Rahim Qalib oğlu Mikayılov (3 sentyabr 1990, İkinci Nügədi, Quba rayonu – 27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.
Rahim Mikayılov | |
---|---|
Rahim Qalib oğlu Mikayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1990(1990-09-03) |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020(2020-09-27) (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı | Əhməd |
Atası | Mikayılov Qalib |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014 - 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2021 |
Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir. Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı.
Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.
(05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)