Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rahim Sərdarlı | |
---|---|
Rahim Rafik oğlu Sərdarlı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Canaxır, Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Xaçmaz |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020, 2020, 2022 |
Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub.[2][3] Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib.[4]
Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[9]