Tellibəyim xanımla ailə qurub. Tellibəyim bir vaxtlar Naxçıvanın xanı olmuş Rəhim xanın qızıdır.
Rəhim İmamov
Rəhim Rauf oğlu İmamov (9 avqust 1990; Xaspoladoba, Xaçmaz rayonu, Azərbaycan — 21 oktyabr 2020; Gecəgözlü, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəhim İmamov 9 avqust 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəhim İmamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəhim İmamov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhim İmamov 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. == Təhsil və elm == Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Rəhim Şəhriyari
Rəhim Şəhriyari — məşhur azərbaycanlı muğənni və Araz musiqi qrupunun qurucusudur. 1970-ci ildə Şənbi-Qazanda anadan olmuşdur. Müxtəlif musiqi üslublarında oxuyan Rəhim Şəhriyari pop və muğam ritmlərini bir yerdə də ifa edir. İranda populyarlıq qazanmış bir çox musiqinin müəllifidir. == Araz musiqi qrupu == Araz qrupu İran azərbaycanlılarından ibarətdir. Qrup 1996-cı ildə Rəhim Şəhriyari tərəfindən yaradılmışdır.Azərbaycan pop musiqisi, Azərbaycan folklor musiqisi və xalq musiqisinin ifası ilə məşğuldurlar. Qrup Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Astara, Kərəc və Bəhmən də konsertlər vermişdir. Həmçinin, ABŞ, Kanada və Avropada da Araz qrupu tərəfindən konsertlər verilmişdir. Canada and Europe. == ABŞ-də konsert == 2016-cı ildə Novruz bayramı münasibətilə ABŞ-də orada yaşayan İran azərbaycanlıları üçün silsilə konsertlər vermişdir.
Rəhim Əliyev
Əliyev Rəhim Nadir oğlu — tənqidçi,[mənbə göstərin] nasir,[mənbə göstərin] 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1996). == Həyatı == Rəhim Əliyev 1950-ci il noyabrın 6-da Bakı şəhərinin yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Burada 198 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1968–1973). 1973–1975-ci illərdə Sovet ordusunda zabit rütbəsində moto-piyada hissəsində hərbi qulluqda olmuşdur. Y. Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra dövri mətbuatda ədəbi-tənqidi məqalələri vaxtaşırı çıxır. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975–1976), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1976–1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978–1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olmuşdur (1988–1991). 2020-ci ildən həmin şöbənin müdiridir. Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir (1990–1991), C. Cabbarlı fondunun sədri seçilmişdir (1994-cü ildən). "1970-ci illər lirikasının inkişaf meylləri" mövzusunda namizədlik (1983), "C. Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə etmişdir.